< שְׁמֹות 37 >
וַיַּ֧עַשׂ בְּצַלְאֵ֛ל אֶת־הָאָרֹ֖ן עֲצֵ֣י שִׁטִּ֑ים אַמָּתַ֨יִם וָחֵ֜צִי אָרְכֹּ֗ו וְאַמָּ֤ה וָחֵ֙צִי֙ רָחְבֹּ֔ו וְאַמָּ֥ה וָחֵ֖צִי קֹמָתֹֽו׃ | 1 |
Besalel əbrişim ağacından sandıq düzəltdi. Sandığın uzunluğu iki qulac yarım, eni qulac yarım və hündürlüyü qulac yarım idi.
וַיְצַפֵּ֛הוּ זָהָ֥ב טָהֹ֖ור מִבַּ֣יִת וּמִח֑וּץ וַיַּ֥עַשׂ לֹ֛ו זֵ֥ר זָהָ֖ב סָבִֽיב׃ | 2 |
Onu içəridən və bayırdan xalis qızılla örtdü, ətrafına isə qızıl zolaq qoydu.
וַיִּצֹ֣ק לֹ֗ו אַרְבַּע֙ טַבְּעֹ֣ת זָהָ֔ב עַ֖ל אַרְבַּ֣ע פַּעֲמֹתָ֑יו וּשְׁתֵּ֣י טַבָּעֹ֗ת עַל־צַלְעֹו֙ הָֽאֶחָ֔ת וּשְׁתֵּי֙ טַבָּעֹ֔ות עַל־צַלְעֹ֖ו הַשֵּׁנִֽית׃ | 3 |
Onun dörd ayağı üçün dörd tökmə qızıl halqa, iki halqanı bir yanı, qalan iki halqanı isə o biri yanı üçün düzəltdi.
וַיַּ֥עַשׂ בַּדֵּ֖י עֲצֵ֣י שִׁטִּ֑ים וַיְצַ֥ף אֹתָ֖ם זָהָֽב׃ | 4 |
Əbrişim ağacından şüvüllər düzəldib üzərini qızılla örtdü.
וַיָּבֵ֤א אֶת־הַבַּדִּים֙ בַּטַּבָּעֹ֔ת עַ֖ל צַלְעֹ֣ת הָאָרֹ֑ן לָשֵׂ֖את אֶת־הָאָרֹֽן׃ | 5 |
Sandığı daşımaq üçün şüvülləri sandığın yanlarındakı halqalara keçirtdi.
וַיַּ֥עַשׂ כַּפֹּ֖רֶת זָהָ֣ב טָהֹ֑ור אַמָּתַ֤יִם וָחֵ֙צִי֙ אָרְכָּ֔הּ וְאַמָּ֥ה וָחֵ֖צִי רָחְבָּֽהּ׃ | 6 |
Xalis qızıldan kəffarə qapağını düzəltdi. Uzunluğu iki qulac yarım, eni isə qulac yarım idi.
וַיַּ֛עַשׂ שְׁנֵ֥י כְרֻבִ֖ים זָהָ֑ב מִקְשָׁה֙ עָשָׂ֣ה אֹתָ֔ם מִשְּׁנֵ֖י קְצֹ֥ות הַכַּפֹּֽרֶת׃ | 7 |
Kəffarə qapağının hər iki ucu üçün yastılanmış qızıldan iki keruv düzəltdi.
כְּרוּב־אֶחָ֤ד מִקָּצָה֙ מִזֶּ֔ה וּכְרוּב־אֶחָ֥ד מִקָּצָ֖ה מִזֶּ֑ה מִן־הַכַּפֹּ֛רֶת עָשָׂ֥ה אֶת־הַכְּרֻבִ֖ים מִשְּׁנֵ֥י קִצְוֹותֹו (קְצֹותָֽיו)׃ | 8 |
Bir keruv qapağın bir ucunda, o birisi isə o biri ucunda olaraq qapağın iki ucunda olan keruvlar onunla bir hissədən idi.
וַיִּהְי֣וּ הַכְּרֻבִים֩ פֹּרְשֵׂ֨י כְנָפַ֜יִם לְמַ֗עְלָה סֹֽכְכִ֤ים בְּכַנְפֵיהֶם֙ עַל־הַכַּפֹּ֔רֶת וּפְנֵיהֶ֖ם אִ֣ישׁ אֶל־אָחִ֑יו אֶל־הַכַּפֹּ֔רֶת הָי֖וּ פְּנֵ֥י הַכְּרֻבִֽים׃ פ | 9 |
Keruvlar yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtdülər. Keruvların üzləri bir-birinə qarşı qapağa doğru idi.
וַיַּ֥עַשׂ אֶת־הַשֻּׁלְחָ֖ן עֲצֵ֣י שִׁטִּ֑ים אַמָּתַ֤יִם אָרְכֹּו֙ וְאַמָּ֣ה רָחְבֹּ֔ו וְאַמָּ֥ה וָחֵ֖צִי קֹמָתֹֽו׃ | 10 |
Əbrişim ağacından masa düzəltdi; uzunluğu iki qulac, eni bir qulac, hündürlüyü isə qulac yarım idi.
