< תְהִלִּים 5 >
לַמְנַצֵּ֥חַ אֶֽל־הַנְּחִילֹ֗ות מִזְמֹ֥ור לְדָוִֽד׃ אֲמָרַ֖י הַאֲזִ֥ינָה ׀ יְהוָ֗ה בִּ֣ינָה הֲגִֽיגִי׃ | 1 |
Musiqi rəhbəri üçün. Davudun nəfəs alətlərinin müşayiəti ilə oxunan məzmuru. Ya Rəbb, sözlərimə qulaq as, Ah-naləmə nəzər sal.
הַקְשִׁ֤יבָה ׀ לְקֹ֬ול שַׁוְעִ֗י מַלְכִּ֥י וֵאלֹהָ֑י כִּֽי־אֵ֝לֶ֗יךָ אֶתְפַּלָּֽל׃ | 2 |
Ey Padşahım, ey Allahım, fəryad səsimə qulaq as, Çünki Sənə dua edirəm.
יְֽהוָ֗ה בֹּ֖קֶר תִּשְׁמַ֣ע קֹולִ֑י בֹּ֥קֶר אֶֽעֱרָךְ־לְ֝ךָ֗ וַאֲצַפֶּֽה׃ | 3 |
Ya Rəbb, səhər erkən səsimi eşidirsən, Səhər erkən Sənə dua edib cavab gözləyirəm.
כִּ֤י ׀ לֹ֤א אֵֽל־חָפֵ֘ץ רֶ֥שַׁע ׀ אָ֑תָּה לֹ֖א יְגֻרְךָ֣ רָֽע׃ | 4 |
Çünki Sən pislikdən xoşlanan Allah deyilsən, Şər Sənin yanına gəlməz.
לֹֽא־יִתְיַצְּב֣וּ הֹֽ֭ולְלִים לְנֶ֣גֶד עֵינֶ֑יךָ שָׂ֝נֵ֗אתָ כָּל־פֹּ֥עֲלֵי אָֽוֶן׃ | 5 |
Təkəbbürlülər hüzurunda dayana bilməz, Bütün şər iş görənlərə nifrət edirsən.
תְּאַבֵּד֮ דֹּבְרֵ֪י כָ֫זָ֥ב אִישׁ־דָּמִ֥ים וּמִרְמָ֗ה יְתָ֘עֵ֥ב ׀ יְהוָֽה׃ | 6 |
Yalan söyləyənləri məhv edirsən, Ya Rəbb, qaniçənlərdən, hiyləgərlərdən ikrah edirsən.
וַאֲנִ֗י בְּרֹ֣ב חַ֭סְדְּךָ אָבֹ֣וא בֵיתֶ֑ךָ אֶשְׁתַּחֲוֶ֥ה אֶל־הֽ͏ֵיכַל־קָ֝דְשְׁךָ֗ בְּיִרְאָתֶֽךָ׃ | 7 |
Fəqət mən bol məhəbbətin naminə evinə gələcəyəm, Üz tutub müqəddəs məbədinə qorxu ilə səcdə edəcəyəm.
יְהוָ֤ה ׀ נְחֵ֬נִי בְצִדְקָתֶ֗ךָ לְמַ֥עַן שֹׁורְרָ֑י הֹושַׁר (הַיְשַׁ֖ר) לְפָנַ֣י דַּרְכֶּֽךָ׃ | 8 |
Ya Rəbb, ədalətinlə məni düz yola yönəlt, Düşmənlərimin üzündən Öz yolunu qarşımda düzəlt.
כִּ֤י אֵ֪ין בְּפִ֡יהוּ נְכֹונָה֮ קִרְבָּ֪ם הַ֫וֹּ֥ות קֶֽבֶר־פָּת֥וּחַ גְּרֹונָ֑ם לְ֝שֹׁונָ֗ם יַחֲלִֽיקוּן׃ | 9 |
Onların dillərində düz söz yoxdur, Ürəkləri pis niyyətlə doludur. Boğazları açıq qəbirdir, Dilləri yalan danışır.
הַֽאֲשִׁימֵ֨ם ׀ אֱֽלֹהִ֗ים יִפְּלוּ֮ מִֽמֹּעֲצֹ֪ותֵ֫יהֶ֥ם בְּרֹ֣ב פִּ֭שְׁעֵיהֶם הַדִּיחֵ֑מֹו כִּי־מָ֥רוּ בָֽךְ׃ | 10 |
Ey Allah, onları təqsirkar çıxar, Qoy niyyətlərinə görə bu şər insanlar yıxılsın. Onları saysız günahlarına görə qov, Çünki Sənin əleyhinə qalxıblar.
וְיִשְׂמְח֨וּ כָל־חֹ֪וסֵי בָ֡ךְ לְעֹולָ֣ם יְ֭רַנֵּנוּ וְתָסֵ֣ךְ עָלֵ֑ימֹו וְֽיַעְלְצ֥וּ בְ֝ךָ֗ אֹהֲבֵ֥י שְׁמֶֽךָ׃ | 11 |
Sənə pənah gətirənlərsə qoy sevinsin, Qoy Səni daima mədh etsinlər, Çünki onları Sən qoruyursan. Sənin adını sevənlər sevincdən cuşa gəlsin!
כִּֽי־אַתָּה֮ תְּבָרֵ֪ךְ צַ֫דִּ֥יק יְהוָ֑ה כַּ֝צִּנָּ֗ה רָצֹ֥ון תַּעְטְרֶֽנּוּ׃ | 12 |
Ya Rəbb, salehə xeyir-dua verirsən, Lütfünlə sipər kimi onları hifz edirsən.