< בְּרֵאשִׁית 36 >

וְאֵ֛לֶּה תֹּלְד֥וֹת עֵשָׂ֖ו ה֥וּא אֱדֽוֹם׃ 1
Esavın, yəni Edomun tarixçəsi belədir.
עֵשָׂ֛ו לָקַ֥ח אֶת־נָשָׁ֖יו מִבְּנ֣וֹת כְּנָ֑עַן אֶת־עָדָ֗ה בַּת־אֵילוֹן֙ הַֽחִתִּ֔י וְאֶת־אָהֳלִֽיבָמָה֙ בַּת־עֲנָ֔ה בַּת־צִבְע֖וֹן הַֽחִוִּֽי׃ 2
Esav Kənan qızlarından Xetli Elonun qızı Adanı, Xivli Siveonun qızı Ananın qızı Oholivamanı,
וְאֶת־בָּשְׂמַ֥ת בַּת־יִשְׁמָעֵ֖אל אֲח֥וֹת נְבָיֽוֹת׃ 3
həmçinin İsmailin qızı, Nevayotun bacısı Basmatı arvad aldı.
וַתֵּ֧לֶד עָדָ֛ה לְעֵשָׂ֖ו אֶת־אֱלִיפָ֑ז וּבָ֣שְׂמַ֔ת יָלְדָ֖ה אֶת־רְעוּאֵֽל׃ 4
Ada Esava Elifazı doğdu, Basmat isə Reueli doğdu.
וְאָהֳלִֽיבָמָה֙ יָֽלְדָ֔ה אֶת־יְע֥וּשׁ וְאֶת־יַעְלָ֖ם וְאֶת־קֹ֑רַח אֵ֚לֶּה בְּנֵ֣י עֵשָׂ֔ו אֲשֶׁ֥ר יֻלְּדוּ־ל֖וֹ בְּאֶ֥רֶץ כְּנָֽעַן׃ 5
Oholivama Yeuşu, Yalamı və Qorahı doğdu; Esavın Kənan torpağında doğulan oğulları bunlardır.
וַיִּקַּ֣ח עֵשָׂ֡ו אֶת־נָ֠שָׁיו וְאֶת־בָּנָ֣יו וְאֶת־בְּנֹתָיו֮ וְאֶת־כָּל־נַפְשׁ֣וֹת בֵּיתוֹ֒ וְאֶת־מִקְנֵ֣הוּ וְאֶת־כָּל־בְּהֶמְתּ֗וֹ וְאֵת֙ כָּל־קִנְיָנ֔וֹ אֲשֶׁ֥ר רָכַ֖שׁ בְּאֶ֣רֶץ כְּנָ֑עַן וַיֵּ֣לֶךְ אֶל־אֶ֔רֶץ מִפְּנֵ֖י יַעֲקֹ֥ב אָחִֽיו׃ 6
Esav arvadlarını, oğullarını, qızlarını, evindəki adamların hamısını, sürülərini, bütün heyvanlarını və Kənan torpağında qazandığı bütün var-dövləti götürüb qardaşı Yaqubun yanından başqa bir torpağa getdi.
כִּֽי־הָיָ֧ה רְכוּשָׁ֛ם רָ֖ב מִשֶּׁ֣בֶת יַחְדָּ֑ו וְלֹ֨א יָֽכְלָ֜ה אֶ֤רֶץ מְגֽוּרֵיהֶם֙ לָשֵׂ֣את אֹתָ֔ם מִפְּנֵ֖י מִקְנֵיהֶֽם׃ 7
Çünki əmlakları çox olduğuna görə bir yerdə yaşaya bilmədilər; sürüləri çox olduğu üçün qaldıqları torpağa sığmırdılar.
וַיֵּ֤שֶׁב עֵשָׂו֙ בְּהַ֣ר שֵׂעִ֔יר עֵשָׂ֖ו ה֥וּא אֱדֽוֹם׃ 8
Esav, yəni Edom Seir dağlıq diyarında məskən saldı.
