< תהילים 148 >
הללו-יה הללו את-יהוה מן-השמים הללוהו במרומים | 1 |
Rəbbə həmd edin! Göylərdən Rəbbə həmd edin, Yüksəklərdən Ona həmd edin!
הללוהו כל-מלאכיו הללוהו כל-צבאו | 2 |
Ey Onun bütün mələkləri, Ona həmd edin! Ey Onun bütün orduları, Ona həmd edin!
הללוהו שמש וירח הללוהו כל-כוכבי אור | 3 |
Ey günəş, ey ay, Ona həmd edin! Ey parlayan bütün ulduzlar, Ona həmd edin!
הללוהו שמי השמים והמים אשר מעל השמים | 4 |
Ey göylərin ən uca qatları, Ona həmd edin! Ey göy üzərindəki sular, Ona həmd edin!
יהללו את-שם יהוה כי הוא צוה ונבראו | 5 |
Rəbbin isminə həmd etsinlər! Çünki Onun əmri ilə yaranıblar.
ויעמידם לעד לעולם חק-נתן ולא יעבור | 6 |
Rəbb onları həmişəlik, əbədi olaraq yerinə qoyub, Bunun üçün pozulmaz qayda qoyub.
הללו את-יהוה מן-הארץ-- תנינים וכל-תהמות | 7 |
Rəbbə həmd edin, ey yer üzündəkilər, Ey dəniz əjdahaları, ey bütün dərinliklər,
אש וברד שלג וקיטור רוח סערה עשה דברו | 8 |
Ey şimşək, dolu, qar, buludlar, Ey Onun əmrinə tabe olan qasırğalar,
ההרים וכל-גבעות עץ פרי וכל-ארזים | 9 |
Ey dağlar, bütün təpələr, Ey bəhərli ağaclar, bütün sidr ağacları,
החיה וכל-בהמה רמש וצפור כנף | 10 |
Ey çöl və ev heyvanları, Ey sürünənlər və uçan quşlar,
מלכי-ארץ וכל-לאמים שרים וכל-שפטי ארץ | 11 |
Ey dünya padşahları və bütün ümmətlər, Ey başçılar və dünyada olan bütün hakimlər,
בחורים וגם-בתולות זקנים עם-נערים | 12 |
Ey gənc oğlanlar və qızlar, Ey qocalar, cavanlar!
יהללו את-שם יהוה-- כי-נשגב שמו לבדו הודו על-ארץ ושמים | 13 |
Hamınız Rəbbin isminə həmd edin! Çünki yalnız Onun ismi ucadır. Əzəməti göylərin, yerin üstündədir,
וירם קרן לעמו תהלה לכל-חסידיו-- לבני ישראל עם קרבו הללו-יה | 14 |
O, xalqına böyük qüvvət verib. Buna görə Ona həmd etsin Onun bütün möminləri, Əziz xalqı olan İsrail övladları! Rəbbə həmd edin!