< שמואל ב 22 >
וַיְדַבֵּר דָּוִד לַיהֹוָה אֶת־דִּבְרֵי הַשִּׁירָה הַזֹּאת בְּיוֹם הִצִּיל יְהֹוָה אֹתוֹ מִכַּף כׇּל־אֹיְבָיו וּמִכַּף שָׁאֽוּל׃ | 1 |
Rəbb Davudu bütün düşmənlərinin və Şaulun əlindən qurtaranda Davud bu ilahinin sözlərini Rəbbə söylədi;
וַיֹּאמַר יְהֹוָה סַֽלְעִי וּמְצֻדָתִי וּמְפַלְטִי־לִֽי׃ | 2 |
O belə oxudu: Rəbb qayam, qalamdır, xilaskarımdır,
אֱלֹהֵי צוּרִי אֶחֱסֶה־בּוֹ מָגִנִּי וְקֶרֶן יִשְׁעִי מִשְׂגַּבִּי וּמְנוּסִי מֹשִׁעִי מֵחָמָס תֹּשִׁעֵֽנִי׃ | 3 |
Allahım qayamdır, Ona pənah gətirəcəyəm, Odur qalxanım, qüvvətli qurtarıcım, qülləm, Sığınacaq yerim, xilaskarım! Sən məni zalımların əlindən qurtarırsan!
מְהֻלָּל אֶקְרָא יְהֹוָה וּמֵאֹיְבַי אִוָּשֵֽׁעַ׃ | 4 |
Həmdə layiq olan Rəbbi çağıracağam, Düşmənlərimin əlindən qurtulacağam.
כִּי אֲפָפֻנִי מִשְׁבְּרֵי־מָוֶת נַחֲלֵי בְלִיַּעַל יְבַעֲתֻֽנִי׃ | 5 |
Çünki ətrafımı ölüm dalğaları bürümüşdü, Məni əcəl selləri ürkütmüşdü,
חֶבְלֵי שְׁאוֹל סַבֻּנִי קִדְּמֻנִי מֹקְשֵׁי מָֽוֶת׃ (Sheol ) | 6 |
Ölülər diyarının ipləri mənə sarılmışdı, Ölüm kəməndləri məni qarşılamışdı. (Sheol )
בַּצַּר־לִי אֶקְרָא יְהֹוָה וְאֶל־אֱלֹהַי אֶקְרָא וַיִּשְׁמַע מֵהֵֽיכָלוֹ קוֹלִי וְשַׁוְעָתִי בְּאׇזְנָֽיו׃ | 7 |
Əzab içində Rəbbə yalvardım, Allahımı köməyə çağırdım. O, məbədindən səsimi eşitdi, Fəryadımsa Onun qulağına yetdi.
(ותגעש) [וַיִּתְגָּעַשׁ] וַתִּרְעַשׁ הָאָרֶץ מוֹסְדוֹת הַשָּׁמַיִם יִרְגָּזוּ וַיִּֽתְגָּעֲשׁוּ כִּי־חָרָה לֽוֹ׃ | 8 |
O zaman sarsılıb dünya titrədi, Göylər təməllərindən sarsılıb lərzəyə gəldi. Çünki O qəzəbləndi.
עָלָה עָשָׁן בְּאַפּוֹ וְאֵשׁ מִפִּיו תֹּאכֵל גֶּחָלִים בָּעֲרוּ מִמֶּֽנּוּ׃ | 9 |
Burnundan tüstü çıxıb yüksəldi, Ağzından yandırıb-yaxan alov püskürdü, Bundan közlər tutuşdu.
וַיֵּט שָׁמַיִם וַיֵּרַד וַעֲרָפֶל תַּחַת רַגְלָֽיו׃ | 10 |
O, göyləri yarıb yerədək endi. Qatı zülmət ayaqları altında idi.
וַיִּרְכַּב עַל־כְּרוּב וַיָּעֹף וַיֵּרָא עַל־כַּנְפֵי־רֽוּחַ׃ | 11 |
Bir keruva minib uçdu, Yel qanadları üstündə şığıdı.
