< יְשַׁעְיָהוּ 64 >

1
Ya Rəbb, kaş göyləri yarıb enəydin, Dağlar hüzurunda sarsılardı!
כִּקְדֹ֧חַ אֵ֣שׁ הֲמָסִ֗ים מַ֚יִם תִּבְעֶה־אֵ֔שׁ לְהֹודִ֥יעַ שִׁמְךָ֖ לְצָרֶ֑יךָ מִפָּנֶ֖יךָ גֹּויִ֥ם יִרְגָּֽזוּ׃ 2
Alov kolluğu yandıran kimi, Od suyu qaynadan kimi Adını yağılarına tanıtdıraydın, Millətlər önündə lərzəyə gələrdi!
בַּעֲשֹׂותְךָ֥ נֹורָאֹ֖ות לֹ֣א נְקַוֶּ֑ה יָרַ֕דְתָּ מִפָּנֶ֖יךָ הָרִ֥ים נָזֹֽלּוּ׃ 3
Sən gözləmədiyimiz əzəmətli işlər edəndə Endin yer üzünə, dağlar önündə sarsıldı.
וּמֵעֹולָ֥ם לֹא־שָׁמְע֖וּ לֹ֣א הֶאֱזִ֑ינוּ עַ֣יִן לֹֽא־רָאָ֗תָה אֱלֹהִים֙ זוּלָ֣תְךָ֔ יַעֲשֶׂ֖ה לִמְחַכֵּה־לֹֽו׃ 4
Ona etibar edənlər üçün belə işlər edən Allahı, Əzəldən bəri Səndən başqasını nə göz görüb, nə də qulaq eşidib.
פָּגַ֤עְתָּ אֶת־שָׂשׂ֙ וְעֹ֣שֵׂה צֶ֔דֶק בִּדְרָכֶ֖יךָ יִזְכְּר֑וּךָ הֵן־אַתָּ֤ה קָצַ֙פְתָּ֙ וַֽנֶּחֱטָ֔א בָּהֶ֥ם עֹולָ֖ם וְנִוָּשֵֽׁעַ׃ 5
Sevinə-sevinə salehlik edəni, Yollarında Səni xatırlayanları qarşılayırsan. Amma biz günaha batdıq, Sən qəzəbləndin. Beləcə xeyli vaxt yaşadıq, Bəs biz necə xilas ola bilərik?
וַנְּהִ֤י כַטָּמֵא֙ כֻּלָּ֔נוּ וּכְבֶ֥גֶד עִדִּ֖ים כָּל־צִדְקֹתֵ֑ינוּ וַנָּ֤בֶל כֶּֽעָלֶה֙ כֻּלָּ֔נוּ וַעֲוֹנֵ֖נוּ כָּר֥וּחַ יִשָּׂאֻֽנוּ׃ 6
Hamımız elə bil ki murdarlandıq, Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir. Hamımız yarpaq kimi soluruq, Şər əməllərimiz bizi külək tək sovurub-aparır.
וְאֵין־קֹורֵ֣א בְשִׁמְךָ֔ מִתְעֹורֵ֖ר לְהַחֲזִ֣יק בָּ֑ךְ כִּֽי־הִסְתַּ֤רְתָּ פָנֶ֙יךָ֙ מִמֶּ֔נּוּ וַתְּמוּגֵ֖נוּ בְּיַד־עֲוֹנֵֽנוּ׃ 7
Sənin adını çağıran yoxdur, Sənə bağlanmaq üçün can atan yoxdur. Çünki bizdən üz döndərdin, Şər əməllərimizə görə bizi yox etdin.
וְעַתָּ֥ה יְהוָ֖ה אָבִ֣ינוּ אָ֑תָּה אֲנַ֤חְנוּ הַחֹ֙מֶר֙ וְאַתָּ֣ה יֹצְרֵ֔נוּ וּמַעֲשֵׂ֥ה יָדְךָ֖ כֻּלָּֽנוּ׃ 8
Yenə də, ya Rəbb, Sənsən Atamız: Biz gilik, Sən isə dulusçu, Biz hamımız Sənin əlinin işiyik.
אַל־תִּקְצֹ֤ף יְהוָה֙ עַד־מְאֹ֔ד וְאַל־לָעַ֖ד תִּזְכֹּ֣ר עָוֹ֑ן הֵ֥ן הַבֶּט־נָ֖א עַמְּךָ֥ כֻלָּֽנוּ׃ 9
Ya Rəbb, çox qəzəblənmə, Şər əməllərimizi heç vaxt xatırlama, Hamımız Sənin xalqınıq, bunu nəzərə al.
עָרֵ֥י קָדְשְׁךָ֖ הָי֣וּ מִדְבָּ֑ר צִיֹּון֙ מִדְבָּ֣ר הָיָ֔תָה יְרוּשָׁלַ֖͏ִם שְׁמָמָֽה׃ 10
Müqəddəs şəhərlərin səhraya, Sion çöllüyə döndü, Yerusəlim viran qaldı.
בֵּ֧ית קָדְשֵׁ֣נוּ וְתִפְאַרְתֵּ֗נוּ אֲשֶׁ֤ר הִֽלְל֙וּךָ֙ אֲבֹתֵ֔ינוּ הָיָ֖ה לִשְׂרֵ֣פַת אֵ֑שׁ וְכָל־מַחֲמַדֵּ֖ינוּ הָיָ֥ה לְחָרְבָּֽה׃ 11
Atalarımızın Sənə həmd etdikləri yer – Müqəddəs, şanlı məbədimiz yandı, Gözəl binalarımız xaraba qaldı.
הַעַל־אֵ֥לֶּה תִתְאַפַּ֖ק יְהוָ֑ה תֶּחֱשֶׁ֥ה וּתְעַנֵּ֖נוּ עַד־מְאֹֽד׃ ס 12
Bütün bunlardan sonra, Ya Rəbb, yenə də Özünü saxlayacaqsanmı? Susub bizi nə qədər alçaldacaqsan?

< יְשַׁעְיָהוּ 64 >