< ירמיה 22 >

כֹּה אָמַר יְהֹוָה רֵד בֵּֽית־מֶלֶךְ יְהוּדָה וְדִבַּרְתָּ שָׁם אֶת־הַדָּבָר הַזֶּֽה׃ 1
Rəbb belə dedi: «Yəhuda padşahının sarayına get, orada bu sözü bildirib söylə ki,
וְאָֽמַרְתָּ שְׁמַע דְּבַר־יְהֹוָה מֶלֶךְ יְהוּדָה הַיֹּשֵׁב עַל־כִּסֵּא דָוִד אַתָּה וַעֲבָדֶיךָ וְעַמְּךָ הַבָּאִים בַּשְּׁעָרִים הָאֵֽלֶּה׃ 2
ey Davudun taxtı üzərində oturan Yəhuda padşahı, ey bu darvazalardan girən əyanlarla xalq, Rəbbin sözünü eşidin.
כֹּה ׀ אָמַר יְהֹוָה עֲשׂוּ מִשְׁפָּט וּצְדָקָה וְהַצִּילוּ גָזוּל מִיַּד עָשׁוֹק וְגֵר יָתוֹם וְאַלְמָנָה אַל־תֹּנוּ אַל־תַּחְמֹסוּ וְדָם נָקִי אַֽל־תִּשְׁפְּכוּ בַּמָּקוֹם הַזֶּֽה׃ 3
Rəbb belə deyir: “Ədalət və salehliklə rəftar edin. Məzlumu zalımın əlindən qurtarın. Qəribə, yetimə və dul qadına haqsızlıq etməyin, zorakılıq etməyin, bu yerdə günahsız qan tökməyin.
כִּי אִם־עָשׂוֹ תַּעֲשׂוּ אֶת־הַדָּבָר הַזֶּה וּבָאוּ בְשַׁעֲרֵי הַבַּיִת הַזֶּה מְלָכִים יֹשְׁבִים לְדָוִד עַל־כִּסְאוֹ רֹֽכְבִים בָּרֶכֶב וּבַסּוּסִים הוּא וַעֲבָדָו וְעַמּֽוֹ׃ 4
Əgər siz bu əmrə, həqiqətən, əməl etsəniz, o zaman Davudun taxtında oturan padşahlar döyüş arabalarına və atlara minib əyanları və xalqları ilə birgə bu sarayın darvazalarından girəcək.
וְאִם לֹא תִשְׁמְעוּ אֶת־הַדְּבָרִים הָאֵלֶּה בִּי נִשְׁבַּעְתִּי נְאֻם־יְהֹוָה כִּֽי־לְחׇרְבָּה יִֽהְיֶה הַבַּיִת הַזֶּֽה׃ 5
Lakin bu sözləri eşitməsəniz, Öz varlığıma and içirəm ki, bu ev viran qalacaq” Rəbb belə bəyan edir.
כִּי־כֹה ׀ אָמַר יְהֹוָה עַל־בֵּית מֶלֶךְ יְהוּדָה גִּלְעָד אַתָּה לִי רֹאשׁ הַלְּבָנוֹן אִם־לֹא אֲשִֽׁיתְךָ מִדְבָּר עָרִים לֹא (נושבה) [נוֹשָֽׁבוּ]׃ 6
Bəli, Yəhuda padşahının sarayı barədə Rəbb belə deyir: “Sən Mənim üçün Gilead, Livanın zirvəsi kimisən. Ancaq Mən hökmən səni bir çölə, Kimsənin yaşamadığı şəhərlərə çevirəcəyəm.
וְקִדַּשְׁתִּי עָלֶיךָ מַשְׁחִתִים אִישׁ וְכֵלָיו וְכָֽרְתוּ מִבְחַר אֲרָזֶיךָ וְהִפִּילוּ עַל־הָאֵֽשׁ׃ 7
Sənə qarşı həlak edənlər təyin edəcəyəm, Hamısının əlində silah olacaq. Sənin ən yaxşı sidr ağaclarını kəsəcəklər, Onları oda atacaqlar.