וַיָּשֶׁת חֹשֶׁךְ סְבִיבֹתָיו סֻכּוֹת חַֽשְׁרַת־מַיִם עָבֵי שְׁחָקִֽים׃ | 12 |
Ətrafını zülmətə bürüdü, Tufan qoparan qara buludlardan Özünə çardaqlar qurdu.
מִנֹּגַהּ נֶגְדּוֹ בָּעֲרוּ גַּחֲלֵי־אֵֽשׁ׃ | 13 |
Hüzurunun nuru şəfəq saçdı, Oradan odlu közlər düşüb alovlandı.
יַרְעֵם מִן־שָׁמַיִם יְהֹוָה וְעֶלְיוֹן יִתֵּן קוֹלֽוֹ׃ | 14 |
Rəbb göylərdən gurladı, Haqq-Taala səs saldı.
וַיִּשְׁלַח חִצִּים וַיְפִיצֵם בָּרָק (ויהמם) [וַיָּהֹֽם]׃ | 15 |
Oxlar atıb düşmənləri darmadağın etdi, Şimşəyini çaxdırıb onları dağıtdı.
וַיֵּֽרָאוּ אֲפִקֵי יָם יִגָּלוּ מֹסְדוֹת תֵּבֵל בְּגַעֲרַת יְהֹוָה מִנִּשְׁמַת רוּחַ אַפּֽוֹ׃ | 16 |
Rəbbin məzəmmətindən, Burnundakı nəfəsinin şiddətindən Dənizin dərinlikləri göründü, Dünyanın bünövrələri açıq qaldı.
יִשְׁלַח מִמָּרוֹם יִקָּחֵנִי יַֽמְשֵׁנִי מִמַּיִם רַבִּֽים׃ | 17 |
O, ucalardan əl uzadıb məni tutdu, Məni dərin suların içindən çıxartdı.
יַצִּילֵנִי מֵאֹיְבִי עָז מִשֹּׂנְאַי כִּי אָמְצוּ מִמֶּֽנִּי׃ | 18 |
Məni qüvvətli düşmənimdən azad etdi, Çünki yağılarım məndən güclü idi.
יְקַדְּמֻנִי בְּיוֹם אֵידִי וַיְהִי יְהֹוָה מִשְׁעָן לִֽי׃ | 19 |
Fəlakətli günümdə qarşıma çıxdılar, Lakin Rəbb mənə dayaq oldu.
וַיֹּצֵא לַמֶּרְחָב אֹתִי יְחַלְּצֵנִי כִּי־חָפֵֽץ בִּֽי׃ | 20 |
O məni geniş yerə çıxartdı, Məndən razı qalıb məni qurtardı.
יִגְמְלֵנִי יְהֹוָה כְּצִדְקָתִי כְּבֹר יָדַי יָשִׁיב לִֽי׃ | 21 |
Rəbb mənə salehliyim naminə ənam verdi, Mənə əlitəmizliyimin əvəzini verdi.
כִּי שָׁמַרְתִּי דַּרְכֵי יְהֹוָה וְלֹא רָשַׁעְתִּי מֵאֱלֹהָֽי׃ | 22 |
Çünki Rəbbin yolunu tutmuşam, Pis olub Allahımın yolundan azmamışam.
כִּי כׇל־מִשְׁפָּטָו לְנֶגְדִּי וְחֻקֹּתָיו לֹא־אָסוּר מִמֶּֽנָּה׃ | 23 |
Onun bütün hökmləri önümdədir, Qaydalarından imtina etməmişəm.
וָאֶהְיֶה תָמִים לוֹ וָאֶשְׁתַּמְּרָה מֵעֲוֺנִֽי׃ | 24 |
Onun önündə kamilliyə çatmışam, Özümü günahdan qorumuşam.
