< בראשית 8 >

וַיִּזְכֹּר אֱלֹהִים אֶת־נֹחַ וְאֵת כׇּל־הַֽחַיָּה וְאֶת־כׇּל־הַבְּהֵמָה אֲשֶׁר אִתּוֹ בַּתֵּבָה וַיַּעֲבֵר אֱלֹהִים רוּחַ עַל־הָאָרֶץ וַיָּשֹׁכּוּ הַמָּֽיִם׃ 1
Allah Nuhu və onunla birgə gəmidə olan bütün çöl heyvanlarını və ev heyvanlarını yada saldı. Allah yer üzünə külək göndərdi və su azalmağa başladı.
וַיִּסָּֽכְרוּ מַעְיְנֹת תְּהוֹם וַֽאֲרֻבֹּת הַשָּׁמָיִם וַיִּכָּלֵא הַגֶּשֶׁם מִן־הַשָּׁמָֽיִם׃ 2
Dərinlikdə olan su qaynaqları və göylərin pəncərələri bağlandı, yağış dayandı.
וַיָּשֻׁבוּ הַמַּיִם מֵעַל הָאָרֶץ הָלוֹךְ וָשׁוֹב וַיַּחְסְרוּ הַמַּיִם מִקְצֵה חֲמִשִּׁים וּמְאַת יֽוֹם׃ 3
Su yer üzündən tədricən çəkildi, yüz əlli gün keçdikdən sonra su azaldı.
וַתָּנַח הַתֵּבָה בַּחֹדֶשׁ הַשְּׁבִיעִי בְּשִׁבְעָה־עָשָׂר יוֹם לַחֹדֶשׁ עַל הָרֵי אֲרָרָֽט׃ 4
Yeddinci ayın on yeddinci günü gəmi Ararat dağlarında dayandı.
וְהַמַּיִם הָיוּ הָלוֹךְ וְחָסוֹר עַד הַחֹדֶשׁ הָֽעֲשִׂירִי בָּֽעֲשִׂירִי בְּאֶחָד לַחֹדֶשׁ נִרְאוּ רָאשֵׁי הֶֽהָרִֽים׃ 5
Onuncu aya qədər su yavaş-yavaş çəkildi, onuncu ayın birinci günü dağların zirvələri göründü.
וַיְהִי מִקֵּץ אַרְבָּעִים יוֹם וַיִּפְתַּח נֹחַ אֶת־חַלּוֹן הַתֵּבָה אֲשֶׁר עָשָֽׂה׃ 6
Qırx gün sonra Nuh düzəltdiyi gəminin pəncərəsini açıb
וַיְשַׁלַּח אֶת־הָֽעֹרֵב וַיֵּצֵא יָצוֹא וָשׁוֹב עַד־יְבֹשֶׁת הַמַּיִם מֵעַל הָאָֽרֶץ׃ 7
bir qarğa buraxdı; qarğa uçub getdi və yer üzündə su quruyana qədər hər tərəfi dolaşdı.
וַיְשַׁלַּח אֶת־הַיּוֹנָה מֵאִתּוֹ לִרְאוֹת הֲקַלּוּ הַמַּיִם מֵעַל פְּנֵי הָֽאֲדָמָֽה׃ 8
Nuh bu dəfə bir göyərçin buraxdı ki, suyun yer üzündən çəkilib-çəkilmədiyini bilsin.
וְלֹֽא־מָצְאָה הַיּוֹנָה מָנוֹחַ לְכַף־רַגְלָהּ וַתָּשׇׁב אֵלָיו אֶל־הַתֵּבָה כִּי־מַיִם עַל־פְּנֵי כׇל־הָאָרֶץ וַיִּשְׁלַח יָדוֹ וַיִּקָּחֶהָ וַיָּבֵא אֹתָהּ אֵלָיו אֶל־הַתֵּבָֽה׃ 9
Amma göyərçin qonmaq üçün rahat bir yer tapmadığına görə onun yanına – gəmiyə qayıtdı, çünki hələ bütün yer üzündə su var idi. Nuh əlini uzadıb göyərçini tutdu və gəmiyə – öz yanına apardı.
וַיָּחֶל עוֹד שִׁבְעַת יָמִים אֲחֵרִים וַיֹּסֶף שַׁלַּח אֶת־הַיּוֹנָה מִן־הַתֵּבָֽה׃ 10
O daha yeddi gün gözlədi və göyərçini yenə gəmidən buraxdı.
וַתָּבֹא אֵלָיו הַיּוֹנָה לְעֵת עֶרֶב וְהִנֵּה עֲלֵה־זַיִת טָרָף בְּפִיהָ וַיֵּדַע נֹחַ כִּי־קַלּוּ הַמַּיִם מֵעַל הָאָֽרֶץ׃ 11
Axşamüstü göyərçin onun yanına qayıtdı. Göyərçinin ağzında təzə zeytun yarpağı var idi. Nuh suyun yer üzündən çəkildiyini bildi.
וַיִּיָּחֶל עוֹד שִׁבְעַת יָמִים אֲחֵרִים וַיְשַׁלַּח אֶת־הַיּוֹנָה וְלֹֽא־יָסְפָה שׁוּב־אֵלָיו עֽוֹד׃ 12
