< תהילים 67 >

למנצח בנגינת מזמור שיר ב אלהים יחננו ויברכנו יאר פניו אתנו סלה 1
Musiqi rəhbəri üçün simli alətlərin müşayiəti ilə oxunan məzmur. Bir ilahi. Lütf edib, ey Allah, bizə xeyir-dua ver, Üzün üstümüzə nur saçsın. (Sela)
לדעת בארץ דרכך בכל-גוים ישועתך 2
Qoy yer üzündə Sənin yolun, Bütün millətlər arasında qurtuluşun tanınsın.
יודוך עמים אלהים יודוך עמים כלם 3
Ey Allah, Sənə xalqlar şükür etsin, Qoy Sənə bütün xalqlar şükür etsin.
ישמחו וירננו לאמים כי-תשפט עמים מישר ולאמים בארץ תנחם סלה 4
Qoy ümmətlər sevinclə Səni mədh etsin, Çünki xalqlara insafla hökm edirsən, Yer üzündəki ümmətlərə yol göstərirsən. (Sela)
יודוך עמים אלהים יודוך עמים כלם 5
Ey Allah, Sənə xalqlar şükür etsin, Qoy Sənə bütün xalqlar şükür etsin.
ארץ נתנה יבולה יברכנו אלהים אלהינו 6
Yer üzü bəhrəsini verib, Allah, bizim Allahımız bizə bərəkət verib.
יברכנו אלהים וייראו אותו כל-אפסי-ארץ 7
Allah bizə xeyir-dua verib. Qoy yer üzünün qurtaracağınadək hər yerdə olanlar Ondan qorxsun!

< תהילים 67 >