< תהילים 91 >
ישב בסתר עליון בצל שדי יתלונן | 1 |
Haqq-Taalanın pənahında yaşayan, Külli-İxtiyarın kölgəsində oturan insan
אמר--ליהוה מחסי ומצודתי אלהי אבטח-בו | 2 |
Rəbb haqqında belə söyləyir: «O mənim sığınacağımdır, qalamdır, Allahımdır, Ona güvənirəm».
כי הוא יצילך מפח יקוש מדבר הוות | 3 |
Bil ki, O səni ovçunun tələsindən, Ağır xəstəliyə düşüb ölməkdən qurtarar.
באברתו יסך לך--ותחת-כנפיו תחסה צנה וסחרה אמתו | 4 |
Səni qanadlarının altına alar, Pərlərinin altında sığınacaqsan. Sədaqəti qalxanın, sipərin olar.
לא-תירא מפחד לילה מחץ יעוף יומם | 5 |
Nə gecənin kabusundan, Nə də gündüz atılan oxdan,
מדבר באפל יהלך מקטב ישוד צהרים | 6 |
Nə zülmətdə dolanan ağır xəstəlikdən, Nə də günorta məhvedici qırğından qorxmazsan.
יפל מצדך אלף--ורבבה מימינך אליך לא יגש | 7 |
Yanında min nəfər, Sağında on min nəfər qırılsa, Sənə xətər dəyməz.
רק בעיניך תביט ושלמת רשעים תראה | 8 |
Gözlərinlə baxacaqsan, Pislərin cəzasını görəcəksən.
כי-אתה יהוה מחסי עליון שמת מעונך | 9 |
«Ya Rəbb, sığınacağımsan!» dediyin üçün, Haqq-Taalaya sığındığın üçün
לא-תאנה אליך רעה ונגע לא-יקרב באהלך | 10 |
Şərə düçar olmazsan, Bəla çadırından uzaq qaçar.
כי מלאכיו יצוה-לך לשמרך בכל-דרכיך | 11 |
Allah sənə görə mələklərinə əmr edər ki, Gedəcəyin hər yerdə səni qorusunlar,
על-כפים ישאונך פן-תגף באבן רגלך | 12 |
Səni əlləri üstündə aparsınlar, Ayağın bir daşa dəyməsin.
על-שחל ופתן תדרך תרמס כפיר ותנין | 13 |
Şiri, gürzəni ayaqlayarsan, Gənc aslanı, əfi ilanı tapdalayarsan.
כי בי חשק ואפלטהו אשגבהו כי-ידע שמי | 14 |
«Mən Rəbbi sevdiyinə görə onu azad edəcəyəm, İsmimi tanıdığına görə onu yüksəldəcəyəm.
יקראני ואענהו--עמו-אנכי בצרה אחלצהו ואכבדהו | 15 |
Məni çağırarkən ona cavab verəcəyəm, Dar günündə ona yar olacağam, Onu xilas edib şərəfə-şana çatdıracağam.
ארך ימים אשביעהו ואראהו בישועתי | 16 |
Onu uzun ömürlə doyduracağam, Ona qurtuluşumu göstərəcəyəm».