< תהילים 63 >

מזמור לדוד בהיותו במדבר יהודה ב אלהים אלי אתה-- אשחרך צמאה לך נפשי-- כמה לך בשרי בארץ-ציה ועיף בלי-מים 1
Davudun məzmuru. Yəhuda çölündə olanda. Ey Allah, mənim Allahım Sənsən, Sənin üçün yaman qəribsəmişəm. Quraq, cansıxıcı, susuz bir diyarda Sənsiz könlüm susuzdur. Bütün varlığımla həsrətini çəkirəm.
כן בקדש חזיתך-- לראות עזך וכבודך 2
Müqəddəs yerdə Səni seyr edirdim, Qüdrətini, əzəmətini görürdüm.
כי-טוב חסדך מחיים שפתי ישבחונך 3
Mənim dilim Səni tərənnüm edir, Məhəbbətin bu həyatdan gözəldir.
כן אברכך בחיי בשמך אשא כפי 4
Bütün ömrüm boyu Sənə alqış edəcəyəm, Əllərimi qaldırıb adınla Səni səsləyəcəyəm.
כמו חלב ודשן תשבע נפשי ושפתי רננות יהלל-פי 5
Sanki yağlı yeməklə canım tox olacaq, Dilim Səni mədh edəcək, ağzım həmd oxuyacaq.
אם-זכרתיך על-יצועי-- באשמרות אהגה-בך 6
Yatanda belə, Səni xatırlayıram, Gecə növbələrində Səni düşünürəm.
כי-היית עזרתה לי ובצל כנפיך ארנן 7
Sən mənə kömək oldun, Qanadlarının kölgəsində Sənə mədh oxuyacağam.
דבקה נפשי אחריך בי תמכה ימינך 8
Könlüm Sənə bağlanır, Sağ əlin məni möhkəm tutur.
והמה--לשואה יבקשו נפשי יבאו בתחתיות הארץ 9
Amma canımın qəsdinə duranlar Yerin dibinə batacaqlar,
יגירהו על-ידי-חרב מנת שעלים יהיו 10
Qılıncın ağzına tuş gələcəklər, Çaqqallara yem olacaqlar.
והמלך ישמח באלהים יתהלל כל-הנשבע בו כי יסכר פי דוברי-שקר 11
Amma padşah Allaha görə sevinəcək, Adına and içən hər kəs həmd söyləyəcək, Yalançıların isə ağzı yumulacaq.

< תהילים 63 >