< תהילים 80 >
לַמְנַצֵּחַ אֶל־שֹׁשַׁנִּים עֵדוּת לְאָסָף מִזְמֽוֹר׃ רֹעֵה יִשְׂרָאֵל ׀ הַאֲזִינָה נֹהֵג כַּצֹּאן יוֹסֵף יֹשֵׁב הַכְּרוּבִים הוֹפִֽיעָה׃ | 1 |
Musiqi rəhbəri üçün. Asəfin «Şoşannim» üstə oxunan şəhadət məzmuru. Ey İsrailin Çobanı, Yusif nəslinə sürü kimi Baxan, qulaq as! Ey keruvlar üstündə Oturan, nurunu saç!
לִפְנֵי אֶפְרַיִם ׀ וּבִנְיָמִן וּמְנַשֶּׁה עוֹרְרָה אֶת־גְּבוּרָתֶךָ וּלְכָה לִישֻׁעָתָה לָּֽנוּ׃ | 2 |
Efrayim, Binyamin, Menaşşe qəbilələrinin önündə Qoy qüvvətin oyansın, gəl, bizi qurtar!
אֱלֹהִים הֲשִׁיבֵנוּ וְהָאֵר פָּנֶיךָ וְנִוָּשֵֽׁעָה׃ | 3 |
Ey Allah, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar!
יְהֹוָה אֱלֹהִים צְבָאוֹת עַד־מָתַי עָשַׁנְתָּ בִּתְפִלַּת עַמֶּֽךָ׃ | 4 |
Ya Rəbb, ey Ordular Allahı, nə vaxtacan Xalqının duasından qəzəblənəcəksən?
הֶאֱכַלְתָּם לֶחֶם דִּמְעָה וַתַּשְׁקֵמוֹ בִּדְמָעוֹת שָׁלִֽישׁ׃ | 5 |
Onlara çörək yerinə göz yaşı yedirdin, Onlara bolluca göz yaşı içirdin.
תְּשִׂימֵנוּ מָדוֹן לִשְׁכֵנֵינוּ וְאֹיְבֵינוּ יִלְעֲגוּ־לָֽמוֹ׃ | 6 |
Qonşularımızla bizi çəkişməyə vadar etdin, Düşmən bizi ələ salıb gülür.
אֱלֹהִים צְבָאוֹת הֲשִׁיבֵנוּ וְהָאֵר פָּנֶיךָ וְנִוָּשֵֽׁעָה׃ | 7 |
Ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar!
גֶּפֶן מִמִּצְרַיִם תַּסִּיעַ תְּגָרֵשׁ גּוֹיִם וַתִּטָּעֶֽהָ׃ | 8 |
Misirdən tənək fidanı gətirərək Qovduğun millətlərin torpağında əkdin.
פִּנִּיתָ לְפָנֶיהָ וַתַּשְׁרֵשׁ שׇׁרָשֶׁיהָ וַתְּמַלֵּא־אָֽרֶץ׃ | 9 |
Bunun üçün sahə hazırlamışdın, Tənək rişələnib ölkəni bürüdü.
כָּסּוּ הָרִים צִלָּהּ וַעֲנָפֶיהָ אַֽרְזֵי־אֵֽל׃ | 10 |
Budaqları dağlara, Böyük sidr ağaclarına kölgə saldı.
תְּשַׁלַּח קְצִירֶהָ עַד־יָם וְאֶל־נָהָר יוֹנְקוֹתֶֽיהָ׃ | 11 |
Dənizə qədər qol-budaq atdı, Zoğ atıb Fərat çayına çatdı.
לָמָּה פָּרַצְתָּ גְדֵרֶיהָ וְאָרוּהָ כׇּל־עֹבְרֵי דָֽרֶךְ׃ | 12 |
Bəs niyə ətrafdakı hasarını uçurdun? Budur, yoldan keçən hər kəs məhsullarını qoparır,
יְכַרְסְמֶנָּֽה חֲזִיר מִיָּ עַ ר וְזִיז שָׂדַי יִרְעֶֽנָּה׃ | 13 |
Tənəyi meşənin qabanları korlayır, Onu çöl heyvanları çeynəyir.
אֱלֹהִים צְבָאוֹת שֽׁוּב ־ נָא הַבֵּט מִשָּׁמַיִם וּרְאֵה וּפְקֹד גֶּפֶן זֹֽאת׃ | 14 |
Ey Ordular Allahı, dön, göydən bax, Bu tənəyi gör, qayğısına qal.
וְ כַ נָּה אֲשֶׁר־נָטְעָה יְמִינֶךָ וְעַל־בֵּן אִמַּצְתָּה לָּֽךְ׃ | 15 |
Axı bu fidanı sağ əlinlə əkmisən, Kökünə qüvvət vermisən.
שְׂרֻפָה בָאֵשׁ כְּסוּחָה מִגַּעֲרַת פָּנֶיךָ יֹאבֵֽדוּ׃ | 16 |
Tənəyini kəsib yandıranlar Qəzəbli məzəmmətinlə qoy yox olsunlar!
תְּֽהִי־יָדְךָ עַל־אִישׁ יְמִינֶךָ עַל־בֶּן־אָדָם אִמַּצְתָּ לָּֽךְ׃ | 17 |
Sənin əlin, sağ əlin Öz seçdiyin adamı – Qüvvət verdiyin bəşər oğlunu qorusun.
וְלֹֽא־נָסוֹג מִמֶּךָּ תְּחַיֵּנוּ וּבְשִׁמְךָ נִקְרָֽא׃ | 18 |
Qoy Səndən dönüb ayrılmayaq, Bizi elə yaşat ki, ismini çağıraq.
יְהֹוָה אֱלֹהִים צְבָאוֹת הֲשִׁיבֵנוּ הָאֵר פָּנֶיךָ וְנִוָּשֵֽׁעָה׃ | 19 |
Ya Rəbb, ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar!