< יְהוֹשֻעַ 19 >

וַיֵּצֵ֞א הַגּוֹרָ֤ל הַשֵּׁנִי֙ לְשִׁמְע֔וֹן לְמַטֵּ֥ה בְנֵֽי־שִׁמְע֖וֹן לְמִשְׁפְּחוֹתָ֑ם וַֽיְהִי֙ נַֽחֲלָתָ֔ם בְּת֖וֹךְ נַחֲלַ֥ת בְּנֵֽי־יְהוּדָֽה׃ 1
İkinci püşk nəsillərinə görə Şimeona – Şimeon övladlarının qəbiləsinə düşdü. Onların irs torpağı Yəhuda övladlarının irs torpağı arasında idi.
וַיְהִ֥י לָהֶ֖ם בְּנַֽחֲלָתָ֑ם בְּאֵֽר־שֶׁ֥בַע וְשֶׁ֖בַע וּמוֹלָדָֽה׃ 2
Onların irs torpaqları bunlar idi: Beer-Şeva, Şeva, Molada,
וַחֲצַ֥ר שׁוּעָ֛ל וּבָלָ֖ה וָעָֽצֶם׃ 3
Xasar-Şual, Bala, Esem,
וְאֶלְתּוֹלַ֥ד וּבְת֖וּל וְחָרְמָֽה׃ 4
Eltolad, Betul, Xorma,
וְצִֽקְלַ֥ג וּבֵית־הַמַּרְכָּב֖וֹת וַחֲצַ֥ר סוּסָֽה׃ 5
Ziqlaq, Bet-Markavot, Xasar-Susa,
וּבֵ֥ית לְבָא֖וֹת וְשָֽׁרוּחֶ֑ן עָרִ֥ים שְׁלֹשׁ־עֶשְׂרֵ֖ה וְחַצְרֵיהֶֽן׃ 6
Bet-Levaot, Şaruxen, yəni kəndləri ilə birlikdə on üç şəhər;
עַ֥יִן ׀ רִמּ֖וֹן וָעֶ֣תֶר וְעָשָׁ֑ן עָרִ֥ים אַרְבַּ֖ע וְחַצְרֵיהֶֽן׃ 7
Ayin, Rimmon, Eter, Aşan, yəni kəndləri ilə birlikdə dörd şəhər;
וְכָל־הַֽחֲצֵרִ֗ים אֲשֶׁ֤ר סְבִיבוֹת֙ הֶֽעָרִ֣ים הָאֵ֔לֶּה עַד־בַּֽעֲלַ֥ת בְּאֵ֖ר רָ֣אמַת נֶ֑גֶב זֹ֗את נַחֲלַ֛ת מַטֵּ֥ה בְנֵֽי־שִׁמְע֖וֹן לְמִשְׁפְּחֹתָֽם׃ 8
Baalat-Beerə, yəni cənubda Ramaya qədər bu şəhərlərin ətrafındakı bütün kəndlər onların irs olan torpağı idi. Bunlar nəsillərinə görə Şimeon övladları qəbiləsinin irs olan torpaqlarıdır.
מֵחֶ֙בֶל֙ בְּנֵ֣י יְהוּדָ֔ה נַחֲלַ֖ת בְּנֵ֣י שִׁמְע֑וֹן כִּֽי־הָיָ֞ה חֵ֤לֶק בְּנֵֽי־יְהוּדָה֙ רַ֣ב מֵהֶ֔ם וַיִּנְחֲל֥וּ בְנֵֽי־שִׁמְע֖וֹן בְּת֥וֹךְ נַחֲלָתָֽם׃ פ 9
Şimeon övladlarının irs olan torpağı Yəhuda övladlarının payından oldu, çünki Yəhuda övladlarının payı onlar üçün çox idi. Buna görə də Şimeon övladları onların torpaqları arasında irs torpaqlarını aldılar.
וַיַּ֙עַל֙ הַגּוֹרָ֣ל הַשְּׁלִישִׁ֔י לִבְנֵ֥י זְבוּלֻ֖ן לְמִשְׁפְּחֹתָ֑ם וַיְהִ֛י גְּב֥וּל נַחֲלָתָ֖ם עַד־שָׂרִֽיד׃ 10
Üçüncü püşk nəsillərinə görə Zevulun övladlarına düşdü. Onların irs olan torpağının sərhədi Saridə qədərdir.
