< תהילים 85 >
למנצח לבני-קרח מזמור ב רצית יהוה ארצך שבת שבות (שבית) יעקב | 1 |
Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru. Ya Rəbb, ölkədən razı qaldın, Yaqub nəslini bəxtəvər günlərə qaytardın.
נשאת עון עמך כסית כל-חטאתם סלה | 2 |
Xalqının təqsirlərini bağışladın, Bütün günahlarını əfv etdin. (Sela)
אספת כל-עברתך השיבות מחרון אפך | 3 |
Sən bütün hirsini uddun, Qızğın qəzəbini yatırdın.
שובנו אלהי ישענו והפר כעסך עמנו | 4 |
Ey bizi qurtaran Allah, Bizə bəxtəvər günlərimizi qaytar. Bizə qarşı hiddətindən əl çək.
הלעולם תאנף-בנו תמשך אפך לדר ודר | 5 |
Əbədilikmi bizə acığın tutacaq? Qəzəbin nəsildən-nəslə qədərmi uzanacaq?
הלא-אתה תשוב תחינו ועמך ישמחו-בך | 6 |
Xalqın Səndən sevinc alsın deyə Bizi yenə dirçəltməyəcəksənmi?
הראנו יהוה חסדך וישעך תתן-לנו | 7 |
Ya Rəbb, bizə məhəbbətini göstər, Bizi xilas et.
אשמעה-- מה-ידבר האל יהוה כי ידבר שלום--אל-עמו ואל-חסידיו ואל-ישובו לכסלה | 8 |
Rəbb Allah nə söyləsə, dinləyirəm. Sözləri xalqına, möminlərinə sülh bəyan edər ki, Onlar öz cəhalətlərinə dönməsinlər.
אך קרוב ליראיו ישעו לשכן כבוד בארצנו | 9 |
Bəli, Rəbb Ondan qorxanları qurtarmaq üçün, Ehtişamını ölkəmizdə saxlamaq üçün yaxınlaşır!
חסד-ואמת נפגשו צדק ושלום נשקו | 10 |
Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq, Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək.
אמת מארץ תצמח וצדק משמים נשקף | 11 |
Həqiqət yerdə bitib-göyərəcək, Ədalət göylərdən baxacaq.
גם-יהוה יתן הטוב וארצנו תתן יבולה | 12 |
Bəli, Rəbb ən yaxşı şeyləri göndərəcək, Torpağımız bol məhsul verəcək.
צדק לפניו יהלך וישם לדרך פעמיו | 13 |
Ədalət Rəbbin önündə addımlayar, Qədəmləri üçün cığır salar.