< תהילים 9 >

לַמְנַצֵּחַ עַל־מוּת לַבֵּן מִזְמוֹר לְדָוִֽד׃ אוֹדֶה יְהֹוָה בְּכׇל־לִבִּי אֲסַפְּרָה כׇּל־נִפְלְאוֹתֶֽיךָ׃ 1
Musiqi rəhbəri üçün. Davudun «Mut-labben» üstə oxunan məzmuru. Bütün ürəyimlə Rəbbə şükür edəcəyəm, Bütün xariqələrini deyəcəyəm.
אֶשְׂמְחָה וְאֶעֶלְצָה בָךְ אֲזַמְּרָה שִׁמְךָ עֶלְיֽוֹן׃ 2
Sənə görə fərəhimdən sevinib cuşa gələcəyəm, Ey Haqq-Taala, ismini tərənnüm edəcəyəm!
בְּשׁוּב־אוֹיְבַי אָחוֹר יִכָּשְׁלוּ וְיֹאבְדוּ מִפָּנֶֽיךָ׃ 3
Düşmənlərim geri dönəndə Sənin önündə səndələyərək yıxılıb məhv olurlar.
כִּֽי־עָשִׂיתָ מִשְׁפָּטִי וְדִינִי יָשַׁבְתָּ לְכִסֵּא שׁוֹפֵט צֶֽדֶק׃ 4
Çünki Sən haqqımı və mübarizəmi gördün, Taxtında oturub ədalətlə hökm etdin.
גָּעַרְתָּ גוֹיִם אִבַּדְתָּ רָשָׁע שְׁמָם מָחִיתָ לְעוֹלָם וָעֶֽד׃ 5
Sən millətləri məzəmmət, pisləri yox etdin, Adlarını əbədilik sildin.
הָֽאוֹיֵב ׀ תַּמּוּ חֳרָבוֹת לָנֶצַח וְעָרִים נָתַשְׁתָּ אָבַד זִכְרָם הֵֽמָּה׃ 6
Düşmənin sonu çatdı, o əbədi viran oldu, Şəhərlərini təməlindən qopartdın, Onların xatirəsi də məhv oldu.
וַֽיהֹוָה לְעוֹלָם יֵשֵׁב כּוֹנֵן לַמִּשְׁפָּט כִּסְאֽוֹ׃ 7
Rəbb isə əbədi olaraq hökmranlıq edir, O, taxtını hökm üçün qurub.
וְהוּא יִשְׁפֹּֽט־תֵּבֵל בְּצֶדֶק יָדִין לְאֻמִּים בְּמֵישָׁרִֽים׃ 8
Dünyaya ədalətlə hökm edir, Ümmətlərə insafla hakimlik edir.
וִיהִי יְהֹוָה מִשְׂגָּב לַדָּךְ מִשְׂגָּב לְעִתּוֹת בַּצָּרָֽה׃ 9
Rəbb məzlumların pənahgahıdır, Sıxıntı anlarında müdafiə qalasıdır.
וְיִבְטְחוּ בְךָ יוֹדְעֵי שְׁמֶךָ כִּי לֹֽא־עָזַבְתָּ דֹרְשֶׁיךָ יְהֹוָֽה׃ 10
İsmini tanıyanlar Sənə güvənir, Çünki, ya Rəbb, Səni axtaranları tərk etməzsən!
זַמְּרוּ לַיהֹוָה יֹשֵׁב צִיּוֹן הַגִּידוּ בָעַמִּים עֲלִֽילוֹתָֽיו׃ 11
Sionun sakini olan Rəbbi tərənnüm edin! Xalqlar arasında Onun işlərini bəyan edin!
כִּֽי־דֹרֵשׁ דָּמִים אוֹתָם זָכָר לֹֽא־שָׁכַח צַעֲקַת (עניים) [עֲנָוִֽים]׃ 12
O, tökülən qanın qisasını alır, yadda saxlayır, Məzlumların fəryadını unutmur.
חָֽנְנֵנִי יְהֹוָה רְאֵה עׇנְיִי מִשֹּׂנְאָי מְרוֹמְמִי מִשַּׁעֲרֵי מָֽוֶת׃ 13
Ya Rəbb, rəhm et! Ey ölüm qapılarından məni qurtaran, Mənə nifrət edənlərin üzündən çəkdiyim dərdə bax!
לְמַעַן אֲסַפְּרָה כׇּֽל־תְּהִלָּתֶיךָ בְּשַׁעֲרֵי בַת־צִיּוֹן אָגִילָה בִּישֽׁוּעָתֶֽךָ׃ 14
Sion qızının darvazalarında Qoy Sənə edilən həmdlərimdən danışım, Səndə xilas taparaq şadlanım!
טָבְעוּ גוֹיִם בְּשַׁחַת עָשׂוּ בְּרֶֽשֶׁת־זוּ טָמָנוּ נִלְכְּדָה רַגְלָֽם׃ 15
Millətlər qazdıqları quyuya özləri düşüb, Qurduqları tələyə öz ayaqları ilişib.
נוֹדַע ׀ יְהֹוָה מִשְׁפָּט עָשָׂה בְּפֹעַל כַּפָּיו נוֹקֵשׁ רָשָׁע הִגָּיוֹן סֶֽלָה׃ 16
Rəbb Özünü göstərib hökmünü yeritdi, Pislər öz əməlləri ilə tora düşdü. Hiqqayon, (Sela)
יָשׁוּבוּ רְשָׁעִים לִשְׁאוֹלָה כׇּל־גּוֹיִם שְׁכֵחֵי אֱלֹהִֽים׃ (Sheol h7585) 17
Pis adamlar ölülər diyarına düşəcək, Allahı unudan bütün millətlər də oraya gedəcək. (Sheol h7585)
כִּי לֹא לָנֶצַח יִשָּׁכַח אֶבְיוֹן תִּקְוַת (ענוים) [עֲנִיִּים] תֹּאבַד לָעַֽד׃ 18
Çünki fəqir adam həmişəlik unudulmaz, Məzlumun ümidi əbədi olaraq boşa çıxmaz.
קוּמָה יְהֹוָה אַל־יָעֹז אֱנוֹשׁ יִשָּׁפְטוּ גוֹיִם עַל־פָּנֶֽיךָ׃ 19
Ya Rəbb, qalx, qoy insan qalib gəlməsin, Sənin hüzurunda millətlər məhkum edilsin.
שִׁיתָה יְהֹוָה ׀ מוֹרָה לָהֶם יֵדְעוּ גוֹיִם אֱנוֹשׁ הֵמָּה סֶּֽלָה׃ 20
Ya Rəbb, qoy millətlər Səndən qorxsunlar, Qoy onlar bilsinlər ki, yalnız insandırlar. (Sela)

< תהילים 9 >