וְעָלָ֨ה גְבוּלָ֧ם ׀ לַיָּ֛מָּה וּמַרְעֲלָ֖ה וּפָגַ֣ע בְּדַבָּ֑שֶׁת וּפָגַע֙ אֶל־הַנַּ֔חַל אֲשֶׁ֖ר עַל־פְּנֵ֥י יָקְנְעָֽם׃ 11
Sonra sərhədi Maralaya qədər – qərbə doğru yüksəlib Dabbeşetdən keçərək Yoqneam qarşısında olan vadiyə çatırdı.
וְשָׁ֣ב מִשָּׂרִ֗יד קֵ֚דְמָה מִזְרַ֣ח הַשֶּׁ֔מֶשׁ עַל־גְּב֥וּל כִּסְלֹ֖ת תָּבֹ֑ר וְיָצָ֥א אֶל־הַדָּֽבְרַ֖ת וְעָלָ֥ה יָפִֽיעַ׃ 12
Sariddən şərqə – gün doğana tərəf Kislot-Tavor sərhədinə dönüb Davrata qalxaraq Yafiaya yüksəlirdi.
וּמִשָּׁ֤ם עָבַר֙ קֵ֣דְמָה מִזְרָ֔חָה גִּתָּ֥ה חֵ֖פֶר עִתָּ֣ה קָצִ֑ין וְיָצָ֛א רִמּ֥וֹן הַמְּתֹאָ֖ר הַנֵּעָֽה׃ 13
Oradan şərqə doğru Qat-Xeferə, Et-Qasinə keçirdi və Neaya dönən Rimmona qalxırdı.
וְנָסַ֤ב אֹתוֹ֙ הַגְּב֔וּל מִצְּפ֖וֹן חַנָּתֹ֑ן וְהָיוּ֙ תֹּֽצְאֹתָ֔יו גֵּ֖י יִפְתַּח־אֵֽל׃ 14
Şimala tərəf sərhəd Xannatona dönüb sonu İftah-El dərəsində idi.
וְקַטָּ֤ת וְנַֽהֲלָל֙ וְשִׁמְר֔וֹן וְיִדְאֲלָ֖ה וּבֵ֣ית לָ֑חֶם עָרִ֥ים שְׁתֵּים־עֶשְׂרֵ֖ה וְחַצְרֵיהֶֽן׃ 15
Qattat, Nahalal, Şimron, İdala, Bet-Lexem, yəni kəndləri ilə birlikdə on iki şəhər idi.
זֹ֛את נַחֲלַ֥ת בְּנֵֽי־זְבוּלֻ֖ן לְמִשְׁפְּחוֹתָ֑ם הֶֽעָרִ֥ים הָאֵ֖לֶּה וְחַצְרֵיהֶֽן׃ פ 16
Nəsillərinə görə Zevulun övladlarının irsi olan torpaq kəndləri ilə birlikdə bu şəhərlər idi.
לְיִ֨שָּׂשכָ֔ר יָצָ֖א הַגּוֹרָ֣ל הָֽרְבִיעִ֑י לִבְנֵ֥י יִשָּׂשכָ֖ר לְמִשְׁפְּחוֹתָֽם׃ 17
Dördüncü püşk nəsillərinə görə İssakara – İssakar övladlarına düşdü.
וַיְהִ֖י גְּבוּלָ֑ם יִזְרְעֶ֥אלָה וְהַכְּסוּלֹ֖ת וְשׁוּנֵֽם׃ 18
Onların torpağı İzreel, Kesulot, Şunem,
וַחֲפָרַ֥יִם וְשִׁיאֹ֖ן וַאֲנָחֲרַֽת׃ 19
Xafarayim, Şion, Anaxarat,
וְהָֽרַבִּ֥ית וְקִשְׁי֖וֹן וָאָֽבֶץ׃ 20
Rabbit, Qişyon, Eves,
וְרֶ֧מֶת וְעֵין־גַּנִּ֛ים וְעֵ֥ין חַדָּ֖ה וּבֵ֥ית פַּצֵּֽץ׃ 21
Remet, En-Qannim, En-Xadda, Bet-Passes idi.
וּפָגַע֩ הַגְּב֨וּל בְּתָב֤וֹר וְשַׁחֲצִ֙ימָה֙ וּבֵ֣ית שֶׁ֔מֶשׁ וְהָי֛וּ תֹּצְא֥וֹת גְּבוּלָ֖ם הַיַּרְדֵּ֑ן עָרִ֥ים שֵׁשׁ־עֶשְׂרֵ֖ה וְחַצְרֵיהֶֽן׃ 22
Sərhəd Tavora, Şaxsivmaya, Bet-Şemeşə çatırdı. Sərhədlərinin sonu İordan çayında idi. Bunlar kəndləri ilə birlikdə on altı şəhər idi.