וַיָּשֶׁב יְהֹוָה לִי כְּצִדְקָתִי כְּבֹרִי לְנֶגֶד עֵינָֽיו׃ | 25 |
Rəbb mənə salehliyimin əvəzini verdi, Gözünün önündə təmizliyimin əvəzini verdi.
עִם־חָסִיד תִּתְחַסָּד עִם־גִּבּוֹר תָּמִים תִּתַּמָּֽם׃ | 26 |
Sədaqətlilərlə sədaqətlisən, Kamillərlə kamilsən.
עִם־נָבָר תִּתָּבָר וְעִם־עִקֵּשׁ תִּתַּפָּֽל׃ | 27 |
Təmizlərlə təmizsən, Əyrilərlə əyriliklərinə görə davranırsan.
וְאֶת־עַם עָנִי תּוֹשִׁיעַ וְעֵינֶיךָ עַל־רָמִים תַּשְׁפִּֽיל׃ | 28 |
İtaətkar insanları qurtarırsan, Lovğalara göz qoyursan, onları alçaldırsan.
כִּֽי־אַתָּה נֵירִי יְהֹוָה וַיהֹוָה יַגִּיהַּ חׇשְׁכִּֽי׃ | 29 |
Ya Rəbb, Sən mənim çırağımsan, Rəbb zülmətimi nura çevirir.
כִּי בְכָה אָרוּץ גְּדוּד בֵּאלֹהַי אֲדַלֶּג־שֽׁוּר׃ | 30 |
Səninlə qoşun üstünə hücum çəkirəm, Allahımla sədlər keçirəm.
הָאֵל תָּמִים דַּרְכּוֹ אִמְרַת יְהֹוָה צְרוּפָה מָגֵן הוּא לְכֹל הַֽחֹסִים בּֽוֹ׃ | 31 |
Allahın yolu kamildir, Rəbbin kəlamı safdır, Rəbb ona sığınanların sipəridir.
כִּי מִי־אֵל מִבַּלְעֲדֵי יְהֹוָה וּמִי צוּר מִֽבַּלְעֲדֵי אֱלֹהֵֽינוּ׃ | 32 |
Rəbdən başqa Allah kimdir ki? Allahımızdan başqa qaya kimdir ki?
הָאֵל מָֽעוּזִּי חָיִל וַיַּתֵּר תָּמִים (דרכו) [דַּרְכִּֽי]׃ | 33 |
Allah qalamdır, mənə qüvvət verər, Yolumu kamil edər.
מְשַׁוֶּה (רגליו) [רַגְלַי] כָּאַיָּלוֹת וְעַל בָּמֹתַי יַעֲמִדֵֽנִי׃ | 34 |
Ayaqlarımı maral ayaqları kimi çevik edər, Məni zirvələrdə saxlar.
מְלַמֵּד יָדַי לַמִּלְחָמָה וְנִחַת קֶשֶׁת־נְחוּשָׁה זְרֹעֹתָֽי׃ | 35 |
Əllərimə döyüş təlimi verər, Qollarım tunc kamanı dartar.
וַתִּתֶּן־לִי מָגֵן יִשְׁעֶךָ וַעֲנֹתְךָ תַּרְבֵּֽנִי׃ | 36 |
Sən mənə qurtuluş qalxanını verdin, Etdiyin köməklə Sən məni yüksəltdin.
תַּרְחִיב צַעֲדִי תַּחְתֵּנִי וְלֹא מָעֲדוּ קַרְסֻלָּֽי׃ | 37 |
Geniş yer açdın ki, addımlayım, Büdrəməsin ayaqlarım.
אֶרְדְּפָה אֹיְבַי וָאַשְׁמִידֵם וְלֹא אָשׁוּב עַד־כַּלּוֹתָֽם׃ | 38 |
Düşmənlərimi qovdum, onları qırdım, Onlar məhv olanadək geriyə qayıtmadım.
