< בראשית 10 >

וְאֵלֶּה תּוֹלְדֹת בְּנֵי־נֹחַ שֵׁם חָם וָיָפֶת וַיִּוָּלְדוּ לָהֶם בָּנִים אַחַר הַמַּבּֽוּל׃ 1
Nuhun oğulları Sam, Ham və Yafəsin nəsil tarixçəsi belədir. Daşqından sonra onların oğulları oldu.
בְּנֵי יֶפֶת גֹּמֶר וּמָגוֹג וּמָדַי וְיָוָן וְתֻבָל וּמֶשֶׁךְ וְתִירָֽס׃ 2
Yafəsin oğulları: Qomer, Maqoq, Maday, Yavan, Tuval, Meşek və Tiras.
וּבְנֵי גֹּמֶר אַשְׁכְּנַז וְרִיפַת וְתֹגַרְמָֽה׃ 3
Qomerin oğulları: Aşkenaz, Rifat və Toqarma.
וּבְנֵי יָוָן אֱלִישָׁה וְתַרְשִׁישׁ כִּתִּים וְדֹדָנִֽים׃ 4
Yavanın oğulları: Elişa, Tarşiş, Kittim və Dodanim.
מֵאֵלֶּה נִפְרְדוּ אִיֵּי הַגּוֹיִם בְּאַרְצֹתָם אִישׁ לִלְשֹׁנוֹ לְמִשְׁפְּחֹתָם בְּגוֹיֵהֶֽם׃ 5
Onların nəsilləri adalara, öz torpaqlarına yayıldı. Öz millətlərinin arasında dillərə və qəbilələrə ayrıldı.
וּבְנֵי חָם כּוּשׁ וּמִצְרַיִם וּפוּט וּכְנָֽעַן׃ 6
Hamın oğulları: Kuş, Misrayim, Put və Kənan.
וּבְנֵי כוּשׁ סְבָא וַֽחֲוִילָה וְסַבְתָּה וְרַעְמָה וְסַבְתְּכָא וּבְנֵי רַעְמָה שְׁבָא וּדְדָֽן׃ 7
Kuşun oğulları: Seva, Xavila, Savta, Raama və Savteka. Raamanın oğulları: Səba və Dedan.
וְכוּשׁ יָלַד אֶת־נִמְרֹד הוּא הֵחֵל לִֽהְיוֹת גִּבֹּר בָּאָֽרֶץ׃ 8
Kuşun Nəmrud adlı bir oğlu da oldu. O, yer üzündə ilk qüdrətli adam oldu.
הֽוּא־הָיָה גִבֹּֽר־צַיִד לִפְנֵי יְהֹוָה עַל־כֵּן יֵֽאָמַר כְּנִמְרֹד גִּבּוֹר צַיִד לִפְנֵי יְהֹוָֽה׃ 9
Nəmrud Rəbbin önündə mahir bir ovçu idi, buna görə də xalqın arasında «Rəbbin önündə Nəmrud kimi mahir ovçu» sözü deyilir.
וַתְּהִי רֵאשִׁית מַמְלַכְתּוֹ בָּבֶל וְאֶרֶךְ וְאַכַּד וְכַלְנֵה בְּאֶרֶץ שִׁנְעָֽר׃ 10
Əvvəlcə onun padşahlığına Şinar ölkəsində olan Babil, Erek, Akkad və Kalne daxil idi.
מִן־הָאָרֶץ הַהִוא יָצָא אַשּׁוּר וַיִּבֶן אֶת־נִינְוֵה וְאֶת־רְחֹבֹת עִיר וְאֶת־כָּֽלַח׃ 11
O bu torpaqdan Aşşur torpağına köçüb, Ninevanı, Rexovot-İri, Kelahı,
וְֽאֶת־רֶסֶן בֵּין נִֽינְוֵה וּבֵין כָּלַח הִוא הָעִיר הַגְּדֹלָֽה׃ 12
Nineva ilə böyük şəhər olan Kelahın arasındakı Reseni tikdi.
וּמִצְרַיִם יָלַד אֶת־לוּדִים וְאֶת־עֲנָמִים וְאֶת־לְהָבִים וְאֶת־נַפְתֻּחִֽים׃ 13
Misrayimin nəsilləri bunlardır: Ludlular, Anamlılar, Lehavlılar, Naftuhlular,
וְֽאֶת־פַּתְרֻסִים וְאֶת־כַּסְלֻחִים אֲשֶׁר יָצְאוּ מִשָּׁם פְּלִשְׁתִּים וְאֶת־כַּפְתֹּרִֽים׃ 14
Patroslular, Filiştlilərin əcdadı olan Kasluhlular, həmçinin Kaftorlular.
