< תהילים 1 >

אשרי האיש-- אשר לא הלך בעצת רשעים ובדרך חטאים לא עמד ובמושב לצים לא ישב 1
Pislərin məsləhəti ilə getməyən, Günahkarların yolunda dayanmayan, Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır!
כי אם בתורת יהוה חפצו ובתורתו יהגה יומם ולילה 2
O ancaq Rəbbin Qanunundan zövq alar, Gecə-gündüz bu təlimatı dərin düşünər.
והיה-- כעץ שתול על-פלגי-מים אשר פריו יתן בעתו--ועלהו לא-יבול וכל אשר-יעשה יצליח 3
Axar sular kənarında əkilən ağac kimi Barını mövsümündə verər, Yarpağı solmaz, Etdiyi hər işdə uğur qazanar.
לא-כן הרשעים כי אם-כמץ אשר-תדפנו רוח 4
Pis adamlarsa belə deyil, Onlar yelin sovurduğu saman çöpünə bənzəyər.
על-כן לא-יקמו רשעים--במשפט וחטאים בעדת צדיקים 5
Buna görə pis adamlar hökm günündə, Günahkarlar salehlərin məclisində dayana bilməz.
כי-יודע יהוה דרך צדיקים ודרך רשעים תאבד 6
Çünki Rəbb salehlərin yolunu bilər, Pislərin yolu isə məhv olar.

< תהילים 1 >