וַיְצַ֥ף אֹתֹ֖ו זָהָ֣ב טָהֹ֑ור וַיַּ֥עַשׂ לֹ֛ו זֵ֥ר זָהָ֖ב סָבִֽיב׃ | 11 |
Onu xalis qızılla örtdü. Ətrafına qızıl zolaq qoydu.
וַיַּ֨עַשׂ לֹ֥ו מִסְגֶּ֛רֶת טֹ֖פַח סָבִ֑יב וַיַּ֧עַשׂ זֵר־זָהָ֛ב לְמִסְגַּרְתֹּ֖ו סָבִֽיב׃ | 12 |
Ətrafında eni bir ovuc olan yan lövhələr düzəltdi. Yan lövhələrin ətrafına da qızıl zolaq qoydu.
וַיִּצֹ֣ק לֹ֔ו אַרְבַּ֖ע טַבְּעֹ֣ת זָהָ֑ב וַיִּתֵּן֙ אֶת־הַטַּבָּעֹ֔ת עַ֚ל אַרְבַּ֣ע הַפֵּאֹ֔ת אֲשֶׁ֖ר לְאַרְבַּ֥ע רַגְלָֽיו׃ | 13 |
Masa üçün dörd qızıl halqa tökdü, halqaları onun dörd küncünə, dörd ayağına bərkitdi.
לְעֻמַּת֙ הַמִּסְגֶּ֔רֶת הָי֖וּ הַטַּבָּעֹ֑ת בָּתִּים֙ לַבַּדִּ֔ים לָשֵׂ֖את אֶת־הַשֻּׁלְחָֽן׃ | 14 |
Halqalar yan lövhələrə yaxın olaraq masanı aparan şüvüllərin keçdiyi yerlər idi.
וַיַּ֤עַשׂ אֶת־הַבַּדִּים֙ עֲצֵ֣י שִׁטִּ֔ים וַיְצַ֥ף אֹתָ֖ם זָהָ֑ב לָשֵׂ֖את אֶת־הַשֻּׁלְחָֽן׃ | 15 |
Masanı aparmaq üçün şüvülləri əbrişim ağacından düzəltdi və onları qızılla örtdü.
וַיַּ֜עַשׂ אֶֽת־הַכֵּלִ֣ים ׀ אֲשֶׁ֣ר עַל־הַשֻּׁלְחָ֗ן אֶת־קְעָרֹתָ֤יו וְאֶת־כַּפֹּתָיו֙ וְאֵת֙ מְנַקִּיֹּתָ֔יו וְאֶת־הַקְּשָׂוֹ֔ת אֲשֶׁ֥ר יֻסַּ֖ךְ בָּהֵ֑ן זָהָ֖ב טָהֹֽור׃ פ | 16 |
Masanın ləvazimatını – xalis qızıldan siniləri və nimçələri, piyalələri və içmə təqdimlərini tökmək üçün dolçaları düzəltdi.
וַיַּ֥עַשׂ אֶת־הַמְּנֹרָ֖ה זָהָ֣ב טָהֹ֑ור מִקְשָׁ֞ה עָשָׂ֤ה אֶת־הַמְּנֹרָה֙ יְרֵכָ֣הּ וְקָנָ֔הּ גְּבִיעֶ֛יהָ כַּפְתֹּרֶ֥יהָ וּפְרָחֶ֖יהָ מִמֶּ֥נָּה הָיֽוּ׃ | 17 |
Xalis qızıldan bir çıraqdan düzəltdi. Bu çıraqdan yastılanmış qızıldan idi; altlığı, gövdəsi, kasacıqları, qönçələri və gülləri onunla bir hissədən ibarət idi.
וְשִׁשָּׁ֣ה קָנִ֔ים יֹצְאִ֖ים מִצִּדֶּ֑יהָ שְׁלֹשָׁ֣ה ׀ קְנֵ֣י מְנֹרָ֗ה מִצִּדָּהּ֙ הָֽאֶחָ֔ד וּשְׁלֹשָׁה֙ קְנֵ֣י מְנֹרָ֔ה מִצִּדָּ֖הּ הַשֵּׁנִֽי׃ | 18 |
Çıraqdanın yanlarından altı budaq – bir yanından üç budaq, o biri yanından da üç budaq çıxdı.
שְׁלֹשָׁ֣ה גְ֠בִעִים מְֽשֻׁקָּדִ֞ים בַּקָּנֶ֣ה הָאֶחָד֮ כַּפְתֹּ֣ר וָפֶרַח֒ וּשְׁלֹשָׁ֣ה גְבִעִ֗ים מְשֻׁקָּדִ֛ים בְּקָנֶ֥ה אֶחָ֖ד כַּפְתֹּ֣ר וָפָ֑רַח כֵּ֚ן לְשֵׁ֣שֶׁת הַקָּנִ֔ים הַיֹּצְאִ֖ים מִן־הַמְּנֹרָֽה׃ | 19 |
Hər bir budağında badam çiçəyinə bənzər üç kasacıq, qönçə və gül var idi.
