< תהילים 12 >

למנצח על-השמינית מזמור לדוד ב הושיעה יהוה כי-גמר חסיד כי-פסו אמונים מבני אדם 1
Musiqi rəhbəri üçün. Davudun səkkiz simli alətlərin müşayiəti ilə oxunan məzmuru. Ya Rəbb, bizə yardım et, mömin insan qalmayıb, Bəşər övladları arasında vəfalılar qurtarıb.
שוא ידברו--איש את-רעהו שפת חלקות--בלב ולב ידברו 2
Hər kəs başqasına yalan söyləyir, Ağzı yalan danışır, ikiüzlülük edir.
יכרת יהוה כל-שפתי חלקות-- לשון מדברת גדלות 3
Qoy Rəbb yalan danışan hər ağzı yumsun, Hər lovğa dili kəssin!
אשר אמרו ללשננו נגביר--שפתינו אתנו מי אדון לנו 4
Onlar deyir ki, biz dilimizlə zəfər çalacağıq. Bu ağız bizdədirsə, kim bizə ağalıq edə bilər?
משד עניים מאנקת אביונים עתה אקום יאמר יהוה אשית בישע יפיח לו 5
Rəbb deyir: «İndi qalxacağam, Çünki fəqirlərə zülm edilir, Məzlumlar nalə çəkir, qurtuluş istəyir. Mən bunu onlara verəcəyəm».
אמרות יהוה אמרות טהרות כסף צרוף בעליל לארץ מזקק שבעתים 6
Rəbbin kəlamları pakdır, Kürədə əridilən, yeddi dəfə təmizlənən gümüş kimidir.
אתה-יהוה תשמרם תצרנו מן-הדור זו לעולם 7
Sən, ya Rəbb, onları qoru, Bu nəsildən onların hər birini əbədilik hifz et.
סביב רשעים יתהלכון כרם זלות לבני אדם 8
Bəşər övladları arasında namərdlik artarkən Hər yanda pislər gəzər.

< תהילים 12 >