< במדבר 36 >

ויקרבו ראשי האבות למשפחת בני גלעד בן מכיר בן מנשה--ממשפחת בני יוסף וידברו לפני משה ולפני הנשאים--ראשי אבות לבני ישראל 1
Yusif övladlarının nəsillərindən Menaşşe oğlu Makir oğlu Gilead nəslinin ailə başçıları yaxınlaşıb Musanın önündə və İsrail nəsil başçıları olan rəhbərlərin önündə belə danışdılar:
ויאמרו את אדני צוה יהוה לתת את הארץ בנחלה בגורל לבני ישראל ואדני צוה ביהוה לתת את נחלת צלפחד אחינו לבנתיו 2
«Rəbb ölkəni irs olaraq püşk ilə İsrail övladları arasında bölüşdürməyi ağamıza əmr etdi. Soydaşımız Selofxadın irsini onun qızlarına vermək ağamıza Rəbb tərəfindən əmr olundu.
והיו לאחד מבני שבטי בני ישראל לנשים ונגרעה נחלתן מנחלת אבתינו ונוסף על נחלת המטה אשר תהיינה להם ומגרל נחלתנו יגרע 3
Əgər Selofxadın qızları başqa bir İsrail qəbiləsinə mənsub kişilərə ərə getsələr, onların irsi bizim irsimizdən götürülüb mənsub olacaqları qəbilənin irsinə qatılar. Beləliklə, püşklə bizə düşən pay azalar.
ואם יהיה היבל לבני ישראל ונוספה נחלתן על נחלת המטה אשר תהיינה להם ומנחלת מטה אבתינו יגרע נחלתן 4
İsrail övladlarının Azadlıq ili gələndə qızların irsi ərlərinin mənsub olduqları qəbilənin irsinə əlavə olunar. Beləliklə, qızların irsi atalarımızın qəbiləsinə düşən irsdən alınar».
ויצו משה את בני ישראל על פי יהוה לאמר כן מטה בני יוסף דברים 5
Musa Rəbbin əmrinə görə İsrail övladlarına əmr edib dedi: «Yusif nəslinin qəbiləsi doğru söyləyir.
זה הדבר אשר צוה יהוה לבנות צלפחד לאמר לטוב בעיניהם תהיינה לנשים אך למשפחת מטה אביהם--תהיינה לנשים 6
Selofxadın qızları haqqında Rəbbin əmr edib dediyi söz budur: onlar öz istədikləri kişiyə ərə gedə bilər, ancaq atalarının mənsub olduğu qəbilədən olan nəsil içində ərə getməlidirlər ki,
ולא תסב נחלה לבני ישראל ממטה אל מטה כי איש בנחלת מטה אבתיו ידבקו בני ישראל 7
İsrail övladlarının irsi qəbilədən qəbiləyə keçməsin. İsrail övladlarının hər biri atalarının qəbiləsinin irsinə bağlı qalsın.
וכל בת ירשת נחלה ממטות בני ישראל--לאחד ממשפחת מטה אביה תהיה לאשה למען יירשו בני ישראל איש נחלת אבתיו 8
İsrail qəbilələrindən hər hansı birində irsə malik olan hər qız atasının mənsub olduğu qəbilədən və nəsildən bir nəfərə ərə getməlidir ki, hər bir İsrail övladı atalarının irsinə malik olsun.
ולא תסב נחלה ממטה למטה אחר כי איש בנחלתו ידבקו מטות בני ישראל 9
İrs bir qəbilədən başqa qəbiləyə keçməsin. Hər bir İsrail qəbiləsi öz irsinə bağlı qalsın».
כאשר צוה יהוה את משה כן עשו בנות צלפחד 10
Rəbbin Musaya əmr etdiyinə əməl edərək Selofxadın qızları
ותהיינה מחלה תרצה וחגלה ומלכה ונעה--בנות צלפחד לבני דדיהן לנשים 11
Maxla, Tirsa, Xoqla, Milka və Noa əmisi oğlanlarına ərə getdilər.
ממשפחת בני מנשה בן יוסף היו לנשים ותהי נחלתן על מטה משפחת אביהן 12
Onlar Yusif oğlu Menaşşe nəsillərinə mənsub kişilərə ərə getdilər. Ona görə də irsi atalarının mənsub olduğu qəbilə və nəsil içində qaldı.
אלה המצות והמשפטים אשר צוה יהוה ביד משה--אל בני ישראל בערבת מואב על ירדן ירחו 13
Rəbbin Musa vasitəsilə İordan çayının yanında Yerixo qarşısındakı Moav düzənliyində İsrail övladlarına verdiyi əmr və hökmlər bunlardır.

< במדבר 36 >