O daha yeddi gün gözlədi və göyərçini yenə buraxdı, artıq göyərçin onun yanına qayıtmadı.
וַיְהִי בְּאַחַת וְשֵׁשׁ־מֵאוֹת שָׁנָה בָּֽרִאשׁוֹן בְּאֶחָד לַחֹדֶשׁ חָֽרְבוּ הַמַּיִם מֵעַל הָאָרֶץ וַיָּסַר נֹחַ אֶת־מִכְסֵה הַתֵּבָה וַיַּרְא וְהִנֵּה חָֽרְבוּ פְּנֵי הָֽאֲדָמָֽה׃ 13
Nuhun ömrünün altı yüz birinci ilində, birinci ayın birinci günü yer üzündə su qurudu. Nuh gəminin qapağını qaldırdı və torpağın üzərindəki suyun quruduğunu gördü.
וּבַחֹדֶשׁ הַשֵּׁנִי בְּשִׁבְעָה וְעֶשְׂרִים יוֹם לַחֹדֶשׁ יָבְשָׁה הָאָֽרֶץ׃ 14
İkinci ayın iyirmi yeddinci günü yer üzündəki su tamamilə qurudu.
וַיְדַבֵּר אֱלֹהִים אֶל־נֹחַ לֵאמֹֽר׃ 15
Allah Nuha dedi:
צֵא מִן־הַתֵּבָה אַתָּה וְאִשְׁתְּךָ וּבָנֶיךָ וּנְשֵֽׁי־בָנֶיךָ אִתָּֽךְ׃ 16
«Sən öz arvadın, oğulların və gəlinlərinlə birgə gəmidən çıx.
כׇּל־הַחַיָּה אֲשֶֽׁר־אִתְּךָ מִכׇּל־בָּשָׂר בָּעוֹף וּבַבְּהֵמָה וּבְכׇל־הָרֶמֶשׂ הָרֹמֵשׂ עַל־הָאָרֶץ (הוצא) [הַיְצֵא] אִתָּךְ וְשָֽׁרְצוּ בָאָרֶץ וּפָרוּ וְרָבוּ עַל־הָאָֽרֶץ׃ 17
Səninlə birgə olan bütün canlıları – quşları, heyvanları və yerdə sürünənləri bayıra çıxart. Qoy yer üzünə yayılsınlar və yer üzündə törəyib çoxalsınlar».
וַיֵּצֵא־נֹחַ וּבָנָיו וְאִשְׁתּוֹ וּנְשֵֽׁי־בָנָיו אִתּֽוֹ׃ 18
Nuh öz arvadı, oğulları və gəlinləri ilə birgə gəmidən çıxdı.
כׇּל־הַֽחַיָּה כׇּל־הָרֶמֶשׂ וְכׇל־הָעוֹף כֹּל רוֹמֵשׂ עַל־הָאָרֶץ לְמִשְׁפְּחֹתֵיהֶם יָצְאוּ מִן־הַתֵּבָֽה׃ 19
Bütün heyvanlar, sürünənlər, quşlar və yerdə sürünən bütün canlılar dəstə-dəstə gəmini tərk etdilər.
וַיִּבֶן נֹחַ מִזְבֵּחַ לַֽיהֹוָה וַיִּקַּח מִכֹּל ׀ הַבְּהֵמָה הַטְּהֹרָה וּמִכֹּל הָעוֹף הַטָּהוֹר וַיַּעַל עֹלֹת בַּמִּזְבֵּֽחַ׃ 20
Nuh Rəbbə bir qurbangah düzəltdi. O hər cür pak heyvandan və pak quşdan götürüb orada yandırma qurbanı təqdim etdi.
וַיָּרַח יְהֹוָה אֶת־רֵיחַ הַנִּיחֹחַ וַיֹּאמֶר יְהֹוָה אֶל־לִבּוֹ לֹֽא־אֹסִף לְקַלֵּל עוֹד אֶת־הָֽאֲדָמָה בַּעֲבוּר הָֽאָדָם כִּי יֵצֶר לֵב הָאָדָם רַע מִנְּעֻרָיו וְלֹֽא־אֹסִף עוֹד לְהַכּוֹת אֶת־כׇּל־חַי כַּֽאֲשֶׁר עָשִֽׂיתִי׃ 21
Bundan Rəbbə xoş ətir qalxdı və Rəbb ürəyində dedi: «Cavanlığından bəri insan ürəyinin fikirlərinin həmişə pis olmasına baxmayaraq, insanlara görə bir daha yer üzünü lənətləməyəcəyəm. İndi elədiyim kimi bütün canlıları bir daha məhv etməyəcəyəm.
עֹד כׇּל־יְמֵי הָאָרֶץ זֶרַע וְקָצִיר וְקֹר וָחֹם וְקַיִץ וָחֹרֶף וְיוֹם וָלַיְלָה לֹא יִשְׁבֹּֽתוּ׃ 22
Dünya durduqca Əkin-biçin, isti-soyuq, Yay-qış və gecə-gündüz Sona yetməyəcək».

< בראשית 8 >

A Dove is Sent Forth from the Ark
A Dove is Sent Forth from the Ark