< במדבר 6 >
דבר אל בני ישראל ואמרת אלהם איש או אשה כי יפלא לנדר נדר נזיר--להזיר ליהוה | 2 |
«İsrail övladlarına söylə və onlara əmr et: “Bir kişi və yaxud bir qadın nəzirilik əhdi edib özünü Rəbbə həsr edərsə,
מיין ושכר יזיר חמץ יין וחמץ שכר לא ישתה וכל משרת ענבים לא ישתה וענבים לחים ויבשים לא יאכל | 3 |
şərabdan və başqa kefləndirici içkidən çəkinsin. Hətta şərab sirkəsi də, başqa kefləndirici içkidən hazırlanmış sirkə də, üzüm suyu da içməsin; nə üzüm, nə də kişmiş yesin.
כל ימי נזרו מכל אשר יעשה מגפן היין מחרצנים ועד זג--לא יאכל | 4 |
Nəziri olduğu müddətdə çəyirdəkdən qabığa qədər meynədən istehsal edilmiş heç bir şey yeməsin.
כל ימי נדר נזרו תער לא יעבר על ראשו עד מלאת הימם אשר יזיר ליהוה קדש יהיה--גדל פרע שער ראשו | 5 |
Nəziri olduğu bütün müddətdə başına ülgüc dəyməsin, saçını uzatsın; özünü Rəbbə həsr etdiyi müddət qurtarana qədər müqəddəs olsun.
כל ימי הזירו ליהוה על נפש מת לא יבא | 6 |
Özünü Rəbbə həsr etdiyi günlərdə meyitə yaxınlaşmasın.
לאביו ולאמו לאחיו ולאחתו--לא יטמא להם במתם כי נזר אלהיו על ראשו | 7 |
Atası və anası, qardaşı və bacısı ölsə, onlara görə özünü murdar etməsin; çünki özünü Allahına həsretmə rəmzi onun başı üzərindədir.
כל ימי נזרו קדש הוא ליהוה | 8 |
Nəziri olduğu bütün müddətdə o, Rəbbə həsr edilmişdir.
וכי ימות מת עליו בפתע פתאם וטמא ראש נזרו--וגלח ראשו ביום טהרתו ביום השביעי יגלחנו | 9 |
Yanında bir adam birdən-birə qəflətən ölərsə və nəzirinin saçını murdar eləyərsə, o təmiz olduğu gün – yeddinci gün başını qırxdırsın.
וביום השמיני יבא שתי תרים או שני בני יונה אל הכהן--אל פתח אהל מועד | 10 |
Səkkizinci gün Hüzur çadırının girişində kahinə iki qumru quşu yaxud iki göyərçin gətirsin.
ועשה הכהן אחד לחטאת ואחד לעלה וכפר עליו מאשר חטא על הנפש וקדש את ראשו ביום ההוא | 11 |
Kahin birini günah qurbanı və o birini yandırma qurbanı kimi təqdim etsin ki, nəzirinin günahı üçün kəffarə olsun, çünki meyitlə bir yerdə olmaqla o günah işlətdi. Həmin gün yenidən başını təqdis etsin.
והזיר ליהוה את ימי נזרו והביא כבש בן שנתו לאשם והימים הראשנים יפלו כי טמא נזרו | 12 |
Nəziri olduğu müddətdə özünü Rəbbə yenidən həsr etsin və təqsir qurbanı olaraq birillik erkək toğlu gətirsin. Əvvəlki günlər isə boşa getsin, çünki nəziriliyi murdarlanmışdır.
וזאת תורת הנזיר ביום מלאת ימי נזרו יביא אתו אל פתח אהל מועד | 13 |
Nəziriyə aid olan qanun budur: özünü həsr etdiyi müddət qurtaranda nəziri Hüzur çadırının girişinə gətirilsin.