וְאֵ֛לֶּה תֹּלְד֥וֹת עֵשָׂ֖ו אֲבִ֣י אֱד֑וֹם בְּהַ֖ר שֵׂעִֽיר׃ 9
Edomluların əcdadı Esavın Seir dağlıq diyarındakı tarixçəsi belədir.
אֵ֖לֶּה שְׁמ֣וֹת בְּנֵֽי־עֵשָׂ֑ו אֱלִיפַ֗ז בֶּן־עָדָה֙ אֵ֣שֶׁת עֵשָׂ֔ו רְעוּאֵ֕ל בֶּן־בָּשְׂמַ֖ת אֵ֥שֶׁת עֵשָֽׂו׃ 10
Esavın oğullarının adları belədir: Esavın arvadı Adanın oğlu Elifaz, Esavın arvadı Basmatın oğlu Reuel.
וַיִּהְי֖וּ בְּנֵ֣י אֱלִיפָ֑ז תֵּימָ֣ן אוֹמָ֔ר צְפ֥וֹ וְגַעְתָּ֖ם וּקְנַֽז׃ 11
Elifazın oğulları: Teman, Omar, Sefo, Qatam və Qenaz.
וְתִמְנַ֣ע ׀ הָיְתָ֣ה פִילֶ֗גֶשׁ לֶֽאֱלִיפַז֙ בֶּן־עֵשָׂ֔ו וַתֵּ֥לֶד לֶאֱלִיפַ֖ז אֶת־עֲמָלֵ֑ק אֵ֕לֶּה בְּנֵ֥י עָדָ֖ה אֵ֥שֶׁת עֵשָֽׂו׃ 12
Timna Esavın oğlu Elifazın cariyəsi idi. O, Elifaza Amaleqi doğdu. Esavın arvadı Adanın nəvələri bunlardır.
וְאֵ֙לֶּה֙ בְּנֵ֣י רְעוּאֵ֔ל נַ֥חַת וָזֶ֖רַח שַׁמָּ֣ה וּמִזָּ֑ה אֵ֣לֶּ֣ה הָי֔וּ בְּנֵ֥י בָשְׂמַ֖ת אֵ֥שֶׁת עֵשָֽׂו׃ 13
Reuelin oğulları bunlardır: Naxat, Zerah, Şamma və Mizza; bunlar Esavın arvadı Basmatın nəvələridir.
וְאֵ֣לֶּה הָי֗וּ בְּנֵ֨י אָהֳלִיבָמָ֧ה בַת־עֲנָ֛ה בַּת־צִבְע֖וֹן אֵ֣שֶׁת עֵשָׂ֑ו וַתֵּ֣לֶד לְעֵשָׂ֔ו אֶת־יְע֥וּשׁ וְאֶת־יַעְלָ֖ם וְאֶת־קֹֽרַח׃ 14
Esavın arvadı Siveon qızı Ana qızı Oholivamanın oğulları bunlardır: o, Esava Yeuşu, Yalamı və Qorahı doğdu.
אֵ֖לֶּה אַלּוּפֵ֣י בְנֵֽי־עֵשָׂ֑ו בְּנֵ֤י אֱלִיפַז֙ בְּכ֣וֹר עֵשָׂ֔ו אַלּ֤וּף תֵּימָן֙ אַלּ֣וּף אוֹמָ֔ר אַלּ֥וּף צְפ֖וֹ אַלּ֥וּף קְנַֽז׃ 15
Esav oğullarının başçıları bunlardır: Esavın ilk oğlu Elifazın oğulları: başçı Teman, başçı Omar, başçı Sefo, başçı Qenaz,
אַלּֽוּף־קֹ֛רַח אַלּ֥וּף גַּעְתָּ֖ם אַלּ֣וּף עֲמָלֵ֑ק אֵ֣לֶּה אַלּוּפֵ֤י אֱלִיפַז֙ בְּאֶ֣רֶץ אֱד֔וֹם אֵ֖לֶּה בְּנֵ֥י עָדָֽה׃ 16
başçı Qorah, başçı Qatam, başçı Amaleq. Edom torpağında Elifazdan olan başçılar bunlardır; onlar Adanın nəvələridir.
