< תהילים 46 >

לַמְנַצֵּחַ לִבְנֵי־קֹרַח עַֽל־עֲלָמוֹת שִֽׁיר׃ אֱלֹהִים לָנוּ מַחֲסֶה וָעֹז עֶזְרָה בְצָרוֹת נִמְצָא מְאֹֽד׃ 1
Musiqi rəhbəri üçün. Qorah övladlarının «Alamot» üstə oxunan ilahisi. Allah bizə sığınacaqdır, qüvvətdir, Dar gündə çox kömək edir.
עַל־כֵּן לֹֽא־נִירָא בְּהָמִיר אָרֶץ וּבְמוֹט הָרִים בְּלֵב יַמִּֽים׃ 2
Buna görə biz qorxmuruq: Yer üzü alt-üst olsa belə, Dağlar uçub dənizin köksünə aşsa belə,
יֶהֱמוּ יֶחְמְרוּ מֵימָיו יִרְעֲשֽׁוּ הָרִים בְּגַאֲוָתוֹ סֶֽלָה׃ 3
Dalğalar kükrəyib qalxsa belə, Vurub dağları yırğalasa belə, Biz qorxmuruq. (Sela)
נָהָר פְּלָגָיו יְשַׂמְּחוּ עִיר־אֱלֹהִים קְדֹשׁ מִשְׁכְּנֵי עֶלְיֽוֹן׃ 4
Bir çay var ki suları Allahın şəhərinə axır, Haqq-Taalanın müqəddəs məskəninə sevinc gətirir.
אֱלֹהִים בְּקִרְבָּהּ בַּל־תִּמּוֹט יַעְזְרֶהָ אֱלֹהִים לִפְנוֹת בֹּֽקֶר׃ 5
Allah bu şəhərin mərkəzində sarsılmaz durub, Ona dan yeri söküləndə yardım edər.
הָמוּ גוֹיִם מָטוּ מַמְלָכוֹת נָתַן בְּקוֹלוֹ תָּמוּג אָֽרֶץ׃ 6
Millətlər kükrəyər, ölkələr sarsılar, Allah səsini çıxaranda dünya əriyər.
יְהֹוָה צְבָאוֹת עִמָּנוּ מִשְׂגָּֽב־לָנוּ אֱלֹהֵי יַֽעֲקֹב סֶֽלָה׃ 7
Ordular Rəbbi bizimlədir! Yaqubun Allahı qalamızdır! (Sela)
לְֽכוּ־חֲזוּ מִפְעֲלוֹת יְהֹוָה אֲשֶׁר־שָׂם שַׁמּוֹת בָּאָֽרֶץ׃ 8
Gəlin, görün Rəbbin işlərini, Dünyada etdiyi viranəliyi.
מַשְׁבִּית מִלְחָמוֹת עַד־קְצֵה הָאָרֶץ קֶשֶׁת יְשַׁבֵּר וְקִצֵּץ חֲנִית עֲגָלוֹת יִשְׂרֹף בָּאֵֽשׁ׃ 9
O, yerin ucqarlarınadək döyüşləri dayandırar, Kamanları qırar, nizələri sındırar, Döyüş arabalarını oda atar.
הַרְפּוּ וּדְעוּ כִּֽי־אָנֹכִי אֱלֹהִים אָרוּם בַּגּוֹיִם אָרוּם בָּאָֽרֶץ׃ 10
«Dayanın, bilin ki, Mən Allaham, Millətlər arasında ucayam, Yer üzündə ucayam!»
יְהֹוָה צְבָאוֹת עִמָּנוּ מִשְׂגָּֽב־לָנוּ אֱלֹהֵי יַעֲקֹב סֶֽלָה׃ 11
Ordular Rəbbi bizimlədir! Yaqubun Allahı qalamızdır! (Sela)

< תהילים 46 >