< תהילים 13 >
Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ya Rəbb, nə vaxtadək, Yoxsa əbədilikmi məni unudacaqsan? Nə vaxtadək məndən üzünü gizlədəcəksən?
עד-אנה יהוה תשכחני נצח עד-אנה תסתיר את-פניך ממני | 2 |
Nə vaxtadək qəlbim qəmli olacaq? Könlümdə hər günmü qubar qalacaq? Nə vaxtadək düşmənim üstün olacaq?
עד-אנה אשית עצות בנפשי-- יגון בלבבי יומם עד-אנה ירום איבי עלי | 3 |
Bax mənə, cavab ver, ey Allahım Rəbb! Gözümə nur ver ki, əcəl yuxusuna getməyim.
הביטה ענני יהוה אלהי האירה עיני פן-אישן המות | 4 |
Qoy düşmənlərim «uddum onu» deməsinlər, Mən sarsılarkən şənlənməsinlər.
פן-יאמר איבי יכלתיו צרי יגילו כי אמוט | 5 |
Sənin məhəbbətinə güvənirəm, Qurtuluşunla qəlbim şadlanacaq.
ואני בחסדך בטחתי-- יגל לבי בישועתך אשירה ליהוה כי גמל עלי | 6 |
Rəbbə ilahi nəğməmi oxuyacağam, Çünki mənə comərdlik etdi.