וְאֵ֗לֶּה בְּנֵ֤י רְעוּאֵל֙ בֶּן־עֵשָׂ֔ו אַלּ֥וּף נַ֙חַת֙ אַלּ֣וּף זֶ֔רַח אַלּ֥וּף שַׁמָּ֖ה אַלּ֣וּף מִזָּ֑ה אֵ֣לֶּה אַלּוּפֵ֤י רְעוּאֵל֙ בְּאֶ֣רֶץ אֱד֔וֹם אֵ֕לֶּה בְּנֵ֥י בָשְׂמַ֖ת אֵ֥שֶׁת עֵשָֽׂו׃ 17
Esavın oğlu Reuelin oğulları bunlardır: başçı Naxat, başçı Zerah, başçı Şamma, başçı Mizza. Edom torpağında Reueldən olan başçılar bunlardır; onlar Esavın arvadı Basmatın nəvələridir.
וְאֵ֗לֶּה בְּנֵ֤י אָהֳלִֽיבָמָה֙ אֵ֣שֶׁת עֵשָׂ֔ו אַלּ֥וּף יְע֛וּשׁ אַלּ֥וּף יַעְלָ֖ם אַלּ֣וּף קֹ֑רַח אֵ֣לֶּה אַלּוּפֵ֞י אָֽהֳלִיבָמָ֛ה בַּת־עֲנָ֖ה אֵ֥שֶׁת עֵשָֽׂו׃ 18
Esavın arvadı Oholivamanın oğulları bunlardır: başçı Yeuş, başçı Yalam, başçı Qorah; onlar Esavın arvadı Ana qızı Oholivamanın nəslindən olan başçılardır.
אֵ֧לֶּה בְנֵי־עֵשָׂ֛ו וְאֵ֥לֶּה אַלּוּפֵיהֶ֖ם ה֥וּא אֱדֽוֹם׃ ס 19
Bunlar Esavın, yəni Edomun oğullarıdır, bunlar da onların başçılarıdır.
אֵ֤לֶּה בְנֵֽי־שֵׂעִיר֙ הַחֹרִ֔י יֹשְׁבֵ֖י הָאָ֑רֶץ לוֹטָ֥ן וְשׁוֹבָ֖ל וְצִבְע֥וֹן וַעֲנָֽה׃ 20
Ölkədə yaşayan Xorlu Seirin oğulları bunlardır: Lotan, Şoval, Siveon, Ana,
וְדִשׁ֥וֹן וְאֵ֖צֶר וְדִישָׁ֑ן אֵ֣לֶּה אַלּוּפֵ֧י הַחֹרִ֛י בְּנֵ֥י שֵׂעִ֖יר בְּאֶ֥רֶץ אֱדֽוֹם׃ 21
Dişon, Eser və Dişan. Edom torpağında başçılıq edən Xorlu Seirin oğulları bunlardır.
וַיִּהְי֥וּ בְנֵי־לוֹטָ֖ן חֹרִ֣י וְהֵימָ֑ם וַאֲח֥וֹת לוֹטָ֖ן תִּמְנָֽע׃ 22
Lotanın oğulları Xori və Hemam, Lotanın bacısı Timna.
וְאֵ֙לֶּה֙ בְּנֵ֣י שׁוֹבָ֔ל עַלְוָ֥ן וּמָנַ֖חַת וְעֵיבָ֑ל שְׁפ֖וֹ וְאוֹנָֽם׃ 23
Şovalın oğulları bunlardır: Alvan, Manaxat, Eval, Şefo və Onam.