זֹ֗את נַחֲלַ֛ת מַטֵּ֥ה בְנֵֽי־יִשָּׂשכָ֖ר לְמִשְׁפְּחֹתָ֑ם הֶעָרִ֖ים וְחַצְרֵיהֶֽן׃ פ 23
Nəsillərinə görə İssakar övladları qəbiləsinin irs olan kəndləri ilə birlikdə bu şəhərlər idi.
וַיֵּצֵא֙ הַגּוֹרָ֣ל הַֽחֲמִישִׁ֔י לְמַטֵּ֥ה בְנֵֽי־אָשֵׁ֖ר לְמִשְׁפְּחוֹתָֽם׃ 24
Beşinci püşk nəsillərinə görə Aşer övladları qəbiləsinə düşdü.
וַיְהִ֖י גְּבוּלָ֑ם חֶלְקַ֥ת וַחֲלִ֖י וָבֶ֥טֶן וְאַכְשָֽׁף׃ 25
Onların torpağı Xelqat, Xali, Beten, Akşaf,
וְאַֽלַמֶּ֥לֶךְ וְעַמְעָ֖ד וּמִשְׁאָ֑ל וּפָגַ֤ע בְּכַרְמֶל֙ הַיָּ֔מָּה וּבְשִׁיח֖וֹר לִבְנָֽת׃ 26
Alamelek, Amad və Mişal idi. Sərhəd qərbə tərəf Karmelə, Şixor-Livnata çatırdı,
וְשָׁ֨ב מִזְרַ֣ח הַשֶּׁמֶשׁ֮ בֵּ֣ית דָּגֹן֒ וּפָגַ֣ע בִּ֠זְבֻלוּן וּבְגֵ֨י יִפְתַּח־אֵ֥ל צָפ֛וֹנָה בֵּ֥ית הָעֵ֖מֶק וּנְעִיאֵ֑ל וְיָצָ֥א אֶל־כָּב֖וּל מִשְּׂמֹֽאל׃ 27
Gündoğana tərəf Bet-Daqona dönürdü. Sonra şimala tərəf Zevuluna, İftah-El dərəsinə, oradan Bet-Emeqə, Neielə çatırdı, sonra şimala doğru Kavula,
וְעֶבְרֹ֥ן וּרְחֹ֖ב וְחַמּ֣וֹן וְקָנָ֑ה עַ֖ד צִיד֥וֹן רַבָּֽה׃ 28
Evrona, Rexova, Xammona, Qanaya, böyük Sidona qədər çatırdı.
וְשָׁ֤ב הַגְּבוּל֙ הָֽרָמָ֔ה וְעַד־עִ֖יר מִבְצַר־צֹ֑ר וְשָׁ֤ב הַגְּבוּל֙ חֹסָ֔ה וְהָי֧וּ תֹצְאֹתָ֛יו הַיָּ֖מָּה מֵחֶ֥בֶל אַכְזִֽיבָה׃ 29
Onda sərhəd Ramaya, qalalı Sur şəhərinə dönürdü. Sərhəd Xosaya dönürdü, sonu Akziv,
וְעֻמָ֥ה וַאֲפֵ֖ק וּרְחֹ֑ב עָרִ֛ים עֶשְׂרִ֥ים וּשְׁתַּ֖יִם וְחַצְרֵיהֶֽן׃ 30
Uma, Afeq, Rexov torpağında dənizdə qurtarırdı. Bunlar kəndləri ilə birlikdə iyirmi iki şəhər idi.
זֹ֗את נַחֲלַ֛ת מַטֵּ֥ה בְנֵֽי־אָשֵׁ֖ר לְמִשְׁפְּחֹתָ֑ם הֶעָרִ֥ים הָאֵ֖לֶּה וְחַצְרֵיהֶֽן׃ פ 31
Nəsillərinə görə Aşer övladları qəbiləsinin irs olan torpaqları kəndləri ilə birlikdə bu şəhərlər idi.
לִבְנֵ֣י נַפְתָּלִ֔י יָצָ֖א הַגּוֹרָ֣ל הַשִּׁשִּׁ֑י לִבְנֵ֥י נַפְתָּלִ֖י לְמִשְׁפְּחֹתָֽם׃ 32
Altıncı püşk Naftali övladları üçün nəsillərinə görə Naftali övladlarına düşdü.
