< תהילים 57 >
למנצח אל-תשחת לדוד מכתם-- בברחו מפני-שאול במערה ב חנני אלהים חנני-- כי בך חסיה נפשי ובצל-כנפיך אחסה-- עד יעבר הוות | 1 |
Musiqi rəhbəri üçün. Davudun «Al-taşxet» üstə oxuduğu miktamı. Şauldan qaçıb mağarada gizlənəndə. Mənə rəhm et, ey Allah, mənə rəhm et! Canımı götürüb Sənin yanına pənah gətirmişəm. Bəlalar keçib-gedənəcən Qanadlarının altına sığınacağam.
אקרא לאלהים עליון לאל גמר עלי | 2 |
Allah-Taalanı çağırıram, Mənim üçün hər şeyi verən Allahı çağırıram.
ישלח משמים ויושיעני-- חרף שאפי סלה ישלח אלהים חסדו ואמתו | 3 |
Göydən mənə qurtuluş göndərəcək, Başımı yemək istəyəni rüsvay edəcək. (Sela) Allah Öz məhəbbətini və sədaqətini göndərəcək.
נפשי בתוך לבאם-- אשכבה להטים בני-אדם--שניהם חנית וחצים ולשונם חרב חדה | 4 |
Sanki aslanların arasındayam, Yandırıb-yaxan adamların arasında yatıram. Dişləri nizədir, oxdur, Dilləri iti qılıncdır.
רומה על-השמים אלהים על כל-הארץ כבודך | 5 |
Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun!
רשת הכינו לפעמי-- כפף נפשי כרו לפני שיחה נפלו בתוכה סלה | 6 |
Yolumda tələ qurub canımı üzdülər, Mənə qazdıqları quyuya özləri düşdülər. (Sela)
נכון לבי אלהים נכון לבי אשירה ואזמרה | 7 |
Ey Allah, qəlbim Sənə möhkəm bağlanıb, möhkəm bağlanıb, Qoy ilahi oxuyum, Səni tərənnüm edim.
עורה כבודי--עורה הנבל וכנור אעירה שחר | 8 |
Ey mənim ruhum, oyan! Ey çəng və lira, oyan! Qoy səhəri oyadım.
אודך בעמים אדני אזמרך בלאמים | 9 |
Ey Xudavənd, xalqlar arasında Sənə şükür edəcəyəm. Ümmətlər arasında Səni tərənnüm edəcəyəm.
כי-גדל עד-שמים חסדך ועד-שחקים אמתך | 10 |
Məhəbbətin böyükdür, göylərə çatır, Sədaqətin buludlara dəyir.
רומה על-שמים אלהים על כל-הארץ כבודך | 11 |
Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun!