< איוב 6 >
וַיַּעַן אִיּוֹב וַיֹּאמַֽר׃ | 1 |
Əyyub belə cavab verdi:
לוּ שָׁקוֹל יִשָּׁקֵל כַּעְשִׂי (והיתי) [וְהַוָּתִי] בְּֽמֹאזְנַיִם יִשְׂאוּ־יָֽחַד׃ | 2 |
«Kaş bu dərdim çəkiləydi, Bütün ağrılarım tərəziyə qoyulaydı.
כִּֽי־עַתָּה מֵחוֹל יַמִּים יִכְבָּד עַל־כֵּן דְּבָרַי לָֽעוּ׃ | 3 |
Onda dənizlərin qumundan ağır gələrdi, Ona görə tez bu sözləri dedim.
כִּי חִצֵּי שַׁדַּי עִמָּדִי אֲשֶׁר חֲמָתָם שֹׁתָה רוּחִי בִּעוּתֵי אֱלוֹהַּ יַעַרְכֽוּנִי׃ | 4 |
Həqiqətən, Külli-İxtiyarın oxları köksümdədir, Ruhum onların zəhərlərini içir. Allahın dəhşətləri mənə hücum çəkir.
הֲיִֽנְהַק־פֶּרֶא עֲלֵי־דֶשֶׁא אִם יִגְעֶה־שּׁוֹר עַל־בְּלִילֽוֹ׃ | 5 |
Ot olanda vəhşi eşşək anqırarmı? Yem tapanda öküz heç böyürərmi?
הֲיֵאָכֵל תָּפֵל מִבְּלִי־מֶלַח אִם־יֶשׁ־טַעַם בְּרִיר חַלָּמֽוּת׃ | 6 |
Duzsuz, şit yeməyi yemək olarmı? Yumurta ağının dadı varmı?
מֵאֲנָה לִנְגּוֹעַ נַפְשִׁי הֵמָּה כִּדְוֵי לַחְמִֽי׃ | 7 |
Belə yeməklərə əl vurmaq istəmirəm, Onlardan iyrənirəm.
מִֽי־יִתֵּן תָּבוֹא שֶׁאֱלָתִי וְתִקְוָתִי יִתֵּן אֱלֽוֹהַּ׃ | 8 |
Kaş arzuma çataydım, Allah mənə həsrətində olduğumu verəydi,
וְיֹאֵל אֱלוֹהַּ וִידַכְּאֵנִי יַתֵּר יָדוֹ וִיבַצְּעֵֽנִי׃ | 9 |
Lütf edib məni əzsə belə, Əldən cəld olub həyatımın bağını kəssə belə,
וּתְהִי־עוֹד ׀ נֶחָמָתִי וַאֲסַלְּדָה בְחִילָה לֹא יַחְמוֹל כִּי־לֹא כִחַדְתִּי אִמְרֵי קָדֽוֹשׁ׃ | 10 |
Mən yenə ovunardım, Bu amansız dərdimə baxmayaraq Müqəddəs Olanın sözlərini inkar etmədiyimə görə sevinərdim.
מַה־כֹּחִי כִֽי־אֲיַחֵל וּמַה־קִּצִּי כִּֽי־אַאֲרִיךְ נַפְשִֽׁי׃ | 11 |
Nə gücüm var ki, gözləyim? Sonum nə qədərdir ki, səbir edim?
אִם־כֹּחַ אֲבָנִים כֹּחִי אִֽם־בְּשָׂרִי נָחֽוּשׁ׃ | 12 |
Daş qədər güclüyəmmi? Ətim tuncdandırmı?
הַאִם אֵין עֶזְרָתִי בִי וְתֻשִׁיָּה נִדְּחָה מִמֶּֽנִּי׃ | 13 |
Əlacsız qalanda Özümə kömək etməyə gücüm çatarmı?
לַמָּס מֵרֵעֵהוּ חָסֶד וְיִרְאַת שַׁדַּי יַעֲזֽוֹב׃ | 14 |
İnsan Külli-İxtiyarın qorxusundan vaz keçsə belə, Çarəsiz qalanda ona dostun sədaqəti gərəkdir.
אַחַי בָּגְדוּ כְמוֹ־נָחַל כַּאֲפִיק נְחָלִים יַעֲבֹֽרוּ׃ | 15 |
Qardaşlarım mənə bir vadi kimi xəyanət etdi, Çaylar kimi axıb getdi.
