< תהילים 4 >

לַמְנַצֵּחַ בִּנְגִינוֹת מִזְמוֹר לְדָוִֽד׃ בְּקׇרְאִי עֲנֵנִי ׀ אֱלֹהֵי צִדְקִי בַּצָּר הִרְחַבְתָּ לִּי חׇנֵּנִי וּשְׁמַע תְּפִלָּתִֽי׃ 1
Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan məzmuru. Səni çağıranda mənə cavab ver, Ey adil Allahım! Dara düşən zaman məni genişə çıxar, Mənə lütf edib duama qulaq as!
בְּנֵי אִישׁ עַד־מֶה כְבוֹדִי לִכְלִמָּה תֶּאֱהָבוּן רִיק תְּבַקְשׁוּ כָזָב סֶֽלָה׃ 2
Ey insan övladları, nə vaxtadək Şərəfimi rüsvayçılığa çevirəcəksiniz? Nə vaxtadək boş şeylərə meyl göstərib Yalan axtaracaqsınız? (Sela)
וּדְעוּ כִּֽי־הִפְלָה יְהֹוָה חָסִיד לוֹ יְהֹוָה יִשְׁמַע בְּקׇרְאִי אֵלָֽיו׃ 3
Bilin ki, mömin insanı Rəbb Özü üçün ayırıb; Nə vaxt Rəbbi çağırsam, məni eşidir.
רִגְזוּ וְֽאַל־תֶּחֱטָאוּ אִמְרוּ בִלְבַבְכֶם עַֽל־מִשְׁכַּבְכֶם וְדֹמּוּ סֶֽלָה׃ 4
Qorxub-titrəyin, günah etməyin, Yatağınızda olarkən ürəyinizdə düşünün, dinməyin. (Sela)
זִבְחוּ זִבְחֵי־צֶדֶק וּבִטְחוּ אֶל־יְהֹוָֽה׃ 5
Salehlik qurbanları kəsin, Rəbbə güvənin.
רַבִּים אֹמְרִים מִֽי־יַרְאֵנוּ טוֹב נְֽסָה־עָלֵינוּ אוֹר פָּנֶיךָ יְהֹוָֽה׃ 6
Çoxları deyir: «Kim bizə yaxşılıq edəcək?» Ya Rəbb, üzünün nurunu üstümüzə sal.
נָתַתָּה שִׂמְחָה בְלִבִּי מֵעֵת דְּגָנָם וְתִירוֹשָׁם רָֽבּוּ׃ 7
Onların bol taxıl və təzə şəraba görə sevindiklərindən də çox Mənim qəlbimə sevinc verdin.
בְּשָׁלוֹם יַחְדָּו אֶשְׁכְּבָה וְאִישָׁן כִּֽי־אַתָּה יְהֹוָה לְבָדָד לָבֶטַח תּֽוֹשִׁיבֵֽנִי׃ 8
Arxayın yatıb yuxuya gedirəm, Çünki yalnız Sən, ya Rəbb, məni əmin-amanlıqda yaşadırsan!

< תהילים 4 >