< איוב 12 >
וַיַּעַן אִיּוֹב וַיֹּאמַֽר׃ | 1 |
Əyyub belə cavab verdi:
אָמְנָם כִּי אַתֶּם־עָם וְעִמָּכֶם תָּמוּת חָכְמָֽה׃ | 2 |
«Yəqin ki siz özünüzü xalq içində müdrik sanırsınız, Siz öləndə hikmət də öləcək.
גַּם־לִי לֵבָב ׀ כְּֽמוֹכֶם לֹא־נֹפֵל אָנֹכִי מִכֶּם וְאֶת־מִי־אֵין כְּמוֹ־אֵֽלֶּה׃ | 3 |
Sizin qədər mənim də ağlım var, Sizdən geri qalmıram. Bu cür şeyləri kim bilmir?
שְׂחֹק לְרֵעֵהוּ ׀ אֶֽהְיֶה קֹרֵא לֶאֱלוֹהַּ וַֽיַּעֲנֵהוּ שְׂחוֹק צַדִּיק תָּמִֽים׃ | 4 |
Mən dostlarımın gülüş hədəfi olmuşam, Vaxtı ilə Allaha yalvaranda mən də cavab almışam, Amma indi bir saleh, bir kamil insan gülünc olub.
לַפִּיד בּוּז לְעַשְׁתּוּת שַׁאֲנָן נָכוֹן לְמוֹעֲדֵי רָֽגֶל׃ | 5 |
Dərdsizlər bəlanı boş bir şey sanır, Büdrəyənlər üçün bəla hazır dayanır.
יִשְׁלָיוּ אֹֽהָלִים ׀ לְשֹׁדְדִים וּֽבַטֻּחוֹת לְמַרְגִּיזֵי אֵל לַאֲשֶׁר הֵבִיא אֱלוֹהַּ בְּיָדֽוֹ׃ | 6 |
Soyğunçuların çadırlarında rahatlıq var, Allahı qəzəbləndirənlər əmin-amanlıqdadır, Axı onlar Allaha yox, öz qollarına arxalanır.
וְֽאוּלָם שְׁאַל־נָא בְהֵמוֹת וְתֹרֶךָּ וְעוֹף הַשָּׁמַיִם וְיַגֶּד־לָֽךְ׃ | 7 |
Gəl heyvanlardan soruş, qoy sənə bildirsin, Qoy göydəki quşlar sənə desin,
אוֹ שִׂיחַ לָאָרֶץ וְתֹרֶךָּ וִֽיסַפְּרוּ לְךָ דְּגֵי הַיָּֽם׃ | 8 |
Torpağa de, qoy o sənə bildirsin, Dənizdəki balıqlardan soruş, sənə məlumat versin.
מִי לֹא־יָדַע בְּכָל־אֵלֶּה כִּי יַד־יְהוָה עָשְׂתָה זֹּֽאת׃ | 9 |
Bunlardan hansı biri bilmir ki, Bunu Rəbbin əli edib?
אֲשֶׁר בְּיָדוֹ נֶפֶשׁ כָּל־חָי וְרוּחַ כָּל־בְּשַׂר־אִֽישׁ׃ | 10 |
Hər yaratdığının canı Onun əlindədir, Bütün insanların nəfəsi Onun əlindədir.
הֲלֹא־אֹזֶן מִלִּין תִּבְחָן וְחֵךְ אֹכֶל יִטְעַם־לֽוֹ׃ | 11 |
Yeməyin dadını damaq hiss etdiyi kimi Qulaq da sözləri sınaqdan keçirməzmi?
בִּֽישִׁישִׁים חָכְמָה וְאֹרֶךְ יָמִים תְּבוּנָֽה׃ | 12 |
Ağsaqqalların hikməti var, Uzunömürlülər dünyagörmüş olar.
עִמּוֹ חָכְמָה וּגְבוּרָה לוֹ עֵצָה וּתְבוּנָֽה׃ | 13 |
Hikmət və qüdrət Allahdandır, O, nəsihət və dərrakə verir.
הֵן יַהֲרוֹס וְלֹא יִבָּנֶה יִסְגֹּר עַל־אִישׁ וְלֹא יִפָּתֵֽחַ׃ | 14 |
Onun yıxdığı bərpa olunmaz, Onun həbs etdiyi insan azad olmaz.
הֵן יַעְצֹר בַּמַּיִם וְיִבָשׁוּ וִֽישַׁלְּחֵם וְיַהַפְכוּ אָֽרֶץ׃ | 15 |
Suları kəsərsə, quraqlıq olar, Suları buraxsa, dünyanı sel aparar.
עִמּוֹ עֹז וְתֽוּשִׁיָּה לוֹ שֹׁגֵג וּמַשְׁגֶּֽה׃ | 16 |
Qüdrət və hikmət Onundur, Aldadan da, aldanan da Onundur
מוֹלִיךְ יוֹעֲצִים שׁוֹלָל וְֽשֹׁפְטִים יְהוֹלֵֽל׃ | 17 |
Məsləhətçiləri talana məruz qoyar, Hakimləri axmaqlaşdırar.
מוּסַר מְלָכִים פִּתֵּחַ וַיֶּאְסֹר אֵזוֹר בְּמָתְנֵיהֶֽם׃ | 18 |
Padşahların bağladığı bağı açar, Bellərinə qurşaq salar.
מוֹלִיךְ כֹּהֲנִים שׁוֹלָל וְאֵֽתָנִים יְסַלֵּֽף׃ | 19 |
Kahinləri talana məruz qoyar, Mətinləri də devirər.
מֵסִיר שָׂפָה לְנֶאֱמָנִים וְטַעַם זְקֵנִים יִקָּֽח׃ | 20 |
Etibarlı məsləhətçiləri susdurar, Ağsaqqalların ağlını alar.
שׁוֹפֵךְ בּוּז עַל־נְדִיבִים וּמְזִיחַ אֲפִיקִים רִפָּֽה׃ | 21 |
Əsilzadələrin üstünə rüsvayçılıq yağdırar, Güclülərin qurşaqlarını çıxarar.
מְגַלֶּה עֲמֻקוֹת מִנִּי־חֹשֶׁךְ וַיֹּצֵא לָאוֹר צַלְמָֽוֶת׃ | 22 |
Qaranlığın dərin sirlərini açar, Ölüm kölgəsini aydınlığa çıxarar.
מַשְׂגִּיא לַגּוֹיִם וַֽיְאַבְּדֵם שֹׁטֵחַ לַגּוֹיִם וַיַּנְחֵֽם׃ | 23 |
Millətləri çoxaldar, millətləri yox edər, Millətləri artırar, millətləri sürgün edər.
מֵסִיר לֵב רָאשֵׁי עַם־הָאָרֶץ וַיַּתְעֵם בְּתֹהוּ לֹא־דָֽרֶךְ׃ | 24 |
Dünyanın başçılarının ağlını başından alar, Yolu-izi məlum olmayan çöllərdə dolandırar.
יְמַֽשְׁשׁוּ־חֹשֶׁךְ וְלֹא־אוֹר וַיַּתְעֵם כַּשִּׁכּֽוֹר׃ | 25 |
Qaranlıqda əl sürtə-sürtə yeriyərlər, Onları sərxoş kimi aşa-aşa gəzdirər.