הַקֹּדְרִים מִנִּי־קָרַח עָלֵימוֹ יִתְעַלֶּם־שָֽׁלֶג׃ | 16 |
Bu vadilər buzlar əriyəndə daşar, Qar suları ilə dolar.
בְּעֵת יְזֹרְבוּ נִצְמָתוּ בְּחֻמּוֹ נִדְעֲכוּ מִמְּקוֹמָֽם׃ | 17 |
Bu vadilər quraq vaxtı quruyar, İstidə yataqlarından yox olar.
יִלָּפְתוּ אׇרְחוֹת דַּרְכָּם יַעֲלוּ בַתֹּהוּ וְיֹאבֵֽדוּ׃ | 18 |
Bu vadilərə görə karvanlar yolunu azar, Səhraya çıxanda həlak olar.
הִבִּיטוּ אׇרְחוֹת תֵּמָא הֲלִיכֹת שְׁבָא קִוּוּ־לָֽמוֹ׃ | 19 |
Temanın karvanları su axtarar, Səbadan gələn səyyahlar ora ümid bağlar.
בֹּשׁוּ כִֽי־בָטָח בָּאוּ עָדֶיהָ וַיֶּחְפָּֽרוּ׃ | 20 |
Amma ora çatanda ümid bağladıqlarına peşman olar, Mat-məəttəl qalar.
כִּֽי־עַתָּה הֱיִיתֶם לֹא תִּֽרְאוּ חֲתַת וַתִּירָֽאוּ׃ | 21 |
İndi siz də mənim üçün bir heç olmusunuz, Bu dəhşətə baxıb qorxursunuz.
הֲֽכִי־אָמַרְתִּי הָבוּ לִי וּמִכֹּחֲכֶם שִׁחֲדוּ בַעֲדִֽי׃ | 22 |
Mən demişəmmi “Mənə nəyisə verin, Var-dövlətinizdən mənə rüşvət göndərin?
וּמַלְּטוּנִי מִיַּד־צָר וּמִיַּד עָרִיצִים תִּפְדּֽוּנִי׃ | 23 |
Yaxud da məni düşmən əlindən qurtarın, Zalımların əlindən azad edin?”
הוֹרוּנִי וַאֲנִי אַחֲרִישׁ וּמַה־שָּׁגִיתִי הָבִינוּ לִֽי׃ | 24 |
Mən susum, siz mənə öyrədin, Nə səhv etmişəmsə, mənə göstərin.
מַה־נִּמְרְצוּ אִמְרֵי־יֹשֶׁר וּמַה־יּוֹכִיחַ הוֹכֵחַ מִכֶּֽם׃ | 25 |
Doğru söz kəsərli olar, Sizin bu iradınız bəs nəyi sübut edir?
הַלְהוֹכַח מִלִּים תַּחְשֹׁבוּ וּלְרוּחַ אִמְרֵי נֹאָֽשׁ׃ | 26 |
Niyə sözlərimi qınamaq istəyirsiniz? Niyə mən biçarənin dediyini boşboğazlıq sanırsınız?
אַף־עַל־יָתוֹם תַּפִּילוּ וְתִכְרוּ עַֽל־רֵיעֲכֶֽם׃ | 27 |
Yetim üçün belə, püşk atırsınız, Dostunuzu satırsınız.
וְעַתָּה הוֹאִילוּ פְנוּ־בִי וְעַל־פְּנֵיכֶם אִם־אֲכַזֵּֽב׃ | 28 |
İndi lütf edib mənə baxın, Bax mən üzünüzə ağ yalan demərəm.
שֽׁוּבוּ־נָא אַל־תְּהִי עַוְלָה (ושבי) [וְשׁוּבוּ] עוֹד צִדְקִי־בָֽהּ׃ | 29 |
Atın haqsızlığı, haqsızlıq etməyin, Düşünün ki, bu davada mən haqlıyam.
הֲיֵשׁ־בִּלְשׁוֹנִי עַוְלָה אִם־חִכִּי לֹא־יָבִין הַוּֽוֹת׃ | 30 |
Dilimdən haqsız söz çıxırmı? Pis şeyləri ağzıma alırammı?