וּכְנַעַן יָלַד אֶת־צִידֹן בְּכֹרוֹ וְאֶת־חֵֽת׃ 15
Kənanın nəsilləri bunlardır: ilk oğlu Sidon, Xet,
וְאֶת־הַיְבוּסִי וְאֶת־הָאֱמֹרִי וְאֵת הַגִּרְגָּשִֽׁי׃ 16
həmçinin Yevuslular, Emorlular, Qirqaşlılar,
וְאֶת־הַֽחִוִּי וְאֶת־הַֽעַרְקִי וְאֶת־הַסִּינִֽי׃ 17
Xivlilər, Arqlılar, Sinlilər,
וְאֶת־הָֽאַרְוָדִי וְאֶת־הַצְּמָרִי וְאֶת־הַֽחֲמָתִי וְאַחַר נָפֹצוּ מִשְׁפְּחוֹת הַֽכְּנַעֲנִֽי׃ 18
Ervadlılar, Semarlılar və Xamatlılar. Sonralar Kənan qəbilələri ətraf yerlərə yayıldı.
וַיְהִי גְּבוּל הַֽכְּנַעֲנִי מִצִּידֹן בֹּאֲכָה גְרָרָה עַד־עַזָּה בֹּאֲכָה סְדֹמָה וַעֲמֹרָה וְאַדְמָה וּצְבֹיִם עַד־לָֽשַׁע׃ 19
Kənanlıların ərazisi Sidondan Gerara tərəf Qəzzəyə qədər, Sodoma, Homorraya, Admaya, Sevoyimə tərəf Leşaya qədər uzanırdı.
אֵלֶּה בְנֵי־חָם לְמִשְׁפְּחֹתָם לִלְשֹֽׁנֹתָם בְּאַרְצֹתָם בְּגוֹיֵהֶֽם׃ 20
Bunlar öz ölkələrində və millətlərinin arasında qəbilələrinə və dillərinə görə ayrılan Ham oğulları idi.
וּלְשֵׁם יֻלַּד גַּם־הוּא אֲבִי כׇּל־בְּנֵי־עֵבֶר אֲחִי יֶפֶת הַגָּדֽוֹל׃ 21
Everin bütün oğullarının əcdadı və böyük olan Yafəsin qardaşı Samın da oğulları oldu.
בְּנֵי שֵׁם עֵילָם וְאַשּׁוּר וְאַרְפַּכְשַׁד וְלוּד וַֽאֲרָֽם׃ 22
Samın oğulları: Elam, Aşşur, Arpakşad, Lud və Aram.
וּבְנֵי אֲרָם עוּץ וְחוּל וְגֶתֶר וָמַֽשׁ׃ 23
Aramın oğulları: Us, Xul, Geter və Maş.
וְאַרְפַּכְשַׁד יָלַד אֶת־שָׁלַח וְשֶׁלַח יָלַד אֶת־עֵֽבֶר׃ 24
Arpakşaddan Şelah törədi, Şelahdan Ever törədi.
וּלְעֵבֶר יֻלַּד שְׁנֵי בָנִים שֵׁם הָֽאֶחָד פֶּלֶג כִּי בְיָמָיו נִפְלְגָה הָאָרֶץ וְשֵׁם אָחִיו יׇקְטָֽן׃ 25
Everin iki oğlu oldu: birinin adı Peleq idi, çünki onun dövründə yer üzü bölündü. Qardaşının adı Yoqtan idi.
וְיׇקְטָן יָלַד אֶת־אַלְמוֹדָד וְאֶת־שָׁלֶף וְאֶת־חֲצַרְמָוֶת וְאֶת־יָֽרַח׃ 26
Yoqtandan Almodad, Şelef, Xasarmavet, Yerah,
וְאֶת־הֲדוֹרָם וְאֶת־אוּזָל וְאֶת־דִּקְלָֽה׃ 27
Hadoram, Uzal, Diqla,
וְאֶת־עוֹבָל וְאֶת־אֲבִֽימָאֵל וְאֶת־שְׁבָֽא׃ 28
Oval, Avimael, Səba,
וְאֶת־אוֹפִר וְאֶת־חֲוִילָה וְאֶת־יוֹבָב כׇּל־אֵלֶּה בְּנֵי יׇקְטָֽן׃ 29
Ofir, Xavila və Yovav törədi; bunların hamısı Yoqtanın oğulları idi.
וַיְהִי מוֹשָׁבָם מִמֵּשָׁא בֹּאֲכָה סְפָרָה הַר הַקֶּֽדֶם׃ 30
Onlar şərqdə – Meşadan Sefara tərəf yerləşən dağlıq bölgədə məskən salmışdı.
אֵלֶּה בְנֵי־שֵׁם לְמִשְׁפְּחֹתָם לִלְשֹׁנֹתָם בְּאַרְצֹתָם לְגוֹיֵהֶֽם׃ 31
Bunlar öz ölkələrində və millətləri arasında qəbilələrinə və dillərinə görə ayrılan Sam oğulları idi.
אֵלֶּה מִשְׁפְּחֹת בְּנֵי־נֹחַ לְתוֹלְדֹתָם בְּגוֹיֵהֶם וּמֵאֵלֶּה נִפְרְדוּ הַגּוֹיִם בָּאָרֶץ אַחַר הַמַּבּֽוּל׃ 32
Öz millətləri arasında nəsillərinə görə Nuh oğullarının qəbilələri bunlardır. Daşqından sonra onların nəsillərindən yer üzünə millətlər yayıldı.

< בראשית 10 >