< תהילים 147 >

הַלְלוּ ־ יָהּ ׀ כִּי־טוֹב זַמְּרָה אֱלֹהֵינוּ כִּי־נָעִים נָאוָה תְהִלָּֽה׃ 1
Rəbbə həmd edin! Allahımızı tərənnüm etmək nə qədər yaxşıdır! O buna layiqdir, Ona həmdlər söyləmək xoşdur!
בּוֹנֵה יְרוּשָׁלַ͏ִם יְהֹוָה נִדְחֵי יִשְׂרָאֵל יְכַנֵּֽס׃ 2
Rəbb Yerusəlimi bərpa edər, İsrailin əsarətdə olanlarını yığıb-gətirər.
הָרֹפֵא לִשְׁבוּרֵי לֵב וּמְחַבֵּשׁ לְעַצְּבוֹתָֽם׃ 3
O, sınıq qəlblərə şəfa verər, Yaralarını sarıyar.
מוֹנֶה מִסְפָּר לַכּוֹכָבִים לְכֻלָּם שֵׁמוֹת יִקְרָֽא׃ 4
Ulduzların sayını hesablar, Hər birini öz adı ilə çağırar.
גָּדוֹל אֲדוֹנֵינוּ וְרַב־כֹּחַ לִתְבוּנָתוֹ אֵין מִסְפָּֽר׃ 5
Xudavəndimiz əzəmətlidir, Qüvvəti çoxdur, dərrakəsi hədsizdir!
מְעוֹדֵד עֲנָוִים יְהֹוָה מַשְׁפִּיל רְשָׁעִים עֲדֵי־אָֽרֶץ׃ 6
Rəbb məzlumları ayağa qaldırar, Pisləri isə toz-torpaq içinə atar.
עֱנוּ לַֽיהֹוָה בְּתוֹדָה זַמְּרוּ לֵאלֹהֵינוּ בְכִנּֽוֹר׃ 7
Rəbbə şükür nəğməsi söyləyin, Allahımızı lira ilə tərənnüm edin!
הַֽמְכַסֶּה שָׁמַיִם ׀ בְּעָבִים הַמֵּכִין לָאָרֶץ מָטָר הַמַּצְמִיחַ הָרִים חָצִֽיר׃ 8
O, göyləri buludlarla bürüyər, Yer üzünü yağışla təmin edər, Dağlarda ot bitirər.
נוֹתֵן לִבְהֵמָה לַחְמָהּ לִבְנֵי עֹרֵב אֲשֶׁר יִקְרָֽאוּ׃ 9
O, heyvanlara yem verər, Çığırışan quzğun balalarını yemlər.
לֹא בִגְבוּרַת הַסּוּס יֶחְפָּץ לֹא־בְשׁוֹקֵי הָאִישׁ יִרְצֶֽה׃ 10
O, güclü atlardan zövq almaz, Qüvvətli addımlardan razı qalmaz.
רוֹצֶה יְהֹוָה אֶת־יְרֵאָיו אֶת־הַֽמְיַחֲלִים לְחַסְדּֽוֹ׃ 11
Amma Rəbb Ondan qorxanlardan, Onun məhəbbətinə ümid bağlayanlardan razı qalar.
שַׁבְּחִי יְרוּשָׁלַ͏ִם אֶת־יְהֹוָה הַֽלְלִי אֱלֹהַיִךְ צִיּֽוֹן׃ 12
Ey Yerusəlim, Rəbbi mədh et! Ey Sion, Allahına həmd et!
כִּֽי־חִזַּק בְּרִיחֵי שְׁעָרָיִךְ בֵּרַךְ בָּנַיִךְ בְּקִרְבֵּֽךְ׃ 13
Çünki darvazalarının cəftələrini bərkidər, Sənin əhalinə bərəkət verər.
הַשָּׂם־גְּבוּלֵךְ שָׁלוֹם חֵלֶב חִטִּים יַשְׂבִּיעֵֽךְ׃ 14
Sərhədinə əmin-amanlıq, Sənə doyunca əla taxıl yetirər.
הַשֹּׁלֵחַ אִמְרָתוֹ אָרֶץ עַד־מְהֵרָה יָרוּץ דְּבָרֽוֹ׃ 15
Kəlamını yer üzünə yollar, Onun sözü tez yayılar.
הַנֹּתֵן שֶׁלֶג כַּצָּמֶר כְּפוֹר כָּאֵפֶר יְפַזֵּֽר׃ 16
Ağ yun kimi qar yağdırar, Kül kimi qırov salar.
מַשְׁלִיךְ קַֽרְחוֹ כְפִתִּים לִפְנֵי קָרָתוֹ מִי יַעֲמֹֽד׃ 17
Parça-parça dolu tökər. Onun soyuğuna kim dözə bilər?
יִשְׁלַח דְּבָרוֹ וְיַמְסֵם יַשֵּׁב רוּחוֹ יִזְּלוּ־מָֽיִם׃ 18
Buyruq verəndə buz əriyər, Külək əsdirəndə sular sel tək axar.
מַגִּיד דְּבָרָו לְיַעֲקֹב חֻקָּיו וּמִשְׁפָּטָיו לְיִשְׂרָאֵֽל׃ 19
O, Yaqub nəslinə sözlərini, İsraillilərə qanun və hökmlərini bildirir.
לֹא עָשָׂה כֵן ׀ לְכׇל־גּוֹי וּמִשְׁפָּטִים בַּל־יְדָעוּם הַֽלְלוּ־יָֽהּ׃ 20
Başqa millətlər üçün belə etməyib, Heç birinə hökmlərini bildirməyib. Rəbbə həmd edin!

< תהילים 147 >