< בְּמִדְבַּר 2 >
וַיְדַבֵּ֣ר יְהוָ֔ה אֶל־מֹשֶׁ֥ה וְאֶֽל־אַהֲרֹ֖ן לֵאמֹֽר׃ | 1 |
Rəbb Musaya və Haruna dedi:
אִ֣ישׁ עַל־דִּגְל֤וֹ בְאֹתֹת֙ לְבֵ֣ית אֲבֹתָ֔ם יַחֲנ֖וּ בְּנֵ֣י יִשְׂרָאֵ֑ל מִנֶּ֕גֶד סָבִ֥יב לְאֹֽהֶל־מוֹעֵ֖ד יַחֲנֽוּ׃ | 2 |
«İsrail övladları Hüzur çadırını əhatə edərək bir az kənarda, hər biri öz bayrağının altında ailələrinin nişanı ilə düşərgə salsınlar.
וְהַחֹנִים֙ קֵ֣דְמָה מִזְרָ֔חָה דֶּ֛גֶל מַחֲנֵ֥ה יְהוּדָ֖ה לְצִבְאֹתָ֑ם וְנָשִׂיא֙ לִבְנֵ֣י יְהוּדָ֔ה נַחְשׁ֖וֹן בֶּן־עַמִּינָדָֽב׃ | 3 |
Şərq tərəfində, gündoğana tərəf Yəhuda ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salsınlar. Yəhudalıların rəhbəri Amminadav oğlu Naxşon olsun.
וּצְבָא֖וֹ וּפְקֻדֵיהֶ֑ם אַרְבָּעָ֧ה וְשִׁבְעִ֛ים אֶ֖לֶף וְשֵׁ֥שׁ מֵאֽוֹת׃ | 4 |
Yəhuda ordusunda 74 600 nəfər siyahıya alındı.
וְהַחֹנִ֥ים עָלָ֖יו מַטֵּ֣ה יִשָּׂשכָ֑ר וְנָשִׂיא֙ לִבְנֵ֣י יִשָּׂשכָ֔ר נְתַנְאֵ֖ל בֶּן־צוּעָֽר׃ | 5 |
Onun yanında düşərgə salanlar İssakar qəbiləsi olacaq. İssakarlıların rəhbəri Suar oğlu Netanel olsun.
וּצְבָא֖וֹ וּפְקֻדָ֑יו אַרְבָּעָ֧ה וַחֲמִשִּׁ֛ים אֶ֖לֶף וְאַרְבַּ֥ע מֵאֽוֹת׃ ס | 6 |
Onun ordusundan 54 400 nəfər siyahıya alındı.
מַטֵּ֖ה זְבוּלֻ֑ן וְנָשִׂיא֙ לִבְנֵ֣י זְבוּלֻ֔ן אֱלִיאָ֖ב בֶּן־חֵלֹֽן׃ | 7 |
Sonra Zevulun qəbiləsi düşərgə salacaq. Zevulun övladlarının rəhbəri Xelon oğlu Eliav olsun.
וּצְבָא֖וֹ וּפְקֻדָ֑יו שִׁבְעָ֧ה וַחֲמִשִּׁ֛ים אֶ֖לֶף וְאַרְבַּ֥ע מֵאֽוֹת׃ | 8 |
Onun ordusundan 57 400 nəfər siyahıya alındı.
כָּֽל־הַפְּקֻדִ֞ים לְמַחֲנֵ֣ה יְהוּדָ֗ה מְאַ֨ת אֶ֜לֶף וּשְׁמֹנִ֥ים אֶ֛לֶף וְשֵֽׁשֶׁת־אֲלָפִ֥ים וְאַרְבַּע־מֵא֖וֹת לְצִבְאֹתָ֑ם רִאשֹׁנָ֖ה יִסָּֽעוּ׃ ס | 9 |
Yəhuda ordugahından bölüklərinə görə bütün sayılanlar 186 400 nəfər idi. Onlar birinci köçəcəklər.
