< אִיּוֹב 23 >
וַיַּ֥עַן אִיֹּ֗וב וַיֹּאמַֽר׃ | 1 |
Əyyub belə cavab verdi:
גַּם־הַ֭יֹּום מְרִ֣י שִׂחִ֑י יָ֝דִ֗י כָּבְדָ֥ה עַל־אַנְחָתִֽי׃ | 2 |
«Bu gün də acı-acı şikayət edəcəyəm, Naləmə baxmayaraq üstümdə Allahın əli ağırdır.
מִֽי־יִתֵּ֣ן יָ֭דַעְתִּי וְאֶמְצָאֵ֑הוּ אָ֝בֹ֗וא עַד־תְּכוּנָתֹֽו׃ | 3 |
Kaş biləydim Onu harada tapmaq olar, Məskəninə çatmaq olar.
אֶעֶרְכָ֣ה לְפָנָ֣יו מִשְׁפָּ֑ט וּ֝פִ֗י אֲמַלֵּ֥א תֹוכָחֹֽות׃ | 4 |
O zaman davamı Onun hüzurunda dilə gətirərdim, Dəlillərimi dalbadal düzərdim.
אֵ֭דְעָה מִלִּ֣ים יַעֲנֵ֑נִי וְ֝אָבִ֗ינָה מַה־יֹּ֥אמַר לִֽי׃ | 5 |
Mənə verəcəyi cavabı öyrənərdim, Dediyini dərk edərdim.
הַבְּרָב־כֹּ֖חַ יָרִ֣יב עִמָּדִ֑י לֹ֥א אַךְ־ה֝֗וּא יָשִׂ֥ם בִּֽי׃ | 6 |
Əzəməti, qüdrəti ilə əleyhimə çıxardımı? Xeyr, yəqin sözümə qulaq asardı.
שָׁ֗ם יָ֭שָׁר נֹוכָ֣ח עִמֹּ֑ו וַאֲפַלְּטָ֥ה לָ֝נֶ֗צַח מִשֹּׁפְטִֽי׃ | 7 |
Hüzurunda bir haqlı insan mübahisə etsəydi, Mən hakimimin yanında haqq qazanardım.
הֵ֤ן קֶ֣דֶם אֶהֱלֹ֣ךְ וְאֵינֶ֑נּוּ וְ֝אָחֹ֗ור וְֽלֹא־אָבִ֥ין לֹֽו׃ | 8 |
Şərqə getsəm, Allah orada deyil, Qərbə getsəm, Onu tapa bilmirəm.
שְׂמֹ֣אול בַּעֲשֹׂתֹ֣ו וְלֹא־אָ֑חַז יַעְטֹ֥ף יָ֝מִ֗ין וְלֹ֣א אֶרְאֶֽה׃ | 9 |
O, şimalda işləsə, gözüm seçməz, Cənuba dönsə, Onu görə bilmərəm.
כִּֽי־יָ֭דַע דֶּ֣רֶךְ עִמָּדִ֑י בְּ֝חָנַ֗נִי כַּזָּהָ֥ב אֵצֵֽא׃ | 10 |
Amma tutduğum yolu O tanıyır, Məni sınayan zaman qızıl kimi çıxaram.
בַּ֭אֲשֻׁרֹו אָחֲזָ֣ה רַגְלִ֑י דַּרְכֹּ֖ו שָׁמַ֣רְתִּי וְלֹא־אָֽט׃ | 11 |
Hər addımını yaxından izlədim, Azmadan yoluna bağlı qaldım.
מִצְוַ֣ת שְׂ֭פָתָיו וְלֹ֣א אָמִ֑ישׁ מֵ֝חֻקִּ֗י צָפַ֥נְתִּי אִמְרֵי־פִֽיו׃ | 12 |
Ağzından çıxan əmrlərdən ayrılmadım, Gündəlik çörəkdən çox ağzından çıxan sözləri qiymətləndirdim.
וְה֣וּא בְ֭אֶחָד וּמִ֣י יְשִׁיבֶ֑נּוּ וְנַפְשֹׁ֖ו אִוְּתָ֣ה וַיָּֽעַשׂ׃ | 13 |
O təkbaşına dayanıb, kim Onu döndərə bilər? Könlü nə istəsə, onu edər.
כִּ֭י יַשְׁלִ֣ים חֻקִּ֑י וְכָהֵ֖נָּה רַבֹּ֣ות עִמֹּֽו׃ | 14 |
Mənimlə bağlı qərarını yerinə yetirəcək, Belə fikirləri çoxdur.
עַל־כֵּ֭ן מִפָּנָ֣יו אֶבָּהֵ֑ל אֶ֝תְבֹּונֵ֗ן וְאֶפְחַ֥ד מִמֶּֽנּוּ׃ | 15 |
Ona görə hüzurunda dəhşətə gəlirəm, Bunları düşünəndə Ondan vahimələnirəm.
וְ֭אֵל הֵרַ֣ךְ לִבִּ֑י וְ֝שַׁדַּ֗י הִבְהִילָֽנִי׃ | 16 |
Allah qəlbimin cəsarətini qırdı, Külli-İxtiyar məni qorxuya saldı.
כִּֽי־לֹ֣א נִ֭צְמַתִּי מִפְּנֵי־חֹ֑שֶׁךְ וּ֝מִפָּנַ֗י כִּסָּה־אֹֽפֶל׃ | 17 |
Sifətimi qatı qaranlıq bürüsə belə, Məni zülmət susdura bilməz.