< תהילים 17 >
תְּפִלָּה לְדָוִד שִׁמְעָה יְהֹוָה ׀ צֶדֶק הַקְשִׁיבָה רִנָּתִי הַאֲזִינָה תְפִלָּתִי בְּלֹא שִׂפְתֵי מִרְמָֽה׃ | 1 |
Davudun duası. Ya Rəbb, haqq sözümü dinlə, fəryadımı eşit, Yalansız dilimdən çıxan duama qulaq as.
מִלְּפָנֶיךָ מִשְׁפָּטִי יֵצֵא עֵינֶיךָ תֶּחֱזֶינָה מֵישָׁרִֽים׃ | 2 |
Gözlərinlə həqiqəti görürsən, Mənə haqq qazandır.
בָּחַנְתָּ לִבִּי ׀ פָּקַדְתָּ לַּיְלָה צְרַפְתַּנִי בַל־תִּמְצָא זַמֹּתִי בַּל־יַעֲבׇר־פִּֽי׃ | 3 |
Gecə ikən qəlbimi yoxlayıb-araşdırdın, Məni sınaqdan keçirtdin, Heç nə tapmadın. Niyyətim budur ki, ağzım öz həddini aşmasın.
לִפְעֻלּוֹת אָדָם בִּדְבַר שְׂפָתֶיךָ אֲנִי שָׁמַרְתִּי אׇרְחוֹת פָּרִֽיץ׃ | 4 |
Sənin sözünə görə zalımların tutduğu yoldan, Bu insanların əməlindən özümü qorumuşam.
תָּמֹךְ אֲשֻׁרַי בְּמַעְגְּלוֹתֶיךָ בַּל־נָמוֹטּוּ פְעָמָֽי׃ | 5 |
Sənin yolundan möhkəm tutmuşam, Sarsılmadan addımlamışam.
אֲנִֽי־קְרָאתִיךָ כִֽי־תַעֲנֵנִי אֵל הַֽט־אׇזְנְךָ לִי שְׁמַע אִמְרָתִֽי׃ | 6 |
Səni çağırıram, ey Allah, mənə cavab verirsən, Qulağını mənə tərəf çevir, sözlərimi dinlə.
הַפְלֵה חֲסָדֶיךָ מוֹשִׁיעַ חוֹסִים מִמִּתְקוֹמְמִים בִּֽימִינֶֽךָ׃ | 7 |
Məhəbbətinlə Sənə sığınanlara xariqələrini göstər, Sağ əlinlə onları düşmənlərdən qurtar.
שׇׁמְרֵנִי כְּאִישׁוֹן בַּת־עָיִן בְּצֵל כְּנָפֶיךָ תַּסְתִּירֵֽנִי׃ | 8 |
Məni göz bəbəyin kimi qoru, Qanadlarının kölgəsində saxla
מִפְּנֵי רְשָׁעִים זוּ שַׁדּוּנִי אֹיְבַי בְּנֶפֶשׁ יַקִּיפוּ עָלָֽי׃ | 9 |
Məni dara salan şər insanlardan, Ətrafımı bürüyən, canıma düşmən olanlardan.
חֶלְבָּמוֹ סָּגְרוּ פִּימוֹ דִּבְּרוּ בְגֵאֽוּת׃ | 10 |
Onların ürəkləri qapalıdır, harınlayıblar, Ağızlarından lovğa-lovğa sözlər çıxarırlar.
אַשֻּׁרֵינוּ עַתָּה (סבבוני) [סְבָבוּנוּ] עֵינֵיהֶם יָשִׁיתוּ לִנְטוֹת בָּאָֽרֶץ׃ | 11 |
İndi izimə düşüb məni mühasirəyə aldılar, Güdürlər ki, məni yerə vursunlar.
דִּמְיֹנוֹ כְּאַרְיֵה יִכְסוֹף לִטְרֹף וְכִכְפִיר יֹשֵׁב בְּמִסְתָּרִֽים׃ | 12 |
Onlar parçalamağa həris bir aslan kimidir, Pusquda duran cavan bir şir kimidir.
קוּמָה יְהֹוָה קַדְּמָה פָנָיו הַכְרִיעֵהוּ פַּלְּטָה נַפְשִׁי מֵרָשָׁע חַרְבֶּֽךָ׃ | 13 |
Ya Rəbb, qalx, Onların önündə dayan, Onları yerlə yeksan et. Qılıncınla bu pis insanlardan canımı qurtar.
מִמְתִֽים־יָדְךָ ׀ יְהֹוָה מִֽמְתִים מֵחֶלֶד חֶלְקָם בַּֽחַיִּים (וצפינך) [וּֽצְפוּנְךָ] תְּמַלֵּא בִטְנָם יִשְׂבְּעוּ בָנִים וְהִנִּיחוּ יִתְרָם לְעוֹלְלֵיהֶֽם׃ | 14 |
Ya Rəbb, məni belə insanlardan, Nəsibi bu həyatda olanlardan Öz əlinlə xilas et! Qarınlarını xəzinənlə doldurursan, Onlar övladlarını doydurur, Nəvə-nəticələrinə də miras qoyur.
אֲנִי בְּצֶדֶק אֶחֱזֶה פָנֶיךָ אֶשְׂבְּעָה בְהָקִיץ תְּמוּנָתֶֽךָ׃ | 15 |
Amma mən salehliklə üzünə baxacağam, Oyananda Səni görməklə doyacağam.