דֶּ֣גֶל מַחֲנֵ֧ה רְאוּבֵ֛ן תֵּימָ֖נָה לְצִבְאֹתָ֑ם וְנָשִׂיא֙ לִבְנֵ֣י רְאוּבֵ֔ן אֱלִיצ֖וּר בֶּן־שְׁדֵיאֽוּר׃ | 10 |
Cənub tərəfində Ruven ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Ruvenlilərin rəhbəri Şedeur oğlu Elisur olsun.
וּצְבָא֖וֹ וּפְקֻדָ֑יו שִׁשָּׁ֧ה וְאַרְבָּעִ֛ים אֶ֖לֶף וַחֲמֵ֥שׁ מֵאֽוֹת׃ | 11 |
Ruven ordusundan 46 500 nəfər siyahıya alındı.
וְהַחוֹנִ֥ם עָלָ֖יו מַטֵּ֣ה שִׁמְע֑וֹן וְנָשִׂיא֙ לִבְנֵ֣י שִׁמְע֔וֹן שְׁלֻמִיאֵ֖ל בֶּן־צוּרִֽי־שַׁדָּֽי׃ | 12 |
Onun yanında düşərgə salanlar Şimeon qəbiləsi olacaq. Şimeonluların rəhbəri Surişadday oğlu Şelumiel olsun.
וּצְבָא֖וֹ וּפְקֻדֵיהֶ֑ם תִּשְׁעָ֧ה וַחֲמִשִּׁ֛ים אֶ֖לֶף וּשְׁלֹ֥שׁ מֵאֽוֹת׃ | 13 |
Onun ordusundan 59 300 nəfər siyahıya alındı.
וְמַטֵּ֖ה גָּ֑ד וְנָשִׂיא֙ לִבְנֵ֣י גָ֔ד אֶלְיָסָ֖ף בֶּן־רְעוּאֵֽל׃ | 14 |
Sonra Qad qəbiləsi düşərgə salacaq. Qadlıların rəhbəri Deuel oğlu Elyasaf olsun.
וּצְבָא֖וֹ וּפְקֻדֵיהֶ֑ם חֲמִשָּׁ֤ה וְאַרְבָּעִים֙ אֶ֔לֶף וְשֵׁ֥שׁ מֵא֖וֹת וַחֲמִשִּֽׁים׃ | 15 |
Onun ordusundan 45 650 nəfər siyahıya alındı.
כָּֽל־הַפְּקֻדִ֞ים לְמַחֲנֵ֣ה רְאוּבֵ֗ן מְאַ֨ת אֶ֜לֶף וְאֶחָ֨ד וַחֲמִשִּׁ֥ים אֶ֛לֶף וְאַרְבַּע־מֵא֥וֹת וַחֲמִשִּׁ֖ים לְצִבְאֹתָ֑ם וּשְׁנִיִּ֖ם יִסָּֽעוּ׃ ס | 16 |
Ruven ordugahından bölüklərinə görə sayılanların cəmi 151 450 nəfər idi. İkinci onlar gedəcəklər.
וְנָסַ֧ע אֹֽהֶל־מוֹעֵ֛ד מַחֲנֵ֥ה הַלְוִיִּ֖ם בְּת֣וֹךְ הַֽמַּחֲנֹ֑ת כַּאֲשֶׁ֤ר יַחֲנוּ֙ כֵּ֣ן יִסָּ֔עוּ אִ֥ישׁ עַל־יָד֖וֹ לְדִגְלֵיהֶֽם׃ ס | 17 |
Hüzur çadırı yola düşəndə Levililərin düşərgəsi düşərgələrin ortasında dursun. Hərə necə düşərgə salıbsa, həmin nizamla, öz bayrağı altında yola düşsün.