וּבַמְּנֹרָ֖ה אַרְבָּעָ֣ה גְבִעִ֑ים מְשֻׁ֨קָּדִ֔ים כַּפְתֹּרֶ֖יהָ וּפְרָחֶֽיהָ׃ | 20 |
Çıraqdanın gövdəsində isə badam çiçəyinə bənzər dörd kasacıq, qönçə və gül var idi.
וְכַפְתֹּ֡ר תַּחַת֩ שְׁנֵ֨י הַקָּנִ֜ים מִמֶּ֗נָּה וְכַפְתֹּר֙ תַּ֣חַת שְׁנֵ֤י הַקָּנִים֙ מִמֶּ֔נָּה וְכַפְתֹּ֕ר תַּֽחַת־שְׁנֵ֥י הַקָּנִ֖ים מִמֶּ֑נָּה לְשֵׁ֙שֶׁת֙ הַקָּנִ֔ים הַיֹּצְאִ֖ים מִמֶּֽנָּה׃ | 21 |
Çıraqdanın gövdəsindən çıxan altı budağın bir cütünün altında bir qönçə, o biri cütünün altında bir qönçə, o birinin də altında bir qönçə var idi.
כַּפְתֹּרֵיהֶ֥ם וּקְנֹתָ֖ם מִמֶּ֣נָּה הָי֑וּ כֻּלָּ֛הּ מִקְשָׁ֥ה אַחַ֖ת זָהָ֥ב טָהֹֽור׃ | 22 |
Qönçələr və budaqlar onunla bir hissədən idi; hamısı eyni hissədən, yastılanmış xalis qızıldan idi.
וַיַּ֥עַשׂ אֶת־נֵרֹתֶ֖יהָ שִׁבְעָ֑ה וּמַלְקָחֶ֥יהָ וּמַחְתֹּתֶ֖יהָ זָהָ֥ב טָהֹֽור׃ | 23 |
Onun üçün yeddi çıraq düzəltdi. Maşaları və xəkəndazları da xalis qızıldan idi.
כִּכָּ֛ר זָהָ֥ב טָהֹ֖ור עָשָׂ֣ה אֹתָ֑הּ וְאֵ֖ת כָּל־כֵּלֶֽיהָ׃ פ | 24 |
Çıraqdanı və onun bütün avadanlığını bir talant xalis qızıldan düzəltdi.
וַיַּ֛עַשׂ אֶת־מִזְבַּ֥ח הַקְּטֹ֖רֶת עֲצֵ֣י שִׁטִּ֑ים אַמָּ֣ה אָרְכֹּו֩ וְאַמָּ֨ה רָחְבֹּ֜ו רָב֗וּעַ וְאַמָּתַ֙יִם֙ קֹֽמָתֹ֔ו מִמֶּ֖נּוּ הָי֥וּ קַרְנֹתָֽיו׃ | 25 |
Əbrişim ağacından buxur yandırmaq üçün qurbangah düzəltdi; uzunluğu bir qulac, eni də bir qulac, hündürlüyü isə iki qulac idi. Buynuzları onunla bir hissədən idi.
וַיְצַ֨ף אֹתֹ֜ו זָהָ֣ב טָהֹ֗ור אֶת־גַּגֹּ֧ו וְאֶת־קִירֹתָ֛יו סָבִ֖יב וְאֶת־קַרְנֹתָ֑יו וַיַּ֥עַשׂ לֹ֛ו זֵ֥ר זָהָ֖ב סָבִֽיב׃ | 26 |
Onun üzərini, hər yanını və buynuzlarını xalis qızılla örtdü, ətrafına qızıl zolaq qoydu.
וּשְׁתֵּי֩ טַבְּעֹ֨ת זָהָ֜ב עָֽשָׂה־לֹ֣ו ׀ מִתַּ֣חַת לְזֵרֹ֗ו עַ֚ל שְׁתֵּ֣י צַלְעֹתָ֔יו עַ֖ל שְׁנֵ֣י צִדָּ֑יו לְבָתִּ֣ים לְבַדִּ֔ים לָשֵׂ֥את אֹתֹ֖ו בָּהֶֽם׃ | 27 |
Onun üçün iki qızıl halqa düzəltdi; qarşı-qarşıya olan iki yanda, zolağın altında düzəltdi. Bu onu aparan şüvüllərin keçdiyi yerlər idi.
וַיַּ֥עַשׂ אֶת־הַבַּדִּ֖ים עֲצֵ֣י שִׁטִּ֑ים וַיְצַ֥ף אֹתָ֖ם זָהָֽב׃ | 28 |
Şüvülləri əbrişim ağacından düzəltdi və onları qızılla örtdü.
וַיַּ֜עַשׂ אֶת־שֶׁ֤מֶן הַמִּשְׁחָה֙ קֹ֔דֶשׁ וְאֶת־קְטֹ֥רֶת הַסַּמִּ֖ים טָהֹ֑ור מַעֲשֵׂ֖ה רֹקֵֽחַ׃ פ | 29 |
Ətriyyatçının işi olan Müqəddəs məsh yağını və təmiz ətirli buxuru da hazırladı.