< תהילים 108 >
שִׁיר מִזְמוֹר לְדָוִֽד׃ נָכוֹן לִבִּי אֱלֹהִים אָשִׁירָה וַאֲזַמְּרָה אַף־כְּבוֹדִֽי׃ | 1 |
Bir ilahi. Davudun məzmuru. Ey Allahım, qəlbim Sənə möhkəm bağlanıb, Qoy bütün varlığımla ilahi oxuyum, Səni tərənnüm edim.
עוּרָֽה הַנֵּבֶל וְכִנּוֹר אָעִירָה שָּֽׁחַר׃ | 2 |
Ey çəng və lira, oyan! Qoy səhəri oyadım.
אוֹדְךָ בָעַמִּים ׀ יְהֹוָה וַאֲזַמֶּרְךָ בַּלְאֻמִּֽים׃ | 3 |
Ya Rəbb, xalqlar arasında Sənə şükür edəcəyəm. Ümmətlər arasında Səni tərənnüm edəcəyəm.
כִּי־גָדוֹל מֵעַל־שָׁמַיִם חַסְדֶּךָ וְֽעַד־שְׁחָקִים אֲמִתֶּֽךָ׃ | 4 |
Məhəbbətin böyükdür, göylərdən ucadır, Sədaqətin buludlara çatır.
רוּמָה עַל־שָׁמַיִם אֱלֹהִים וְעַל כׇּל־הָאָרֶץ כְּבוֹדֶֽךָ׃ | 5 |
Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun!
לְמַעַן יֵחָלְצוּן יְדִידֶיךָ הוֹשִׁיעָה יְמִֽינְךָ וַעֲנֵֽנִי׃ | 6 |
Sevdiyin insanların xilas olması üçün Sağ əlinlə bizi qurtar, mənə cavab ver!
אֱלֹהִים ׀ דִּבֶּר בְּקׇדְשׁוֹ אֶעְלֹזָה אֲחַלְּקָה שְׁכֶם וְעֵמֶק סֻכּוֹת אֲמַדֵּֽד׃ | 7 |
Allah Öz müqəddəs məskənindən belə söylədi: «Şekemi sevinclə bölüşdürəcəyəm, Sukkot dərəsini böləcəyəm.
לִי גִלְעָד ׀ לִי מְנַשֶּׁה וְאֶפְרַיִם מָעוֹז רֹאשִׁי יְהוּדָה מְחֹקְקִֽי׃ | 8 |
Gilead torpağı Mənimdir, Menaşşe torpağı Mənimdir, Efrayim başımın dəbilqəsidir, Yəhuda Mənim əsamdır.
מוֹאָב ׀ סִיר רַחְצִי עַל־אֱדוֹם אַשְׁלִיךְ נַעֲלִי עֲלֵי־פְלֶשֶׁת אֶתְרוֹעָֽע׃ | 9 |
Moav yuyunmaq üçün ləyənimdir, Çarığımı ataraq Edomu tutacağam, Zəfər harayını Filiştə salacağam».
מִי יֹבִלֵנִי עִיר מִבְצָר מִי נָחַנִי עַד־אֱדֽוֹם׃ | 10 |
Kim məni istehkamlı şəhərə apara bilər? Edoma qədər kim mənə yol göstərə bilər?
הֲלֹֽא־אֱלֹהִים זְנַחְתָּנוּ וְֽלֹא־תֵצֵא אֱלֹהִים בְּצִבְאֹתֵֽינוּ׃ | 11 |
Ay Allah, niyə bizi atmısan? Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan?
הָבָה־לָּנוּ עֶזְרָת מִצָּר וְשָׁוְא תְּשׁוּעַת אָדָֽם׃ | 12 |
Düşmənin qarşısında bizə imdad et, Çünki insanın köməyi puçdur.
בֵּאלֹהִים נַעֲשֶׂה־חָיִל וְהוּא יָבוּס צָרֵֽינוּ׃ | 13 |
Allahın köməyi ilə şücaət göstərəcəyik, O, düşmənlərimizi tapdalayacaq!