< הושע 12 >

אֶפְרַיִם רֹעֶה רוּחַ וְרֹדֵף קָדִים כׇּל־הַיּוֹם כָּזָב וָשֹׁד יַרְבֶּה וּבְרִית עִם־אַשּׁוּר יִכְרֹתוּ וְשֶׁמֶן לְמִצְרַיִם יוּבָֽל׃ 1
Efrayim yellə bəslənir, Bütün gün şərq küləyinin dalınca düşür. Yalanı, qoluzorluluğu artırır. Aşşurla saziş bağlayır, Misirə zeytun yağı göndərir.
וְרִיב לַיהֹוָה עִם־יְהוּדָה וְלִפְקֹד עַֽל־יַעֲקֹב כִּדְרָכָיו כְּמַעֲלָלָיו יָשִׁיב לֽוֹ׃ 2
Yəhuda ilə Rəbbin davası var, Yaqubu getdiyi yola görə cəzalandıracaq, Əməllərinə görə əvəz verəcək.
בַּבֶּטֶן עָקַב אֶת־אָחִיו וּבְאוֹנוֹ שָׂרָה אֶת־אֱלֹהִֽים׃ 3
O hələ ana bətnində ikən Qardaşının topuğundan tutdu, Böyüklük çağında Allahla güləşdi.
וַיָּשַׂר אֶל־מַלְאָךְ וַיֻּכָל בָּכָה וַיִּתְחַנֶּן־לוֹ בֵּֽית־אֵל יִמְצָאֶנּוּ וְשָׁם יְדַבֵּר עִמָּֽנוּ׃ 4
Mələklə güləşib ona üstün gəldi, Ağlayaraq Ondan xeyirxahlıq istədi. Allah onu Bet-Eldə tapdı.
וַיהֹוָה אֱלֹהֵי הַצְּבָאוֹת יְהֹוָה זִכְרֽוֹ׃ 5
Ordular Allahı Rəbb Bizimlə orada danışdı. Onun adı «Rəbb»dir.
וְאַתָּה בֵּאלֹהֶיךָ תָשׁוּב חֶסֶד וּמִשְׁפָּט שְׁמֹר וְקַוֵּה אֶל־אֱלֹהֶיךָ תָּמִֽיד׃ 6
Buna görə də sən Allahına üz tut, Məhəbbətə, ədalətə bağlan, Daim Allahına ümid bağla.
כְּנַעַן בְּיָדוֹ מֹאזְנֵי מִרְמָה לַעֲשֹׁק אָהֵֽב׃ 7
Efrayim tacirdir, Əlindəki aldadıcı tərəzi ilə Aldatmağı sevir.
וַיֹּאמֶר אֶפְרַיִם אַךְ עָשַׁרְתִּי מָצָאתִי אוֹן לִי כׇּל־יְגִיעַי לֹא יִמְצְאוּ־לִי עָוֺן אֲשֶׁר־חֵֽטְא׃ 8
Efrayim deyir: «Doğrudan da, mən varlandım, Özüm üçün sərvət topladım. Çoxlu şeylər qazansam da, Məndə günah sayılacaq bir təqsir tapılmayacaq».
וְאָנֹכִי יְהֹוָה אֱלֹהֶיךָ מֵאֶרֶץ מִצְרָיִם עֹד אוֹשִֽׁיבְךָ בׇאֳהָלִים כִּימֵי מוֹעֵֽד׃ 9
«Ancaq səni Misir torpağından çıxaran Allahın Rəbb Mənəm. Bayram günlərində olduğu kimi Səni yenə öz çadırlarında məskunlaşdıracağam.
וְדִבַּרְתִּי עַל־הַנְּבִיאִים וְאָנֹכִי חָזוֹן הִרְבֵּיתִי וּבְיַד הַנְּבִיאִים אֲדַמֶּֽה׃ 10
Mən peyğəmbərlərlə danışdım, Çoxlu görüntü göndərdim, Peyğəmbərlərin dilindən məsəllər söylədim».
אִם־גִּלְעָד אָוֶן אַךְ־שָׁוְא הָיוּ בַּגִּלְגָּל שְׁוָרִים זִבֵּחוּ גַּם מִזְבְּחוֹתָם כְּגַלִּים עַל תַּלְמֵי שָׂדָֽי׃ 11
Gilead xalqı pis xalqdır, Doğrudan da, yaramazdır. Qilqalda buğaları qurban kəsirlər. Onların qurbangahları Şumlanmış tarladakı daş qalaqları kimidir.
וַיִּבְרַח יַעֲקֹב שְׂדֵה אֲרָם וַיַּעֲבֹד יִשְׂרָאֵל בְּאִשָּׁה וּבְאִשָּׁה שָׁמָֽר׃ 12
Yaqub Aram torpağına qaçdı, İsrail arvad üçün qul oldu, Arvada görə qoyun otardı.
וּבְנָבִיא הֶעֱלָה יְהֹוָה אֶת־יִשְׂרָאֵל מִמִּצְרָיִם וּבְנָבִיא נִשְׁמָֽר׃ 13
Rəbb İsraili bir peyğəmbər vasitəsilə Misirdən çıxartdı, Bir peyğəmbər vasitəsilə qorudu.
הִכְעִיס אֶפְרַיִם תַּמְרוּרִים וְדָמָיו עָלָיו יִטּוֹשׁ וְחֶרְפָּתוֹ יָשִׁיב לוֹ אֲדֹנָֽיו׃ 14
Efrayim Allahı bərk qəzəbləndirdi, Tökdüyü qanı öz başına gətirəcək, Xudavənd onun rüsvayçılığını özünə qaytaracaq.

< הושע 12 >