< תְהִלִּים 19 >
לַמְנַצֵּ֗חַ מִזְמֹ֥ור לְדָוִֽד׃ הַשָּׁמַ֗יִם מְֽסַפְּרִ֥ים כְּבֹֽוד־אֵ֑ל וּֽמַעֲשֵׂ֥ה יָ֝דָ֗יו מַגִּ֥יד הָרָקִֽיעַ׃ | 1 |
Musiqi rəhbəri üçün. Davudun məzmuru. Göylər Allahın əzəmətini bəyan edir, Göy qübbəsi əllərinin işini elan edir.
יֹ֣ום לְ֭יֹום יַבִּ֣יעַֽ אֹ֑מֶר וְלַ֥יְלָה לְּ֝לַ֗יְלָה יְחַוֶּה־דָּֽעַת׃ | 2 |
Hər gün ertəsi günə nəql edir, Hər gecə o biri gecəyə bilik verir.
אֵֽין־אֹ֭מֶר וְאֵ֣ין דְּבָרִ֑ים בְּ֝לִ֗י נִשְׁמָ֥ע קֹולָֽם׃ | 3 |
Onların nə nitqi, nə də sözləri var, Onların səsləri eşidilmir.
בְּכָל־הָאָ֨רֶץ ׀ יָ֘צָ֤א קַוָּ֗ם וּבִקְצֵ֣ה תֵ֭בֵל מִלֵּיהֶ֑ם לַ֝שֶּׁ֗מֶשׁ שָֽׂם־אֹ֥הֶל בָּהֶֽם׃ | 4 |
Amma avazları bütün dünyaya yayılır, Sözləri yerin ucqarlarına çatır. Allah günəş üçün göylərdə çadır qurur,
וְה֗וּא כְּ֭חָתָן יֹצֵ֣א מֵחֻפָּתֹ֑ו יָשִׂ֥ישׂ כְּ֝גִבֹּ֗ור לָר֥וּץ אֹֽרַח׃ | 5 |
Günəş gərdəyindən bəy kimi çıxır, Qaçışa çıxan bir igid kimi şad olur.
מִקְצֵ֤ה הַשָּׁמַ֨יִם ׀ מֹֽוצָאֹ֗ו וּתְקוּפָתֹ֥ו עַל־קְצֹותָ֑ם וְאֵ֥ין נִ֝סְתָּ֗ר מֵֽחַמָּתֹו׃ | 6 |
Bir tərəfdən çıxır, göylərdə dövrə vurur, Heç nə istisindən gizlənə bilmir.
תֹּ֘ורַ֤ת יְהוָ֣ה תְּ֭מִימָה מְשִׁ֣יבַת נָ֑פֶשׁ עֵד֥וּת יְהוָ֥ה נֶ֝אֱמָנָ֗ה מַחְכִּ֥ימַת פֶּֽתִי׃ | 7 |
Rəbbin qanunu kamildir, canı təzələyir, Rəbbin öyüdü etibarlıdır, nadanı müdrik edir.
פִּקּ֘וּדֵ֤י יְהוָ֣ה יְ֭שָׁרִים מְשַׂמְּחֵי־לֵ֑ב מִצְוַ֥ת יְהוָ֥ה בָּ֝רָ֗ה מְאִירַ֥ת עֵינָֽיִם׃ | 8 |
Rəbbin qayda-qanunları düzdür, ürəyi sevindirir, Rəbbin əmrləri pakdır, gözləri aydın edir.
יִרְאַ֤ת יְהוָ֨ה ׀ טְהֹורָה֮ עֹומֶ֪דֶת לָ֫עַ֥ד מִֽשְׁפְּטֵי־יְהוָ֥ה אֱמֶ֑ת צָֽדְק֥וּ יַחְדָּֽו׃ | 9 |
Rəbb qorxusu safdır, əbədi yaşayır, Rəbbin hökmləri haqdır, hamısı ədalətlidir.
הַֽנֶּחֱמָדִ֗ים מִ֭זָּהָב וּמִפַּ֣ז רָ֑ב וּמְתוּקִ֥ים מִ֝דְּבַ֗שׁ וְנֹ֣פֶת צוּפִֽים׃ | 10 |
Onlar qızıldan, bol miqdarda olan saf qızıldan da çox sevilir, Onlar baldan, şanı balından da şirindir.
גַּֽם־עַ֭בְדְּךָ נִזְהָ֣ר בָּהֶ֑ם בְּ֝שָׁמְרָ֗ם עֵ֣קֶב רָֽב׃ | 11 |
Bəndən bunlardan nəsihət alar, Onlara əməl edənin bol mükafatı var.
שְׁגִיאֹ֥ות מִֽי־יָבִ֑ין מִֽנִּסְתָּרֹ֥ות נַקֵּֽנִי׃ | 12 |
Kim öz səhvlərini duya bilər? Məni gizli təqsirlərimdən təmizlə.
גַּ֤ם מִזֵּדִ֨ים ׀ חֲשֹׂ֬ךְ עַבְדֶּ֗ךָ אַֽל־יִמְשְׁלוּ־בִ֣י אָ֣ז אֵיתָ֑ם וְ֝נִקֵּ֗יתִי מִפֶּ֥שַֽׁע רָֽב׃ | 13 |
Qulunu aşkar günahlardan qoru, Qoyma onların hökmü altında qalım. Onda kamilliyə çataram, Bütün itaətsizliklərdən ayrılaram.
יִֽהְי֥וּ לְרָצֹ֨ון ׀ אִמְרֵי־פִ֡י וְהֶגְיֹ֣ון לִבִּ֣י לְפָנֶ֑יךָ יְ֝הוָ֗ה צוּרִ֥י וְגֹאֲלִֽי׃ | 14 |
Ağzımdan çıxan sözlər, Qəlbimdəki düşüncələr Hüzurunda qəbul olunsun. Ya Rəbb, ey Qayam və Satınalanım!