< קֹהֶלֶת 10 >

זְב֣וּבֵי מָ֔וֶת יַבְאִ֥ישׁ יַבִּ֖יעַ שֶׁ֣מֶן רֹוקֵ֑חַ יָקָ֛ר מֵחָכְמָ֥ה מִכָּבֹ֖וד סִכְל֥וּת מְעָֽט׃ 1
Ölü milçəklər ətirdüzəldənin yağını İylədib xarab edər. Kiçik ağılsızlıq da Hikmət və hörmət sahibini rüsvay edər.
לֵ֤ב חָכָם֙ לִֽימִינֹ֔ו וְלֵ֥ב כְּסִ֖יל לִשְׂמֹאלֹֽו׃ 2
Hikmətli adamın ürəyi düzlüyə tərəf yönələr, Ağılsız adamın ürəyi əyriliyə.
וְגַם־בַּדֶּ֛רֶךְ כְּשֶׁהַסָּכָל (כְּשֶׁסָּכָ֥ל) הֹלֵ֖ךְ לִבֹּ֣ו חָסֵ֑ר וְאָמַ֥ר לַכֹּ֖ל סָכָ֥ל הֽוּא׃ 3
O yol gedəndə də ağlının azlığı bilinər, Ağılsız olduğunu hamıya göstərər.
אִם־ר֤וּחַ הַמֹּושֵׁל֙ תַּעֲלֶ֣ה עָלֶ֔יךָ מְקֹומְךָ֖ אַל־תַּנַּ֑ח כִּ֣י מַרְפֵּ֔א יַנִּ֖יחַ חֲטָאִ֥ים גְּדֹולִֽים׃ 4
Əgər hakimin qəzəbi sənə qarşı alovlansa, Yerindən tərpənmə. Çünki sakitlik Böyük xətaların üstünü örtər.
יֵ֣שׁ רָעָ֔ה רָאִ֖יתִי תַּ֣חַת הַשָּׁ֑מֶשׁ כִּשְׁגָגָ֕ה שֶׁיֹּצָ֖א מִלִּפְנֵ֥י הַשַּׁלִּֽיט׃ 5
Səma altında bir dərd də gördüm: O da hökmdarın əlindən çıxan səhvdir.
נִתַּ֣ן הַסֶּ֔כֶל בַּמְּרֹומִ֖ים רַבִּ֑ים וַעֲשִׁירִ֖ים בַּשֵּׁ֥פֶל יֵשֵֽׁבוּ׃ 6
Ağılsızlar yüksək vəzifələrə qoyulur, Halbuki varlılar aşağıda oturur.
רָאִ֥יתִי עֲבָדִ֖ים עַל־סוּסִ֑ים וְשָׂרִ֛ים הֹלְכִ֥ים כַּעֲבָדִ֖ים עַל־הָאָֽרֶץ׃ 7
Gördüm ki, qullar necə at üstündə, Ağalar isə qul kimi piyada gedir.
חֹפֵ֥ר גּוּמָּ֖ץ בֹּ֣ו יִפֹּ֑ול וּפֹרֵ֥ץ גָּדֵ֖ר יִשְּׁכֶ֥נּוּ נָחָֽשׁ׃ 8
Quyu qazan içinə özü düşə bilər, Divar sökəni ilan sanca bilər.
מַסִּ֣יעַ אֲבָנִ֔ים יֵעָצֵ֖ב בָּהֶ֑ם בֹּוקֵ֥עַ עֵצִ֖ים יִסָּ֥כֶן בָּֽם׃ 9
Daş kəsəni daşlar yaralar, Odun yarana odun xətər yetirər.
אִם־קֵהָ֣ה הַבַּרְזֶ֗ל וְהוּא֙ לֹא־פָנִ֣ים קִלְקַ֔ל וַחֲיָלִ֖ים יְגַבֵּ֑ר וְיִתְרֹ֥ון הַכְשֵׁ֖יר חָכְמָֽה׃ 10
Əgər balta kütdürsə, Onun ağzı itilənməyə verilməyibsə, Daha çox güc sərf olunmalıdır. Amma hikmət insanın köməyinə çatar.
אִם־יִשֹּׁ֥ךְ הַנָּחָ֖שׁ בְּלֹוא־לָ֑חַשׁ וְאֵ֣ין יִתְרֹ֔ון לְבַ֖עַל הַלָּשֹֽׁון׃ 11
Əgər ilan ovsun oxunmazdan qabaq sancsa, Ovsunçu çağırmağın faydası yoxdur.
