< שיר השירים 3 >

על משכבי בלילות בקשתי את שאהבה נפשי בקשתיו ולא מצאתיו 1
Yatağımda bütün gecə Könlümün sevgilisini axtardım, Axtardım, amma tapa bilmədim.
אקומה נא ואסובבה בעיר בשוקים וברחבות--אבקשה את שאהבה נפשי בקשתיו ולא מצאתיו 2
Dedim: «Qoy könlümün sevgilisini axtarım, Durub şəhəri dolaşım, Küçələrdə, meydanlarda axtarım». Axtardım, amma tapa bilmədim.
מצאוני השמרים הסבבים בעיר את שאהבה נפשי ראיתם 3
Şəhər asayişini qoruyanlar məni tapdı, Onlardan soruşdum: «Könlümün sevgilisini görməmisiniz ki?»
כמעט שעברתי מהם עד שמצאתי את שאהבה נפשי אחזתיו ולא ארפנו--עד שהביאתיו אל בית אמי ואל חדר הורתי 4
Onlardan ayrılanda könlümün sevgilisini tapdım, Tutub onu buraxmadım. Onu anamın evinə – Məni doğan qadının otağına apardım.
השבעתי אתכם בנות ירושלם בצבאות או באילות השדה אם תעירו ואם תעוררו את האהבה עד שתחפץ 5
Ey Yerusəlimdəki qızlar, sizi and verirəm Dişi ceyranlara, çöldəki marallara! Bizi bu sevgidən oyatmayın, ayıltmayın, Qoy könül istəyənəcən qalsın.
מי זאת עלה מן המדבר כתימרות עשן מקטרת מר ולבונה מכל אבקת רוכל 6
Səhradan keçən, Tüstü sütunları kimi gələn, Tacirlərin ətirli bitkiləri içərisində Mirra və kündür ətri verən kimdir?
הנה מטתו שלשלמה--ששים גברים סביב לה מגברי ישראל 7
Budur Süleymanın taxt-rəvanı! Ətrafını İsrail igidlərindən altmışı bürüyüb.
כלם אחזי חרב מלמדי מלחמה איש חרבו על ירכו מפחד בלילות 8
Onların hamısı qılınc daşıyır, Mahir döyüşçüdür, Hər biri qılıncını belinə bağlayıb, Təhlükəli gecələr üçün hazırlanıb.
אפריון עשה לו המלך שלמה--מעצי הלבנון 9
Taxt-rəvanını padşah Süleyman Livanın ağaclarından düzəltdirib.
עמודיו עשה כסף רפידתו זהב מרכבו ארגמן תוכו רצוף אהבה מבנות ירושלם 10
Sütunları gümüşdən, söykənəcəyi qızıldan, Oturacağı tünd qırmızı qumaşdan düzəltdirib, Yerusəlim qızları bu qumaşa zövqlə naxış vurub.
צאנה וראינה בנות ציון במלך שלמה--בעטרה שעטרה לו אמו ביום חתנתו וביום שמחת לבו 11
Ey Sion qızları, çıxın, Padşah Süleymana baxın! O, toy günündə, ürəkdən sevindiyi gündə Başına anasının verdiyi tacı qoyub!

< שיר השירים 3 >