וָאֲכַלֵּם וָאֶמְחָצֵם וְלֹא יְקוּמוּן וַֽיִּפְּלוּ תַּחַת רַגְלָֽי׃ | 39 |
Onları əzib qurtardım, qalxa bilmədilər, Ayaqlarımın altına sərildilər.
וַתַּזְרֵנִי חַיִל לַמִּלְחָמָה תַּכְרִיעַ קָמַי תַּחְתֵּֽנִי׃ | 40 |
Döyüş üçün məni qüvvə ilə bürüdün, Əleyhdarlarımı ayağımın altına saldın,
וְאֹיְבַי תַּתָּה לִּי עֹרֶף מְשַׂנְאַי וָאַצְמִיתֵֽם׃ | 41 |
Düşmənlərimin kürəyini mənə sarı çevirdin, Mənə nifrət edən yağıları məhv etdim.
יִשְׁעוּ וְאֵין מֹשִׁיעַ אֶל־יְהֹוָה וְלֹא עָנָֽם׃ | 42 |
Gözləsələr də, onları qurtaran olmadı, Rəbbə baxsalar da, Ondan cavab gəlmədi.
וְאֶשְׁחָקֵם כַּעֲפַר־אָרֶץ כְּטִיט־חוּצוֹת אֲדִקֵּם אֶרְקָעֵֽם׃ | 43 |
Onları yerdəki toz kimi əzdim, Küçələrin palçığı kimi tapdaladım.
וַֽתְּפַלְּטֵנִי מֵרִיבֵי עַמִּי תִּשְׁמְרֵנִי לְרֹאשׁ גּוֹיִם עַם לֹא־יָדַעְתִּי יַעַבְדֻֽנִי׃ | 44 |
Sən məni xalqımın çəkişmələrindən qurtardın, Məni millətlərə başçı qoydun, Tanımadığım xalqları mənə tabe etdirdin.
בְּנֵי נֵכָר יִתְכַּחֲשׁוּ־לִי לִשְׁמוֹעַ אֹזֶן יִשָּׁמְעוּ לִֽי׃ | 45 |
Yadellilər mənə boyun əyirlər. Səsimi eşidəndə mənə itaət edirlər.
בְּנֵי נֵכָר יִבֹּלוּ וְיַחְגְּרוּ מִמִּסְגְּרוֹתָֽם׃ | 46 |
Yadellilərin cəsarəti qırıldı, Titrəyərək sığınacaqlarından çıxdılar.
חַי־יְהֹוָה וּבָרוּךְ צוּרִי וְיָרֻם אֱלֹהֵי צוּר יִשְׁעִֽי׃ | 47 |
Rəbb əbədi yaşayır, Qayama alqış olsun! Məni qurtaran Qayam, Allahım ucalsın!
הָאֵל הַנֹּתֵן נְקָמֹת לִי וּמֹרִיד עַמִּים תַּחְתֵּֽנִי׃ | 48 |
O Allahdır, mənə görə qisas alır, Xalqları mənə tabe etdirir.
וּמוֹצִיאִי מֵאֹֽיְבָי וּמִקָּמַי תְּרוֹמְמֵנִי מֵאִישׁ חֲמָסִים תַּצִּילֵֽנִי׃ | 49 |
O məni düşmən içindən çıxarır, Məni yağılar üstündə ucaldır, Məni zalımların əlindən qurtarır.
עַל־כֵּן אֽוֹדְךָ יְהֹוָה בַּגּוֹיִם וּלְשִׁמְךָ אֲזַמֵּֽר׃ | 50 |
Buna görə, ya Rəbb, Millətlər arasında Sənə şükür edəcəyəm, İsminə tərənnüm söyləyəcəyəm!
(מגדיל) [מִגְדּוֹל] יְשׁוּעוֹת מַלְכּוֹ וְעֹֽשֶׂה־חֶסֶד לִמְשִׁיחוֹ לְדָוִד וּלְזַרְעוֹ עַד־עוֹלָֽם׃ | 51 |
Rəbb padşahına böyük zəfərlər verər, Məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər.