< תהילים 47 >

למנצח לבני-קרח מזמור ב כל-העמים תקעו-כף הריעו לאלהים בקול רנה 1
Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru. Ey bütün xalqlar, əl çalın, Cuşa gəlib Allaha nida edin!
כי-יהוה עליון נורא מלך גדול על-כל-הארץ 2
Haqq-Taala Rəbb necə də zəhmlidir, Bütün yer üzünün böyük Padşahıdır!
ידבר עמים תחתינו ולאמים תחת רגלינו 3
Onun sayəsində xalqlar bizə tabe olub, O, ümmətləri ayaqlarımızın altına salıb.
יבחר-לנו את-נחלתנו את גאון יעקב אשר-אהב סלה 4
Sevdiyi Yaqubun fəxri olan torpağı Bizə mülk etmək üçün seçdi. (Sela)
עלה אלהים בתרועה יהוה בקול שופר 5
Allah nida ilə ucaldı, Rəbb şeypur səsi ilə yüksəldi.
זמרו אלהים זמרו זמרו למלכנו זמרו 6
Tərənnüm edin Allahı, tərənnüm edin! Tərənnüm edin Padşahımızı, tərənnüm edin!
כי מלך כל-הארץ אלהים-- זמרו משכיל 7
Çünki Allah bütün yer üzünün Padşahıdır, Onu ilahilərlə tərənnüm edin.
מלך אלהים על-גוים אלהים ישב על-כסא קדשו 8
Allah Öz müqəddəs taxtında əyləşir, Allah millətlərə padşahlıq edir.
נדיבי עמים נאספו-- עם אלהי אברהם כי לאלהים מגני-ארץ-- מאד נעלה 9
İbrahimin Allahının xalqı ilə bir yerdə olmaq üçün Xalqların əsilzadələri yığılır, Çünki yer üzünün sipərləri Allahındır. O nə qədər ucadır!

< תהילים 47 >