וְאֵ֥לֶּה בְנֵֽי־צִבְע֖וֹן וְאַיָּ֣ה וַעֲנָ֑ה ה֣וּא עֲנָ֗ה אֲשֶׁ֨ר מָצָ֤א אֶת־הַיֵּמִם֙ בַּמִּדְבָּ֔ר בִּרְעֹת֥וֹ אֶת־הַחֲמֹרִ֖ים לְצִבְע֥וֹן אָבִֽיו׃ 24
Siveonun oğulları bunlardır: Ayya və Ana; atası Siveonun eşşəklərini otararkən çöldə isti bulaqlar tapan Ana budur.
וְאֵ֥לֶּה בְנֵֽי־עֲנָ֖ה דִּשֹׁ֑ן וְאָהֳלִיבָמָ֖ה בַּת־עֲנָֽה׃ 25
Ananın övladları bunlardır: Dişon və Ananın qızı Oholivama.
וְאֵ֖לֶּה בְּנֵ֣י דִישָׁ֑ן חֶמְדָּ֥ן וְאֶשְׁבָּ֖ן וְיִתְרָ֥ן וּכְרָֽן׃ 26
Dişonun oğulları bunlardır: Xemdan, Eşban, İtran və Keran.
אֵ֖לֶּה בְּנֵי־אֵ֑צֶר בִּלְהָ֥ן וְזַעֲוָ֖ן וַעֲקָֽן׃ 27
Eserin oğulları bunlardır: Bilhan, Zaavan və Aqan.
אֵ֥לֶּה בְנֵֽי־דִישָׁ֖ן ע֥וּץ וַאֲרָֽן׃ 28
Dişanın oğulları bunlardır: Us və Aran.
אֵ֖לֶּה אַלּוּפֵ֣י הַחֹרִ֑י אַלּ֤וּף לוֹטָן֙ אַלּ֣וּף שׁוֹבָ֔ל אַלּ֥וּף צִבְע֖וֹן אַלּ֥וּף עֲנָֽה׃ 29
Xorlulardan olan başçılar bunlardır: başçı Lotan, başçı Şoval, başçı Siveon, başçı Ana,
אַלּ֥וּף דִּשֹׁ֛ן אַלּ֥וּף אֵ֖צֶר אַלּ֣וּף דִּישָׁ֑ן אֵ֣לֶּה אַלּוּפֵ֧י הַחֹרִ֛י לְאַלֻּפֵיהֶ֖ם בְּאֶ֥רֶץ שֵׂעִֽיר׃ פ 30
başçı Dişon, başçı Eser, başçı Dişan; Seir torpağında qəbilələrinə görə Xorlu başçılar bunlardır.
וְאֵ֙לֶּה֙ הַמְּלָכִ֔ים אֲשֶׁ֥ר מָלְכ֖וּ בְּאֶ֣רֶץ אֱד֑וֹם לִפְנֵ֥י מְלָךְ־מֶ֖לֶךְ לִבְנֵ֥י יִשְׂרָאֵֽל׃ 31
İsraillilərə bir kəs padşahlıq etməzdən əvvəl Edom ölkəsində padşahlıq edən adamlar bunlardır:
וַיִּמְלֹ֣ךְ בֶּאֱד֔וֹם בֶּ֖לַע בֶּן־בְּע֑וֹר וְשֵׁ֥ם עִיר֖וֹ דִּנְהָֽבָה׃ 32
Edomda Beorun oğlu Bela padşah oldu. Onun şəhəri Dinhava idi.
וַיָּ֖מָת בָּ֑לַע וַיִּמְלֹ֣ךְ תַּחְתָּ֔יו יוֹבָ֥ב בֶּן־זֶ֖רַח מִבָּצְרָֽה׃ 33
Bela öldü və onun yerinə Bosradan olan Zerah oğlu Yovav padşah oldu.
וַיָּ֖מָת יוֹבָ֑ב וַיִּמְלֹ֣ךְ תַּחְתָּ֔יו חֻשָׁ֖ם מֵאֶ֥רֶץ הַתֵּימָנִֽי׃ 34
Yovav öldü və onun yerinə Temanlıların torpağından olan Xuşam padşah oldu.
