< תְהִלִּים 21 >
לַמְנַצֵּ֗חַ מִזְמֹ֥ור לְדָוִֽד׃ יְֽהוָ֗ה בְּעָזְּךָ֥ יִשְׂמַח־מֶ֑לֶךְ וּ֝בִישׁ֥וּעָתְךָ֗ מַה־יָּ֥גֶיל מְאֹֽד׃ | 1 |
Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ya Rəbb, padşah qüdrətinlə sevinir, Zəfərinlə fərəhlənir.
תַּאֲוַ֣ת לִ֭בֹּו נָתַ֣תָּה לֹּ֑ו וַאֲרֶ֥שֶׁת שְׂ֝פָתָ֗יו בַּל־מָנַ֥עְתָּ סֶּֽלָה׃ | 2 |
Onu ürəyinin arzusuna çatdırmısan, Dilindən çıxan diləyini ondan əsirgəməmisən. (Sela)
כִּֽי־תְ֭קַדְּמֶנּוּ בִּרְכֹ֣ות טֹ֑וב תָּשִׁ֥ית לְ֝רֹאשֹׁ֗ו עֲטֶ֣רֶת פָּֽז׃ | 3 |
Çünki onu yaxşı nemətlərlə qarşılamısan, Saf qızıldan başına tac qoymusan.
חַיִּ֤ים ׀ שָׁאַ֣ל מִ֭מְּךָ נָתַ֣תָּה לֹּ֑ו אֹ֥רֶךְ יָ֝מִ֗ים עֹולָ֥ם וָעֶֽד׃ | 4 |
Səndən həyat istəyəndə ona verdin, Onun ömrünü əbədi olaraq uzatmısan.
גָּדֹ֣ול כְּ֭בֹודֹו בִּישׁוּעָתֶ֑ךָ הֹ֥וד וְ֝הָדָר תְּשַׁוֶּ֥ה עָלָֽיו׃ | 5 |
Ona zəfər çaldıraraq şərəfini ucaltmısan, Ehtişam və əzəmət bağışlamısan.
כִּֽי־תְשִׁיתֵ֣הוּ בְרָכֹ֣ות לָעַ֑ד תְּחַדֵּ֥הוּ בְ֝שִׂמְחָ֗ה אֶת־פָּנֶֽיךָ׃ | 6 |
Əbədi olaraq başına nemətlər tökmüsən, Hüzurundakı sevinclə Sən onu fərəhləndirmisən.
כִּֽי־הַ֭מֶּלֶךְ בֹּטֵ֣חַ בַּיהוָ֑ה וּבְחֶ֥סֶד עֶ֝לְיֹ֗ון בַּל־יִמֹּֽוט׃ | 7 |
Çünki padşah Rəbbə güvənir, Haqq-Taalanın məhəbbəti ilə sarsılmazdır.
תִּמְצָ֣א יָ֭דְךָ לְכָל־אֹיְבֶ֑יךָ יְ֝מִֽינְךָ תִּמְצָ֥א שֹׂנְאֶֽיךָ׃ | 8 |
Əlin bütün düşmənlərini tapacaq, Sağ əlin yağıları tutacaq.
תְּשִׁיתֵ֤מֹו ׀ כְּתַנּ֥וּר אֵשׁ֮ לְעֵ֪ת פָּ֫נֶ֥יךָ יְ֭הוָה בְּאַפֹּ֣ו יְבַלְּעֵ֑ם וְֽתֹאכְלֵ֥ם אֵֽשׁ׃ | 9 |
Ya Rəbb, onlara görünən zaman Sən onları soba tək yandıracaqsan, Onları qəzəbinlə yeyib, alovunla udacaqsan.
פִּ֭רְיָמֹו מֵאֶ֣רֶץ תְּאַבֵּ֑ד וְ֝זַרְעָ֗ם מִבְּנֵ֥י אָדָֽם׃ | 10 |
Övladlarını yer üzündən, Gələcək nəsillərini insanlar arasından yox edəcəksən.
כִּי־נָט֣וּ עָלֶ֣יךָ רָעָ֑ה חָֽשְׁב֥וּ מְ֝זִמָּ֗ה בַּל־יוּכָֽלוּ׃ | 11 |
Çünki pis niyyətlə əleyhinə çıxdılar, Hiylə işlətdilər, amma gücləri çatmadı.
כִּ֭י תְּשִׁיתֵ֣מֹו שֶׁ֑כֶם בְּ֝מֵֽיתָרֶ֗יךָ תְּכֹונֵ֥ן עַל־פְּנֵיהֶֽם׃ | 12 |
Çünki Sən onları geri qovacaqsan, Yay çəkib oxla üzlərini nişan alacaqsan.
ר֣וּמָה יְהוָ֣ה בְעֻזֶּ֑ךָ נָשִׁ֥ירָה וּֽ֝נְזַמְּרָה גְּבוּרָתֶֽךָ׃ | 13 |
Ya Rəbb, qoy Sənin uca qüdrətini görək! Əzəmətini ilahilərlə tərənnüm edək!