< תהילים 82 >

מזמור לאסף אלהים נצב בעדת-אל בקרב אלהים ישפט 1
Asəfin məzmuru. Allah Öz toplantısında durub, Hökmünü verərək allahlar arasında deyir:
עד-מתי תשפטו-עול ופני רשעים תשאו-סלה 2
«Nə vaxtadək nahaq hökm verəcəksiniz, Pislərə tərəfkeşlik edəcəksiniz? (Sela)
שפטו-דל ויתום עני ורש הצדיקו 3
Yoxsulun və yetimin işinə ədalətlə baxın, Məzlumun və fəqirin haqqını verin.
פלטו-דל ואביון מיד רשעים הצילו 4
Yoxsul və möhtacları qurtarın, Pislərin əlindən onları azad edin.
לא ידעו ולא יבינו-- בחשכה יתהלכו ימוטו כל-מוסדי ארץ 5
Nə bilirsiniz, nə də ki anlayırsınız! Yerin təməlləri sarsılır, qaranlıqda dolanırsınız.
אני-אמרתי אלהים אתם ובני עליון כלכם 6
Demişəm: “Siz allahlarsınız, Hər biriniz Haqq-Taala övladlarısınız”.
אכן כאדם תמותון וכאחד השרים תפלו 7
Lakin insan kimi öləcəksiniz, Adi bir hökmdar kimi torpağa düşəcəksiniz».
קומה אלהים שפטה הארץ כי-אתה תנחל בכל-הגוים 8
Ey Allah, qalx, dünyaya hakim ol, Çünki bütün millətlərə Sən sahib olacaqsan!

< תהילים 82 >