< תהילים 96 >
שירו ליהוה שיר חדש שירו ליהוה כל-הארץ | 1 |
Rəbbə yeni bir ilahi oxuyun, Ey bütün dünya, Rəbbə ilahi oxuyun,
שירו ליהוה ברכו שמו בשרו מיום-ליום ישועתו | 2 |
İsminə alqış edin, Rəbbə ilahi oxuyun, Xilaskar olduğunu hər gün müjdələyin.
ספרו בגוים כבודו בכל-העמים נפלאותיו | 3 |
Ehtişamını millətlərə elan edin, Xariqələrini bütün xalqlara bəyan edin!
כי גדול יהוה ומהלל מאד נורא הוא על-כל-אלהים | 4 |
Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir, O bütün allahlardan daha zəhmlidir.
כי כל-אלהי העמים אלילים ויהוה שמים עשה | 5 |
Bütün özgə xalqların allahları bütlərdir, Lakin göyləri yaradan Rəbdir.
הוד-והדר לפניו עז ותפארת במקדשו | 6 |
Ehtişam və əzəmət hüzurundadır, Müqəddəs məkanında gözəlliklə qüdrət var.
הבו ליהוה משפחות עמים הבו ליהוה כבוד ועז | 7 |
Ey xalqların tayfaları, Rəbbə verin – İzzəti, qüdrəti Rəbbə verin,
הבו ליהוה כבוד שמו שאו-מנחה ובאו לחצרותיו | 8 |
Adına layiq izzəti Rəbbə verin, Həyətinə girib təqdimlər verin.
השתחוו ליהוה בהדרת-קדש חילו מפניו כל-הארץ | 9 |
Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin, Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin!
אמרו בגוים יהוה מלך-- אף-תכון תבל בל-תמוט ידין עמים במישרים | 10 |
Millətlərə belə elan edin: «Rəbb hökmranlıq edir, O, dünyanı sarsılmaz və möhkəm qurub, O, insafla xalqların hökmünü verəcək».
ישמחו השמים ותגל הארץ ירעם הים ומלאו | 11 |
Göylər sevinsin, yer üzü şad olsun, Dənizin və dənizdəki canlıların səsi ucalsın,
יעלז שדי וכל-אשר-בו אז ירננו כל-עצי-יער | 12 |
Çöllər və çöldə yaşayanlar fərəhlənsin, Meşədəki bütün ağaclar mədh söyləsin
לפני יהוה כי בא-- כי בא לשפט הארץ ישפט-תבל בצדק ועמים באמונתו | 13 |
Rəbbin hüzurunda! O gəlir, dünyanın hökmünü vermək üçün gəlir, Yer üzünün hökmünü ədalətlə, Xalqların hökmünü həqiqətlə verəcək!