וְעָֽבְרוּ גּוֹיִם רַבִּים עַל הָעִיר הַזֹּאת וְאָֽמְרוּ אִישׁ אֶל־רֵעֵהוּ עַל־מֶה עָשָׂה יְהֹוָה כָּכָה לָעִיר הַגְּדוֹלָה הַזֹּֽאת׃ 8
Bir çox millətlər bu şəhərin yanından keçib bir-birlərindən soruşacaq: ‹Bu böyük şəhəri Rəbb niyə belə xaraba qoydu?›
וְאָמְרוּ עַל אֲשֶׁר עָזְבוּ אֶת־בְּרִית יְהֹוָה אֱלֹהֵיהֶם וַיִּֽשְׁתַּחֲווּ לֵאלֹהִים אֲחֵרִים וַיַּעַבְדֽוּם׃ 9
Onda deyəcəklər: ‹Çünki özlərinin Allahı Rəbbin əhdini tərk etdilər, başqa allahlara səcdə və qulluq etdilər›”».
אַל־תִּבְכּוּ לְמֵת וְאַל־תָּנֻדוּ לוֹ בְּכוּ בָכוֹ לַהֹלֵךְ כִּי לֹא יָשׁוּב עוֹד וְרָאָה אֶת־אֶרֶץ מוֹלַדְתּֽוֹ׃ 10
Ölən padşah üçün ağlamayın, Yas tutmayın. Ancaq sürgünə gedən üçün acı-acı ağlayın, Çünki daha qayıtmayacaq, Doğma vətənini görməyəcək.
כִּי כֹה אָֽמַר־יְהֹוָה אֶל־שַׁלֻּם בֶּן־יֹאשִׁיָּהוּ מֶלֶךְ יְהוּדָה הַמֹּלֵךְ תַּחַת יֹאשִׁיָּהוּ אָבִיו אֲשֶׁר יָצָא מִן־הַמָּקוֹם הַזֶּה לֹא־יָשׁוּב שָׁם עֽוֹד׃ 11
Bəli, atası Yoşiyanın yerinə Yəhuda padşahı olan və buradan çıxıb gedən Yoşiya oğlu Şallum barədə Rəbb deyir: «O daha bura qayıtmayacaq,
כִּי בִּמְקוֹם אֲשֶׁר־הִגְלוּ אֹתוֹ שָׁם יָמוּת וְאֶת־הָאָרֶץ הַזֹּאת לֹֽא־יִרְאֶה עֽוֹד׃ 12
sürgün olunduğu yerdə öləcək və artıq bu ölkəni görməyəcək.
הוֹי בֹּנֶה בֵיתוֹ בְּֽלֹא־צֶדֶק וַעֲלִיּוֹתָיו בְּלֹא מִשְׁפָּט בְּרֵעֵהוּ יַעֲבֹד חִנָּם וּפֹעֲלוֹ לֹא יִתֶּן־לֽוֹ׃ 13
Vay o adamın halına ki, Sarayını haqsızlıqla, Yuxarı otaqlarını ədalətsizliklə tikir, Öz soydaşını müftə işlədir, Ona muzdunu vermir.
הָאֹמֵר אֶבְנֶה־לִּי בֵּית מִדּוֹת וַעֲלִיּוֹת מְרֻוָּחִים וְקָרַֽע לוֹ חַלּוֹנָי וְסָפוּן בָּאָרֶז וּמָשׁוֹחַ בַּשָּׁשַֽׁר׃ 14
Vay o adamın halına ki, “Özümə geniş yuxarı otaqları olan Böyük bir saray tikdirəcəyəm” deyib Oraya pəncərələr açır, Ətrafını sidr ağacı ilə örtür. Qırmızı rənglə boyayır.