וַיְהִ֣י גְבוּלָ֗ם מֵחֵ֨לֶף מֵֽאֵל֜וֹן בְּצַעֲנַנִּ֗ים וַאֲדָמִ֥י הַנֶּ֛קֶב וְיַבְנְאֵ֖ל עַד־לַקּ֑וּם וַיְהִ֥י תֹצְאֹתָ֖יו הַיַּרְדֵּֽן׃ 33
Onların sərhədi Xelefdən Saanannimdəki palıd ağacından başlayaraq Adami-Negev və Yavneeli keçib Laqquma çatır, sonu isə İordan çayında bitirdi.
וְשָׁ֨ב הַגְּב֥וּל יָ֙מָּה֙ אַזְנ֣וֹת תָּב֔וֹר וְיָצָ֥א מִשָּׁ֖ם חוּקֹ֑קָה וּפָגַ֨ע בִּזְבֻל֜וּן מִנֶּ֗גֶב וּבְאָשֵׁר֙ פָּגַ֣ע מִיָּ֔ם וּבִ֣יהוּדָ֔ה הַיַּרְדֵּ֖ן מִזְרַ֥ח הַשָּֽׁמֶשׁ׃ 34
Sərhəd qərbə doğru Aznot-Tavora dönüb oradan Xuqoqa qalxırdı. Cənubda Zevuluna, qərbdə Aşerə, gündoğana tərəf İordan çayına çatırdı.
וְעָרֵ֖י מִבְצָ֑ר הַצִּדִּ֣ים צֵ֔ר וְחַמַּ֖ת רַקַּ֥ת וְכִנָּֽרֶת׃ 35
Qalalı şəhərlər bunlar idi: Siddim, Ser, Xammat, Raqqat, Kinneret,
וַאֲדָמָ֥ה וְהָרָמָ֖ה וְחָצֽוֹר׃ 36
Adama, Rama, Xasor,
וְקֶ֥דֶשׁ וְאֶדְרֶ֖עִי וְעֵ֥ין חָצֽוֹר׃ 37
Qedeş, Edrei, En-Xasor,
וְיִרְאוֹן֙ וּמִגְדַּל־אֵ֔ל חֳרֵ֥ם וּבֵית־עֲנָ֖ת וּבֵ֣ית שָׁ֑מֶשׁ עָרִ֥ים תְּשַֽׁע־עֶשְׂרֵ֖ה וְחַצְרֵיהֶֽן׃ 38
İreon, Miqdal-El, Xorem, Bet-Anat, Bet-Şemeş. Bunlar kəndləri ilə birlikdə on doqquz şəhər idi.
זֹ֗את נַחֲלַ֛ת מַטֵּ֥ה בְנֵֽי־נַפְתָּלִ֖י לְמִשְׁפְּחֹתָ֑ם הֶעָרִ֖ים וְחַצְרֵיהֶֽן׃ פ 39
Nəsillərinə görə Naftali övladları qəbiləsinin irs olan torpaqları kəndləri ilə birlikdə bu şəhərlər idi.
לְמַטֵּ֥ה בְנֵי־דָ֖ן לְמִשְׁפְּחֹתָ֑ם יָצָ֖א הַגּוֹרָ֥ל הַשְּׁבִיעִֽי׃ 40
Yeddinci püşk nəsillərinə görə Dan övladları qəbiləsinə düşdü.
וַיְהִ֖י גְּב֣וּל נַחֲלָתָ֑ם צָרְעָ֥ה וְאֶשְׁתָּא֖וֹל וְעִ֥יר שָֽׁמֶשׁ׃ 41
İrs torpaqları bunlar idi: Sora, Eştaol, İr-Şemeş,
וְשַֽׁעֲלַבִּ֥ין וְאַיָּל֖וֹן וְיִתְלָֽה׃ 42
Şaalabbin, Ayyalon, İtla,
וְאֵיל֥וֹן וְתִמְנָ֖תָה וְעֶקְרֽוֹן׃ 43
Elon, Timna, Eqron,
וְאֶלְתְּקֵ֥ה וְגִבְּת֖וֹן וּבַעֲלָֽת׃ 44
Elteqe, Gibbeton, Baalat,
וִיהֻ֥ד וּבְנֵֽי־בְרַ֖ק וְגַת־רִמּֽוֹן׃ 45
Yehud, Bene-Beraq, Qat-Rimmon,
וּמֵ֥י הַיַּרְק֖וֹן וְהָֽרַקּ֑וֹן עִֽם־הַגְּב֖וּל מ֥וּל יָפֽוֹ׃ 46
Me-Yarqon, Yafo qarşısında olan sərhədi ilə Raqqon.
