< תהילים 141 >
מזמור לדוד יהוה קראתיך חושה לי האזינה קולי בקראי-לך | 1 |
Davudun məzmuru. Ya Rəbb, Səni çağırıram, tez imdadıma yetiş, Fəryad edərkən səsimi eşit!
תכון תפלתי קטרת לפניך משאת כפי מנחת-ערב | 2 |
Qoy hüzurunda dualarım buxur kimi, Açılan əllərim axşam qurbanı kimi qəbul olunsun!
שיתה יהוה שמרה לפי נצרה על-דל שפתי | 3 |
Ya Rəbb, ağzıma nəzarətçi qoy, Dodağımın qapısını qoru.
אל-תט-לבי לדבר רע להתעולל עללות ברשע-- את-אישים פעלי-און ובל-אלחם במנעמיהם | 4 |
Qoyma qəlbim şərə meyl etsin, Şər iş görənlərə qoşulub mən də pis iş görməyim, Pislərlə birgə onların ləziz yeməklərindən yeməyim.
יהלמני צדיק חסד ויוכיחני-- שמן ראש אל-יני ראשי כי-עוד ותפלתי ברעותיהם | 5 |
Saleh insan məni vursa, məhəbbətinə görə tənbeh edər, Bundan imtina etmərəm, sanki başıma çəkilən yağdır. Daim pislərin şərinə qarşı dua edərəm.
נשמטו בידי-סלע שפטיהם ושמעו אמרי כי נעמו | 6 |
Hakimləri yarğandan atılarkən Qoy xalq sözlərimi eşitsin, şirinliyini bilsin.
כמו פלח ובקע בארץ-- נפזרו עצמינו לפי שאול (Sheol ) | 7 |
Şumlanan yerdə şırımlara narın torpaq töküldüyü kimi Sümüklərimiz ölülər diyarının qapısına səpilib. (Sheol )
כי אליך יהוה אדני עיני בכה חסיתי אל-תער נפשי | 8 |
Ey Xudavənd Rəbb, gözlərimi Sənə dikmişəm, Məni təhlükədə qoyma, Sənə pənah gətirmişəm.
שמרני--מידי פח יקשו לי ומקשות פעלי און | 9 |
Şər iş görənlərin tələsindən, Onların qurduğu cələdən məni qoru.
יפלו במכמריו רשעים יחד אנכי עד-אעבור | 10 |
Qoy pislər öz torlarına düşsün, Mən də yolumu salamat keçib-gedim.