וַיָּ֖מָת חֻשָׁ֑ם וַיִּמְלֹ֨ךְ תַּחְתָּ֜יו הֲדַ֣ד בֶּן־בְּדַ֗ד הַמַּכֶּ֤ה אֶת־מִדְיָן֙ בִּשְׂדֵ֣ה מוֹאָ֔ב וְשֵׁ֥ם עִיר֖וֹ עֲוִֽית׃ 35
Xuşam öldü və onun yerinə Moav çölündə Midyanlıları qıran Bedad oğlu Hadad padşah oldu. Onun şəhəri Avit idi.
וַיָּ֖מָת הֲדָ֑ד וַיִּמְלֹ֣ךְ תַּחְתָּ֔יו שַׂמְלָ֖ה מִמַּשְׂרֵקָֽה׃ 36
Hadad öldü və onun yerinə Masreqadan olan Samla padşah oldu.
וַיָּ֖מָת שַׂמְלָ֑ה וַיִּמְלֹ֣ךְ תַּחְתָּ֔יו שָׁא֖וּל מֵרְחֹב֥וֹת הַנָּהָֽר׃ 37
Samla öldü və onun yerinə Rexovot-Hannahardan olan Şaul padşah oldu.
וַיָּ֖מָת שָׁא֑וּל וַיִּמְלֹ֣ךְ תַּחְתָּ֔יו בַּ֥עַל חָנָ֖ן בֶּן־עַכְבּֽוֹר׃ 38
Şaul öldü və onun yerinə Akbor oğlu Baal-Xanan padşah oldu.
וַיָּמָת֮ בַּ֣עַל חָנָ֣ן בֶּן־עַכְבּוֹר֒ וַיִּמְלֹ֤ךְ תַּחְתָּיו֙ הֲדַ֔ר וְשֵׁ֥ם עִיר֖וֹ פָּ֑עוּ וְשֵׁ֨ם אִשְׁתּ֤וֹ מְהֵֽיטַבְאֵל֙ בַּת־מַטְרֵ֔ד בַּ֖ת מֵ֥י זָהָֽב׃ 39
Akbor oğlu Baal-Xanan öldü və onun yerinə Hadar padşah oldu. Onun şəhəri Pau idi. Onun arvadının adı Me-Zahav qızı Matred qızı Mehetavel idi.
וְ֠אֵלֶּה שְׁמ֞וֹת אַלּוּפֵ֤י עֵשָׂו֙ לְמִשְׁפְּחֹתָ֔ם לִמְקֹמֹתָ֖ם בִּשְׁמֹתָ֑ם אַלּ֥וּף תִּמְנָ֛ע אַלּ֥וּף עַֽלְוָ֖ה אַלּ֥וּף יְתֵֽת׃ 40
Esavın nəslindən olan başçıların qəbilələrinə və yerlərinə görə adları belədir: başçı Timna, başçı Alva, başçı Yetet,
אַלּ֧וּף אָהֳלִיבָמָ֛ה אַלּ֥וּף אֵלָ֖ה אַלּ֥וּף פִּינֹֽן׃ 41
başçı Oholivama, başçı Ela, başçı Pinon,
אַלּ֥וּף קְנַ֛ז אַלּ֥וּף תֵּימָ֖ן אַלּ֥וּף מִבְצָֽר׃ 42
başçı Qenaz, başçı Teman, başçı Mivsar,
אַלּ֥וּף מַגְדִּיאֵ֖ל אַלּ֣וּף עִירָ֑ם אֵ֣לֶּה ׀ אַלּוּפֵ֣י אֱד֗וֹם לְמֹֽשְׁבֹתָם֙ בְּאֶ֣רֶץ אֲחֻזָּתָ֔ם ה֥וּא עֵשָׂ֖ו אֲבִ֥י אֱדֽוֹם׃ פ 43
başçı Maqdiel, başçı İram; sahib olduqları ölkədə yaşadıqları yerlərə görə Edom başçıları bunlardır. Esav da Edomluların əcdadıdır.

< בְּרֵאשִׁית 36 >