< תהילים 122 >
שִׁיר הַֽמַּעֲלוֹת לְדָוִד שָׂמַחְתִּי בְּאֹמְרִים לִי בֵּית יְהֹוָה נֵלֵֽךְ׃ | 1 |
Davudun ziyarət nəğməsi. Mənə «Rəbbin evinə gedək» deyilərkən sevindim.
עֹמְדוֹת הָיוּ רַגְלֵינוּ בִּשְׁעָרַיִךְ יְרוּשָׁלָֽ͏ִם׃ | 2 |
Ey Yerusəlim, sənin darvazalarından keçdim, Torpağına qədəm qoydum.
יְרוּשָׁלַ͏ִם הַבְּנוּיָה כְּעִיר שֶׁחֻבְּרָה־לָּהּ יַחְדָּֽו׃ | 3 |
Bu, Yerusəlim şəhəridir, Çox sıx tikilmişdir.
שֶׁשָּׁם עָלוּ שְׁבָטִים שִׁבְטֵי־יָהּ עֵדוּת לְיִשְׂרָאֵל לְהֹדוֹת לְשֵׁם יְהֹוָֽה׃ | 4 |
İsrail üçün verilən şəhadət naminə Qəbilələr, Rəbbin qəbilələri Rəbbin isminə şükür etmək üçün Buranı ziyarət etməyə gəlirlər.
כִּי שָׁמָּה ׀ יָשְׁבוּ כִסְאוֹת לְמִשְׁפָּט כִּסְאוֹת לְבֵית דָּוִֽד׃ | 5 |
Hökm üçün burada taxtlar qurulub, Bu taxtlarda Davud sülaləsi oturub.
שַׁאֲלוּ שְׁלוֹם יְרוּשָׁלָ͏ִם יִשְׁלָיוּ אֹהֲבָֽיִךְ׃ | 6 |
Hamı Yerusəlim üçün sülh diləsin: «Qoy səni sevənlər dinc həyat sürsün!
יְהִי־שָׁלוֹם בְּחֵילֵךְ שַׁלְוָה בְּאַרְמְנוֹתָֽיִךְ׃ | 7 |
Qoy qala divarlarının içində sülh olsun! Qoy saraylarındakılar dinc yaşasın!»
לְמַעַן אַחַי וְרֵעָי אֲדַבְּרָה־נָּא שָׁלוֹם בָּֽךְ׃ | 8 |
Yoldaşlarıma, dostlarıma görə «Səndə sülh olsun!» deyirəm.
לְמַעַן בֵּית־יְהֹוָה אֱלֹהֵינוּ אֲבַקְשָׁה טוֹב לָֽךְ׃ | 9 |
Allahımız Rəbbin evinə görə Sənə bəxtiyarlıq diləyirəm.