< תהילים 28 >

לדוד אליך יהוה אקרא-- צורי אל-תחרש ממני פן-תחשה ממני ונמשלתי עם-יורדי בור 1
Davudun məzmuru. Ya Rəbb, Səni səsləyirəm, Ey Qayam, qulağını tıxama. Əgər cavab verməsən, Qəbirə düşənlərə bənzəyərəm.
שמע קול תחנוני בשועי אליך בנשאי ידי אל-דביר קדשך 2
Səni yardıma çağırarkən, Məbədinin ən müqəddəs yerinə tərəf əllərimi qaldırarkən, Yalvarış səsimi eşit.
אל-תמשכני עם-רשעים ועם-פעלי-און דברי שלום עם-רעיהם ורעה בלבבם 3
Pislərlə, şər iş görənlərlə birgə Məni dartıb aparma. Onlar qonşuları ilə dost kimi danışır, Lakin qəlblərində şər dolaşır.
תן-להם כפעלם וכרע מעלליהם כמעשה ידיהם תן להם השב גמולם להם 4
Əməllərinə, pis işlərinə görə Onların əvəzini ver, Əllərindən gələn bu işlər nəyə layiqdirsə, Onlar üçün ödə.
כי לא יבינו אל-פעלת יהוה-- ואל-מעשה ידיו יהרסם ולא יבנם 5
Rəbbin əməllərinə əhəmiyyət vermədiklərinə görə, Onun əllərinin əməllərinə fikir vermədiklərinə görə Rəbb onları yerə vuracaq, Bir daha qaldırmayacaq.
ברוך יהוה כי-שמע קול תחנוני 6
Alqış olsun Rəbbə, Yalvarış səsimi eşitdi!
יהוה עזי ומגני-- בו בטח לבי ונעזרתי ויעלז לבי ומשירי אהודנו 7
Rəbb qalam, sipərimdir! Qəlbim Ona güvənəndə köməyimə çatır. Sevincdən qəlbim cuşa gəlir, İlahilərimlə Ona şükür edirəm.
יהוה עז-למו ומעוז ישועות משיחו הוא 8
Rəbb Öz xalqının gücüdür, Məsh etdiyi insanın nicat qalasıdır.
הושיעה את-עמך-- וברך את-נחלתך ורעם ונשאם עד-העולם 9
Öz xalqını qurtar, Seçdiklərinə xeyir-dua ver. Öz sürünü otar, Xalqının əbədilik qayğısına qal!

< תהילים 28 >