הֲתִֽמְלֹךְ כִּי אַתָּה מְתַחֲרֶה בָאָרֶז אָבִיךָ הֲלוֹא אָכַל וְשָׁתָה וְעָשָׂה מִשְׁפָּט וּצְדָקָה אָז טוֹב לֽוֹ׃ 15
Çoxlu sidr ağacın olduğu üçünmü Özünü padşah sanırsan? Atan da doyunca yeyib-içirdi, Ədalət və salehliklə rəftar edirdi. Ona görə də işləri uğurlu oldu.
דָּן דִּין־עָנִי וְאֶבְיוֹן אָז טוֹב הֲלוֹא־הִיא הַדַּעַת אֹתִי נְאֻם־יְהֹוָֽה׃ 16
Məhkəmədə məzlum, yoxsul adamın işinə baxırdı, Ona görə də işləri uğurlu oldu». Rəbb bəyan edir: «Məni tanımaq Elə bu deyilmi?
כִּי אֵין עֵינֶיךָ וְלִבְּךָ כִּי אִם־עַל־בִּצְעֶךָ וְעַל דַּֽם־הַנָּקִי לִשְׁפּוֹךְ וְעַל־הָעֹשֶׁק וְעַל־הַמְּרוּצָה לַעֲשֽׂוֹת׃ 17
Ancaq sənin gözlərin və ürəyin Öz haram qazancında, Tökmək istədiyin günahsız qanda, Etmək istədiyin qəddarlıqda, Zorakılıqda qalıb».
לָכֵן כֹּה־אָמַר יְהֹוָה אֶל־יְהוֹיָקִים בֶּן־יֹאשִׁיָּהוּ מֶלֶךְ יְהוּדָה לֹא־יִסְפְּדוּ לוֹ הוֹי אָחִי וְהוֹי אָחוֹת לֹא־יִסְפְּדוּ לוֹ הוֹי אָדוֹן וְהוֹי הֹדֹֽה׃ 18
Buna görə də Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqim barədə Rəbb belə deyir: «Onun üçün “vay qardaşım, vay bacım” söyləyib yas tutmayacaqlar, “Vay ağam, heyf onun izzəti” söyləyib yas tutmayacaqlar.
קְבוּרַת חֲמוֹר יִקָּבֵר סָחוֹב וְהַשְׁלֵךְ מֵהָלְאָה לְשַׁעֲרֵי יְרוּשָׁלָֽ͏ִם׃ 19
Onu sürüyüb Yerusəlim darvazalarından kənara atacaqlar, Eşşək basdırılan kimi basdırılacaq».
עֲלִי הַלְּבָנוֹן וּֽצְעָקִי וּבַבָּשָׁן תְּנִי קוֹלֵךְ וְצַֽעֲקִי מֵעֲבָרִים כִּי נִשְׁבְּרוּ כׇּל־מְאַהֲבָֽיִךְ׃ 20
«Livana qalxıb fəryad et, Başanda səsini ucalt, Avarimdən nalə çək, Çünki bütün müttəfiqlərin əzildi.
דִּבַּרְתִּי אֵלַיִךְ בְּשַׁלְוֺתַיִךְ אָמַרְתְּ לֹא אֶשְׁמָע זֶה דַרְכֵּךְ מִנְּעוּרַיִךְ כִּי לֹא־שָׁמַעַתְּ בְּקוֹלִֽי׃ 21
Hər şeyin əmin-amanlıqda olanda Sənə nəsihət etdim, Ancaq “qulaq asmayacağam” dedin. Uşaqlığından xasiyyətin belədir, Sözümə qulaq asan deyilsən.
כׇּל־רֹעַיִךְ תִּרְעֶה־רוּחַ וּֽמְאַהֲבַיִךְ בַּשְּׁבִי יֵלֵכוּ כִּי אָז תֵּבֹשִׁי וְנִכְלַמְתְּ מִכֹּל רָעָתֵֽךְ׃ 22
Külək bütün başçılarını alıb-aparacaq, Müttəfiqlərin sürgünə gedəcək. O zaman etdiyin bütün pisliklərdən ötrü Utanıb rüsvay olacaqsan.