דֶּ֣גֶל מַחֲנֵ֥ה אֶפְרַ֛יִם לְצִבְאֹתָ֖ם יָ֑מָּה וְנָשִׂיא֙ לִבְנֵ֣י אֶפְרַ֔יִם אֱלִישָׁמָ֖ע בֶּן־עַמִּיהֽוּד׃ | 18 |
Qərb tərəfində Efrayim ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Efrayimlilərin rəhbəri Ammihud oğlu Elişama olsun.
וּצְבָא֖וֹ וּפְקֻדֵיהֶ֑ם אַרְבָּעִ֥ים אֶ֖לֶף וַחֲמֵ֥שׁ מֵאֽוֹת׃ | 19 |
Efrayim ordusundan 40 500 nəfər siyahıya alındı.
וְעָלָ֖יו מַטֵּ֣ה מְנַשֶּׁ֑ה וְנָשִׂיא֙ לִבְנֵ֣י מְנַשֶּׁ֔ה גַּמְלִיאֵ֖ל בֶּן־פְּדָהצֽוּר׃ | 20 |
Onun yanında düşərgə salanlar Menaşşe qəbiləsi olacaq. Menaşşelilərin rəhbəri Pedahsur oğlu Qamliel olsun.
וּצְבָא֖וֹ וּפְקֻדֵיהֶ֑ם שְׁנַ֧יִם וּשְׁלֹשִׁ֛ים אֶ֖לֶף וּמָאתָֽיִם׃ | 21 |
Onun ordusundan 32 200 nəfər siyahıya alındı.
וּמַטֵּ֖ה בִּנְיָמִ֑ן וְנָשִׂיא֙ לִבְנֵ֣י בִנְיָמִ֔ן אֲבִידָ֖ן בֶּן־גִּדְעֹנִֽי׃ | 22 |
Sonra Binyamin qəbiləsi düşərgə salacaq. Binyaminlilərin rəhbəri Gidoni oğlu Avidan olsun.
וּצְבָא֖וֹ וּפְקֻדֵיהֶ֑ם חֲמִשָּׁ֧ה וּשְׁלֹשִׁ֛ים אֶ֖לֶף וְאַרְבַּ֥ע מֵאֽוֹת׃ | 23 |
Onun ordusundan 35 400 nəfər siyahıya alındı.
כָּֽל־הַפְּקֻדִ֞ים לְמַחֲנֵ֣ה אֶפְרַ֗יִם מְאַ֥ת אֶ֛לֶף וּשְׁמֹֽנַת־אֲלָפִ֥ים וּמֵאָ֖ה לְצִבְאֹתָ֑ם וּשְׁלִשִׁ֖ים יִסָּֽעוּ׃ ס | 24 |
Efrayim ordugahından bölüklərinə görə sayılanların cəmi 108 100 nəfər idi. Üçüncü onlar gedəcəklər.
דֶּ֣גֶל מַחֲנֵ֥ה דָ֛ן צָפֹ֖נָה לְצִבְאֹתָ֑ם וְנָשִׂיא֙ לִבְנֵ֣י דָ֔ן אֲחִיעֶ֖זֶר בֶּן־עַמִּֽישַׁדָּֽי׃ | 25 |
Şimal tərəfində Dan ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Danlıların rəhbəri Ammişadday oğlu Axiezer olsun.
וּצְבָא֖וֹ וּפְקֻדֵיהֶ֑ם שְׁנַ֧יִם וְשִׁשִּׁ֛ים אֶ֖לֶף וּשְׁבַ֥ע מֵאֽוֹת׃ | 26 |
Dan ordusundan 62 700 nəfər siyahıya alındı.
וְהַחֹנִ֥ים עָלָ֖יו מַטֵּ֣ה אָשֵׁ֑ר וְנָשִׂיא֙ לִבְנֵ֣י אָשֵׁ֔ר פַּגְעִיאֵ֖ל בֶּן־עָכְרָֽן׃ | 27 |
Onun yanında düşərgə salanlar Aşer qəbiləsi olacaq. Aşerlilərin rəhbəri Okran oğlu Pagiel olsun.
