< תהילים 138 >

לדוד אודך בכל-לבי נגד אלהים אזמרך 1
Davudun məzmuru. Bütün qəlbimlə Sənə şükür edirəm, «Allahlar»ın önündə Səni tərənnüm edirəm.
אשתחוה אל-היכל קדשך ואודה את-שמך-- על-חסדך ועל-אמתך כי-הגדלת על-כל-שמך אמרתך 2
Müqəddəs məbədinə tərəf səcdə edirəm, Məhəbbətin, sədaqətin naminə isminə şükür edirəm. Çünki ismini, kəlamını hər şeydən üstün tutmusan.
ביום קראתי ותענני תרהבני בנפשי עז 3
Səni çağıranda mənə cavab vermisən, Canıma taqət verib məni ürəkləndirmisən.
יודוך יהוה כל-מלכי-ארץ כי שמעו אמרי-פיך 4
Ya Rəbb, bütün dünya padşahları Sənə şükür edəcəklər, Çünki ağzından çıxan kəlamları eşidiblər.
וישירו בדרכי יהוה כי-גדול כבוד יהוה 5
Rəbbin yollarını tərənnüm edəcəklər, Çünki Rəbbin ehtişamı böyükdür.
כי-רם יהוה ושפל יראה וגבה ממרחק יידע 6
Rəbb ucalarda olsa da, yazıqlara nəzər salar, Amma lovğaları uzaqdan tanıyar.
אם-אלך בקרב צרה-- תחיני על אף איבי תשלח ידך ותושיעני ימינך 7
Sıxıntı içində gəzsəm də, Mənə həyat verirsən. Düşmənin qəzəbinə qarşı əl qaldırırsan, Məni sağ əlinlə qurtarırsan.
יהוה יגמר בעדי יהוה חסדך לעולם מעשי ידיך אל-תרף 8
Rəbb mənə verdiyi vədə əməl edir. Ya Rəbb, məhəbbətin əbədidir. Öz əlinin işini tərk etmə!

< תהילים 138 >