והקריב את קרבנו ליהוה כבש בן שנתו תמים אחד לעלה וכבשה אחת בת שנתה תמימה לחטאת ואיל אחד תמים לשלמים | 14 |
Orada Rəbbə bu təqdimləri gətirsin: yandırma qurbanı olaraq birillik qüsursuz bir erkək toğlu, günah qurbanı olan birillik qüsursuz bir dişi toğlu, ünsiyyət qurbanı olan qüsursuz bir qoç,
וסל מצות סלת חלת בלולת בשמן ורקיקי מצות משחים בשמן ומנחתם ונסכיהם | 15 |
bir səbət mayasız çörək, narın undan zeytun yağı ilə yoğrulmuş mayasız kökələrdən və üstünə zeytun yağı sürtülmüş mayasız qoğallardan ibarət olan taxıl təqdimləri və içmə təqdimləri.
והקריב הכהן לפני יהוה ועשה את חטאתו ואת עלתו | 16 |
Kahin Rəbbin önündə onları təqdim etsin; günah qurbanını və yandırma qurbanını gətirsin.
ואת האיל יעשה זבח שלמים ליהוה על סל המצות ועשה הכהן את מנחתו ואת נסכו | 17 |
Mayasız çörək səbəti ilə birgə qoçu Rəbbə ünsiyyət qurbanı kimi gətirsin; kahin onun taxıl təqdimi ilə içmə təqdimini də gətirsin.
וגלח הנזיר פתח אהל מועד--את ראש נזרו ולקח את שער ראש נזרו ונתן על האש אשר תחת זבח השלמים | 18 |
Nəziri Hüzur çadırının girişində öz həsr etdiyi saçını qırxsın, sonra saçını götürüb ünsiyyət qurbanının altındakı oda qoysun.
ולקח הכהן את הזרע בשלה מן האיל וחלת מצה אחת מן הסל ורקיק מצה אחד ונתן על כפי הנזיר אחר התגלחו את נזרו | 19 |
Nəziri həsr etdiyi saçını qırxdıqdan sonra kahin qoçun bişmiş bir qolunu, səbətdən götürdüyü mayasız bir kökə və mayasız bir qoğal ilə birgə nəzirinin ovuclarına qoysun.
והניף אותם הכהן תנופה לפני יהוה--קדש הוא לכהן על חזה התנופה ועל שוק התרומה ואחר ישתה הנזיר יין | 20 |
Sonra yellətmə təqdimi kimi onları Rəbbin hüzurunda yellətsin. Onlar yellədilən döş əti və qaldırılan budla birgə müqəddəsdir, kahinə məxsusdur. Ondan sonra nəziri şərab içə bilər.
זאת תורת הנזיר אשר ידר קרבנו ליהוה על נזרו מלבד אשר תשיג ידו כפי נדרו אשר ידר--כן יעשה על תורת נזרו | 21 |
Özünü həsr etdiyinə görə Rəbbə təqdimini və buna əlavə olaraq verə biləcəyi başqa şeyləri əhd edən nəziri ilə əlaqədar qanun budur. Nəzirilik qanuna görə nəziri nə əhd etmişsə, onu icra etməlidir”».
וידבר יהוה אל משה לאמר | 22 |
Rəbb Musaya dedi:
דבר אל אהרן ואל בניו לאמר כה תברכו את בני ישראל אמור להם | 23 |
«Harun və oğullarına belə de: İsrail övladlarına belə xeyir-dua verin:
“Qoy Rəbb sənə xeyir-dua verib səni qorusun;
יאר יהוה פניו אליך ויחנך | 25 |
Rəbb Öz nurlu üzünü sənə göstərərək lütf versin.
ישא יהוה פניו אליך וישם לך שלום | 26 |
Rəbb üzünü sənə tərəf çevirsin, sənə sülh versin”.
ושמו את שמי על בני ישראל ואני אברכם | 27 |
Beləcə kahinlər Mənim adımla İsrail övladlarına xeyir-dua verəndə Mən də onlara xeyir-dua verəcəyəm».