דִּבְרֵ֥י פִי־חָכָ֖ם חֵ֑ן וְשִׂפְתֹ֥ות כְּסִ֖יל תְּבַלְּעֶֽנּוּ׃ 12
Hikmətli adamın ağzından lütfkar sözlər çıxar, Lakin ağılsız öz dili ilə həlakına yol açar.
תְּחִלַּ֥ת דִּבְרֵי־פִ֖יהוּ סִכְל֑וּת וְאַחֲרִ֣ית פִּ֔יהוּ הֹולֵל֖וּת רָעָֽה׃ 13
Onun dilindəki sözlər ağılsızlıqla başlanar, Danışığının axırı da sarsaqlıqdır.
וְהַסָּכָ֖ל יַרְבֶּ֣ה דְבָרִ֑ים לֹא־יֵדַ֤ע הָאָדָם֙ מַה־שֶׁיִּֽהְיֶ֔ה וַאֲשֶׁ֤ר יִֽהְיֶה֙ מֵֽאַחֲרָ֔יו מִ֖י יַגִּ֥יד לֹֽו׃ 14
Ağılsız adam çox söz danışar. Heç kəs nə olacağını bilməz. Bəs kim ona özündən sonra Nə olacağını deyə bilər?
עֲמַ֥ל הַכְּסִילִ֖ים תְּיַגְּעֶ֑נּוּ אֲשֶׁ֥ר לֹֽא־יָדַ֖ע לָלֶ֥כֶת אֶל־עִֽיר׃ 15
Ağılsızların çəkdikləri zəhmət Özlərini yorar, Onlar şəhərə gedən yolu da bilmir.
אִֽי־לָ֣ךְ אֶ֔רֶץ שֶׁמַּלְכֵּ֖ךְ נָ֑עַר וְשָׂרַ֖יִךְ בַּבֹּ֥קֶר יֹאכֵֽלוּ׃ 16
Əgər padşahın bir uşaqdırsa, Başçıların səhər tezdən Ziyafətə başlayırsa, Onda vay halına, ey ölkə!
אַשְׁרֵ֣יךְ אֶ֔רֶץ שֶׁמַּלְכֵּ֖ךְ בֶּן־חֹורִ֑ים וְשָׂרַ֙יִךְ֙ בָּעֵ֣ת יֹאכֵ֔לוּ בִּגְבוּרָ֖ה וְלֹ֥א בַשְּׁתִֽי׃ 17
Əgər padşahın bir əsilzadədirsə, Başçıların da vaxtında Keflənmək üçün yox, qüvvətlənmək üçün yeyirsə, Onda xoş halına, ey ölkə!
בַּעֲצַלְתַּ֖יִם יִמַּ֣ךְ הַמְּקָרֶ֑ה וּבְשִׁפְל֥וּת יָדַ֖יִם יִדְלֹ֥ף הַבָּֽיִת׃ 18
Tənbəllik üzündən evin damı uçar, Heç bir iş görməsən, evin tavanı damar.
לִשְׂחֹוק֙ עֹשִׂ֣ים לֶ֔חֶם וְיַ֖יִן יְשַׂמַּ֣ח חַיִּ֑ים וְהַכֶּ֖סֶף יַעֲנֶ֥ה אֶת־הַכֹּֽל׃ 19
Yemək şadlıq gətirər, Şərab həyatı keflə doldurar, Pul isə hər istəyini ödəyər.
גַּ֣ם בְּמַדָּֽעֲךָ֗ מֶ֚לֶךְ אַל־תְּקַלֵּ֔ל וּבְחַדְרֵי֙ מִשְׁכָּ֣בְךָ֔ אַל־תְּקַלֵּ֖ל עָשִׁ֑יר כִּ֣י עֹ֤וף הַשָּׁמַ֙יִם֙ יֹולִ֣יךְ אֶת־הַקֹּ֔ול וּבַ֥עַל הַכְּנָפַיִם (כְּנָפַ֖יִם) יַגֵּ֥יד דָּבָֽר׃ 20
Padşahı hətta ürəyində də söymə, Varlı adamı yataq otağında da lənətləmə. Çünki göydə uçan quşlar xəbər aparar, Qanadlı məxluqlar sənin sözünü çatdırar.

< קֹהֶלֶת 10 >