(ישבתי) [יֹשַׁבְתְּ] בַּלְּבָנוֹן (מקננתי) [מְקֻנַּנְתְּ] בָּאֲרָזִים מַה־נֵּחַנְתְּ בְּבֹא־לָךְ חֲבָלִים חִיל כַּיֹּלֵדָֽה׃ 23
Ey sən “Livanda” yaşayan, Yuvasını sidr ağacından quran! Sənə hamilə qadın kimi Ağrılar, sancılar gələndə Necə ah-zar edəcəksən!»
חַי־אָנִי נְאֻם־יְהֹוָה כִּי אִם־יִהְיֶה כׇּנְיָהוּ בֶן־יְהֽוֹיָקִים מֶלֶךְ יְהוּדָה חוֹתָם עַל־יַד יְמִינִי כִּי מִשָּׁם אֶתְּקֶֽנְךָּ׃ 24
Rəbb bəyan edir: «Varlığıma and olsun ki, ey Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakin, sağ əlimdəki möhür üzüyü olsan da, səni çıxarıb atardım.
וּנְתַתִּיךָ בְּיַד מְבַקְשֵׁי נַפְשֶׁךָ וּבְיַד אֲשֶׁר־אַתָּה יָגוֹר מִפְּנֵיהֶם וּבְיַד נְבוּכַדְרֶאצַּר מֶלֶךְ־בָּבֶל וּבְיַד הַכַּשְׂדִּֽים׃ 25
Canını almaq istəyənlərə, qorxduğun adamlara, Babil padşahı Navuxodonosora və Xaldeylilərə səni təslim edəcəyəm.
וְהֵטַלְתִּי אֹתְךָ וְאֶֽת־אִמְּךָ אֲשֶׁר יְלָדַתְךָ עַל הָאָרֶץ אַחֶרֶת אֲשֶׁר לֹֽא־יֻלַּדְתֶּם שָׁם וְשָׁם תָּמֽוּתוּ׃ 26
Özünü, səni doğan ananı doğulmadığınız yad bir ölkəyə atacağam və orada öləcəksiniz.
וְעַל־הָאָרֶץ אֲשֶׁר־הֵם מְנַשְּׂאִים אֶת־נַפְשָׁם לָשׁוּב שָׁם שָׁמָּה לֹא יָשֽׁוּבוּ׃ 27
Qayıtmağa can atdığınız ölkəyə bir daha qayıtmayacaqsınız».
הַעֶצֶב נִבְזֶה נָפוּץ הָאִישׁ הַזֶּה כׇּנְיָהוּ אִם־כְּלִי אֵין חֵפֶץ בּוֹ מַדּוּעַ הֽוּטְלוּ הוּא וְזַרְעוֹ וְהֻשְׁלְכוּ עַל־הָאָרֶץ אֲשֶׁר לֹא־יָדָֽעוּ׃ 28
Bu adam – Yehoyakin xor baxılan qırıq bir kasa, heç kəsin bəyənmədiyi bir qabdırmı? Bəs nə üçün özü də, övladları da aparılıb tanımadıqları bir ölkəyə atıldı?
אֶרֶץ אֶרֶץ אָרֶץ שִׁמְעִי דְּבַר־יְהֹוָֽה׃ 29
Ölkə, ey ölkə, Rəbbin sözünü eşit, ey ölkə!
כֹּה ׀ אָמַר יְהֹוָה כִּתְבוּ אֶת־הָאִישׁ הַזֶּה עֲרִירִי גֶּבֶר לֹא־יִצְלַח בְּיָמָיו כִּי לֹא יִצְלַח מִזַּרְעוֹ אִישׁ יֹשֵׁב עַל־כִּסֵּא דָוִד וּמֹשֵׁל עוֹד בִּיהוּדָֽה׃ 30
Rəbb deyir: «Bu adamı övladsız, ömründə işləri uğurlu olmayan bir kişi hesab edin. Çünki nəslindən heç kim uğur qazanmayacaq. Nəslindən heç kim Davudun taxtında oturmayacaq, Yəhudada bir daha padşahlıq etməyəcək».

< ירמיה 22 >