וַיֵּצֵ֥א גְבוּל־בְּנֵי־דָ֖ן מֵהֶ֑ם וַיַּעֲל֣וּ בְנֵֽי־דָ֠ן וַיִּלָּחֲמ֨וּ עִם־לֶ֜שֶׁם וַיִּלְכְּד֥וּ אוֹתָ֣הּ ׀ וַיַּכּ֧וּ אוֹתָ֣הּ לְפִי־חֶ֗רֶב וַיִּֽרְשׁ֤וּ אוֹתָהּ֙ וַיֵּ֣שְׁבוּ בָ֔הּ וַיִּקְרְא֤וּ לְלֶ֙שֶׁם֙ דָּ֔ן כְּשֵׁ֖ם דָּ֥ן אֲבִיהֶֽם׃ 47
Amma Dan övladlarının torpağı onların əlindən çıxdı. Ona görə də Dan övladları Leşem üzərinə döyüşə getdilər. Oranı alıb əhalisini qılıncdan keçirtdilər və oraya sahib olub məskən saldılar. Ataları Danın şərəfinə görə Leşemə Dan adı verdilər.
זֹ֗את נַחֲלַ֛ת מַטֵּ֥ה בְנֵי־דָ֖ן לְמִשְׁפְּחֹתָ֑ם הֶֽעָרִ֥ים הָאֵ֖לֶּה וְחַצְרֵיהֶֽן׃ פ 48
Nəsillərinə görə Dan övladları qəbiləsinin irs olan kəndləri ilə birlikdə bu şəhərlər idi.
וַיְכַלּ֥וּ לִנְחֹל־אֶת־הָאָ֖רֶץ לִגְבֽוּלֹתֶ֑יהָ וַיִּתְּנ֨וּ בְנֵי־יִשְׂרָאֵ֧ל נַחֲלָ֛ה לִיהוֹשֻׁ֥עַ בִּן־נ֖וּן בְּתוֹכָֽם׃ 49
Ölkəni torpaq paylarına görə irs olaraq bölüşdürüb qurtarandan sonra İsrail övladları Nun oğlu Yeşuaya aralarında irs olaraq torpaq verdilər.
עַל־פִּ֨י יְהוָ֜ה נָ֣תְנוּ ל֗וֹ אֶת־הָעִיר֙ אֲשֶׁ֣ר שָׁאָ֔ל אֶת־תִּמְנַת־סֶ֖רַח בְּהַ֣ר אֶפְרָ֑יִם וַיִּבְנֶ֥ה אֶת־הָעִ֖יר וַיֵּ֥שֶׁב בָּֽהּ׃ 50
Rəbbin əmrinə görə istədiyi şəhəri – Efrayimin dağlıq bölgəsində Timnat-Serahı ona verdilər. O da bu şəhəri tikib orada yaşadı.
אֵ֣לֶּה הַנְּחָלֹ֡ת אֲשֶׁ֣ר נִחֲל֣וּ אֶלְעָזָ֣ר הַכֹּהֵ֣ן ׀ וִיהוֹשֻׁ֪עַ בִּן־נ֟וּן וְרָאשֵׁ֣י הָֽאָב֣וֹת לְמַטּוֹת֩ בְּנֵי־יִשְׂרָאֵ֨ל ׀ בְּגוֹרָ֤ל ׀ בְּשִׁלֹה֙ לִפְנֵ֣י יְהוָ֔ה פֶּ֖תַח אֹ֣הֶל מוֹעֵ֑ד וַיְכַלּ֕וּ מֵֽחַלֵּ֖ק אֶת־הָאָֽרֶץ׃ פ 51
Şilodakı Hüzur çadırının girişində, Rəbbin hüzurunda kahin Eleazarın, Nun oğlu Yeşuanın, İsrail qəbilələrinin nəsil başçılarının püşk ilə bölüşdürdükləri irs torpaqlar bunlar idi. Beləliklə, onlar ölkənin bölüşdürülməsini başa çatdırdılar.

< יְהוֹשֻעַ 19 >