< אִיּוֹב 35 >
וַיַּ֥עַן אֱלִיה֗וּ וַיֹּאמַֽר׃ | 1 |
Elihu sözünü belə davam etdirdi:
הֲ֭זֹאת חָשַׁ֣בְתָּ לְמִשְׁפָּ֑ט אָ֝מַ֗רְתָּ צִדְקִ֥י מֵאֵֽל׃ | 2 |
«Allah önündə haqlı olduğunu deyirsən. Bunun doğru olduğunumu düşünürsən?
כִּֽי־תֹ֭אמַר מַה־יִּסְכָּן־לָ֑ךְ מָֽה־אֹ֝עִ֗יל מֵֽחַטָּאתִֽי׃ | 3 |
Bəs niyə soruşursan ki, “əgər günah işlətməsəm, Bundan xeyrim, qazancım nə ola bilər?”
אֲ֭נִי אֲשִֽׁיבְךָ֣ מִלִּ֑ין וְֽאֶת־רֵעֶ֥יךָ עִמָּֽךְ׃ | 4 |
Həm sənə, həm də dostlarına Belə cavab verəcəyəm.
הַבֵּ֣ט שָׁמַ֣יִם וּרְאֵ֑ה וְשׁ֥וּר שְׁ֝חָקִ֗ים גָּבְה֥וּ מִמֶּֽךָּ׃ | 5 |
Bir bax səmaya, Nəzər sal başının üstündəki buludlara.
אִם־חָ֭טָאתָ מַה־תִּפְעָל־בֹּ֑ו וְרַבּ֥וּ פְ֝שָׁעֶ֗יךָ מַה־תַּעֲשֶׂה־לֹּֽו׃ | 6 |
Günah işlətsən, bunun Allaha nə ziyanı dəyər? Nə qədər üsyankar olsan da, Ona bir şey olarmı?
אִם־צָ֭דַקְתָּ מַה־תִּתֶּן־לֹ֑ו אֹ֥ו מַה־מִיָּדְךָ֥ יִקָּֽח׃ | 7 |
Sənin salehliyin Ona nə verir? Yaxud da O, əlindən nəyi alıb götürür?
לְאִישׁ־כָּמֹ֥וךָ רִשְׁעֶ֑ךָ וּלְבֶן־אָ֝דָ֗ם צִדְקָתֶֽךָ׃ | 8 |
Pisliyin özün kimisinə ziyan vurur, Salehliyin isə bəşər oğlu üçündür.
מֵ֭רֹב עֲשׁוּקִ֣ים יַזְעִ֑יקוּ יְשַׁוְּע֖וּ מִזְּרֹ֣ועַ רַבִּֽים׃ | 9 |
İnsanlar ağır təzyiq altında fəryad edir, Güclülərə qarşı yardım istəyir.
וְֽלֹא־אָמַ֗ר אַ֭יֵּה אֱלֹ֣והַּ עֹשָׂ֑י נֹתֵ֖ן זְמִרֹ֣ות בַּלָּֽיְלָה׃ | 10 |
Amma deyən yoxdur: “Hanı məni yaradan Allah? Hanı bizə gecələr ilahilər oxutduran Allah?
מַ֭לְּפֵנוּ מִבַּהֲמֹ֣ות אָ֑רֶץ וּמֵעֹ֖וף הַשָּׁמַ֣יִם יְחַכְּמֵֽנוּ׃ | 11 |
O bizi yer üzünün heyvanlarından çox öyrədib, Bizə göydəki quşlardan daha çox hikmət verib”.
שָׁ֣ם יִ֭צְעֲקוּ וְלֹ֣א יַעֲנֶ֑ה מִ֝פְּנֵ֗י גְּאֹ֣ון רָעִֽים׃ | 12 |
Orada pislərin qüruru üzündən İnsanlar fəryad edir, Amma Allah cavab vermir.
אַךְ־שָׁ֭וְא לֹא־יִשְׁמַ֥ע ׀ אֵ֑ל וְ֝שַׁדַּ֗י לֹ֣א יְשׁוּרֶֽנָּה׃ | 13 |
Əslində Allah boş fəryadı dinləmir, Külli-İxtiyar buna əhəmiyyət vermir.
אַ֣ף כִּֽי־תֹ֖אמַר לֹ֣א תְשׁוּרֶ֑נּוּ דִּ֥ין לְ֝פָנָ֗יו וּתְחֹ֥ולֵֽל לֹֽו׃ | 14 |
Sən onu görmədiyini söylədiyin anda belə, Mübahisən önündədir, Onu gözlə.
וְעַתָּ֗ה כִּי־אַ֭יִן פָּקַ֣ד אַפֹּ֑ו וְלֹֽא־יָדַ֖ע בַּפַּ֣שׁ מְאֹֽד׃ | 15 |
İndi qəzəblənib cəzalandırmırsa, Təqsirin çoxluğuna baxmır.
וְ֭אִיֹּוב הֶ֣בֶל יִפְצֶה־פִּ֑יהוּ בִּבְלִי־דַ֝֗עַת מִלִּ֥ין יַכְבִּֽר׃ פ | 16 |
Ona görə Əyyub boş yerə ağzını yorur, Avam-avam danışdıqca danışır».