< תהילים 51 >
לַמְנַצֵּחַ מִזְמוֹר לְדָוִֽד׃ בְּֽבוֹא־אֵלָיו נָתָן הַנָּבִיא כַּאֲשֶׁר־בָּא אֶל־בַּת־שָֽׁבַע׃ חׇנֵּנִי אֱלֹהִים כְּחַסְדֶּךָ כְּרֹב רַחֲמֶיךָ מְחֵה פְשָׁעָֽי׃ | 1 |
Musiqi rəhbəri üçün. Davudun məzmuru. Davudun Bat-Şeva ilə olan münasibətinə görə Natan peyğəmbər onun yanına gəlib irad tutandan sonra. Məhəbbətinə görə, ey Allah, mənə rəhm et, Bol mərhəmətinə görə qanunsuzluqlarımı sil.
(הרבה) [הֶרֶב] כַּבְּסֵנִי מֵעֲוֺנִי וּֽמֵחַטָּאתִי טַהֲרֵֽנִי׃ | 2 |
Təqsirimi tamamilə yu, Günahımdan məni təmizlə.
כִּֽי־פְשָׁעַי אֲנִי אֵדָע וְחַטָּאתִי נֶגְדִּי תָמִֽיד׃ | 3 |
Çünki qanunsuzluqlarımı bilirəm, Günahım daim gözümün qarşısındadır.
לְךָ לְבַדְּךָ ׀ חָטָאתִי וְהָרַע בְּעֵינֶיךָ עָשִׂיתִי לְמַעַן תִּצְדַּק בְּדׇבְרֶךָ תִּזְכֶּה בְשׇׁפְטֶֽךָ׃ | 4 |
Sənə, yalnız Sənə qarşı günah işlətmişəm, Gözündə pis sayılanı etmişəm. Mənə görə çıxarılan hökmündə ədalətlisən, Məni məhkum etməkdə haqlısan.
הֵן־בְּעָווֹן חוֹלָלְתִּי וּבְחֵטְא יֶחֱמַתְנִי אִמִּֽי׃ | 5 |
Mən doğulandan bəri günahkaram, Ana bətnindən belə, təqsirkaram.
הֵן־אֱמֶת חָפַצְתָּ בַטֻּחוֹת וּבְסָתֻם חׇכְמָה תוֹדִיעֵֽנִי׃ | 6 |
Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən, Mənə daxilən hikmət öyrət.
תְּחַטְּאֵנִי בְאֵזוֹב וְאֶטְהָר תְּכַבְּסֵנִי וּמִשֶּׁלֶג אַלְבִּֽין׃ | 7 |
Məni züfa ilə pak et, təmiz olum, Məni yu, qardan da ağ olum.
תַּשְׁמִיעֵנִי שָׂשׂוֹן וְשִׂמְחָה תָּגֵלְנָה עֲצָמוֹת דִּכִּֽיתָ׃ | 8 |
Mənə şadlıq, sevinc səsini eşitdir, Qırdığın sümüklərim xoşhallansın.
הַסְתֵּר פָּנֶיךָ מֵחֲטָאָי וְֽכׇל־עֲוֺנֹתַי מְחֵֽה׃ | 9 |
Üzünü tut, günahlarımı görmə, Bütün təqsirlərimi sil.
לֵב טָהוֹר בְּרָא־לִי אֱלֹהִים וְרוּחַ נָכוֹן חַדֵּשׁ בְּקִרְבִּֽי׃ | 10 |
Ey Allah, məndə təmiz ürək yarat, Daxilimə yenidən sədaqət ruhunu ver.
אַל־תַּשְׁלִיכֵנִי מִלְּפָנֶיךָ וְרוּחַ קׇדְשְׁךָ אַל־תִּקַּח מִמֶּֽנִּי׃ | 11 |
Məni Öz hüzurundan atma, Müqəddəs Ruhunu məndən götürmə.
הָשִׁיבָה לִּי שְׂשׂוֹן יִשְׁעֶךָ וְרוּחַ נְדִיבָה תִסְמְכֵֽנִי׃ | 12 |
Xilasının sevincini mənə qaytar, İtaətkarlıq ruhu verib mənə dayaq ol.
אֲלַמְּדָה פֹשְׁעִים דְּרָכֶיךָ וְחַטָּאִים אֵלֶיךָ יָשֽׁוּבוּ׃ | 13 |
Qoy Sənin yollarını qanunsuzlara öyrədim, Günahkarlar Sənə sarı dönsünlər.
הַצִּילֵנִי מִדָּמִים ׀ אֱֽלֹהִים אֱלֹהֵי תְשׁוּעָתִי תְּרַנֵּן לְשׁוֹנִי צִדְקָתֶֽךָ׃ | 14 |
Ey Allah, məni azad et, Qan tökmək təqsirindən məni qurtar, Dilim ədalətini mədh etsin.
אֲדֹנָי שְׂפָתַי תִּפְתָּח וּפִי יַגִּיד תְּהִלָּתֶֽךָ׃ | 15 |
Ey Xudavənd, Sən dilimi aç, Ağzımla Sənə olan həmdlərimi bəyan edim.
כִּי ׀ לֹא־תַחְפֹּץ זֶבַח וְאֶתֵּנָה עוֹלָה לֹא תִרְצֶֽה׃ | 16 |
Sən qurbanlardan zövq almazsan, Yoxsa kəsərdim. Yandırma qurbanlarından razı qalmazsan,
זִבְחֵי אֱלֹהִים רוּחַ נִשְׁבָּרָה לֵב־נִשְׁבָּר וְנִדְכֶּה אֱלֹהִים לֹא תִבְזֶֽה׃ | 17 |
Allaha məqbul olan qurban sınmış ruhdur, Sən sınan və peşman olan ürəyə xor baxmazsan, ey Allah!
הֵיטִיבָה בִרְצוֹנְךָ אֶת־צִיּוֹן תִּבְנֶה חוֹמוֹת יְרוּשָׁלָֽ͏ִם׃ | 18 |
Lütfünlə Siona yaxşılıq et, Yerusəlimin divarlarını bərpa et.
אָז תַּחְפֹּץ זִבְחֵי־צֶדֶק עוֹלָה וְכָלִיל אָז יַעֲלוּ עַל־מִזְבַּחֲךָ פָרִֽים׃ | 19 |
Onda doğru yolla təqdim edilən qurbanlardan, Bütöv yandırma qurbanlarından zövq alarsan. O zaman qurbangahında buğalar qurban kəsilər.