וּצְבָא֖וֹ וּפְקֻדֵיהֶ֑ם אֶחָ֧ד וְאַרְבָּעִ֛ים אֶ֖לֶף וַחֲמֵ֥שׁ מֵאֽוֹת׃ | 28 |
Onun ordusundan 41 500 nəfər siyahıya alındı.
וּמַטֵּ֖ה נַפְתָּלִ֑י וְנָשִׂיא֙ לִבְנֵ֣י נַפְתָּלִ֔י אֲחִירַ֖ע בֶּן־עֵינָֽן׃ | 29 |
Sonra Naftali qəbiləsi düşərgə salacaq. Naftalililərin rəhbəri Enan oğlu Axira olsun.
וּצְבָא֖וֹ וּפְקֻדֵיהֶ֑ם שְׁלֹשָׁ֧ה וַחֲמִשִּׁ֛ים אֶ֖לֶף וְאַרְבַּ֥ע מֵאֽוֹת׃ | 30 |
Onun ordusundan 53 400 nəfər siyahıya alındı.
כָּל־הַפְּקֻדִים֙ לְמַ֣חֲנֵה דָ֔ן מְאַ֣ת אֶ֗לֶף וְשִׁבְעָ֧ה וַחֲמִשִּׁ֛ים אֶ֖לֶף וְשֵׁ֣שׁ מֵא֑וֹת לָאַחֲרֹנָ֥ה יִסְע֖וּ לְדִגְלֵיהֶֽם׃ פ | 31 |
Dan ordugahından cəmi 157 600 nəfər siyahıya alındı. Öz bayraqlarının altında ən sonuncu onlar gedəcəklər».
אֵ֛לֶּה פְּקוּדֵ֥י בְנֵֽי־יִשְׂרָאֵ֖ל לְבֵ֣ית אֲבֹתָ֑ם כָּל־פְּקוּדֵ֤י הַֽמַּחֲנֹת֙ לְצִבְאֹתָ֔ם שֵׁשׁ־מֵא֥וֹת אֶ֙לֶף֙ וּשְׁלֹ֣שֶׁת אֲלָפִ֔ים וַחֲמֵ֥שׁ מֵא֖וֹת וַחֲמִשִּֽׁים׃ | 32 |
İsrail övladlarından ailələrinə görə siyahıya alınanlar bunlardır. Ordugahlardan bölüklərinə görə cəmi 603 550 nəfər siyahıya alındı.
וְהַ֨לְוִיִּ֔ם לֹ֣א הָתְפָּקְד֔וּ בְּת֖וֹךְ בְּנֵ֣י יִשְׂרָאֵ֑ל כַּאֲשֶׁ֛ר צִוָּ֥ה יְהוָ֖ה אֶת־מֹשֶֽׁה׃ | 33 |
Ancaq Rəbbin Musaya əmr etdiyi kimi Levililər digər İsrail övladları ilə birgə siyahıya alınmadı.
וַֽיַּעֲשׂ֖וּ בְּנֵ֣י יִשְׂרָאֵ֑ל כְּ֠כֹל אֲשֶׁר־צִוָּ֨ה יְהוָ֜ה אֶת־מֹשֶׁ֗ה כֵּֽן־חָנ֤וּ לְדִגְלֵיהֶם֙ וְכֵ֣ן נָסָ֔עוּ אִ֥ישׁ לְמִשְׁפְּחֹתָ֖יו עַל־בֵּ֥ית אֲבֹתָֽיו׃ | 34 |
İsrail övladları Rəbbin Musaya əmr etdiyi hər şeyi yerinə yetirdilər. Bayraqlarının altında belə düşərgə saldılar və hər kəs nəsil və ailəsi ilə birgə belə yola düşdü.