< מלאכי 2 >

ועתה אליכם המצוה הזאת--הכהנים 1
«İndi, ey kahinlər, bu əmr sizin üçündür».
אם לא תשמעו ואם לא תשימו על לב לתת כבוד לשמי אמר יהוה צבאות ושלחתי בכם את המארה וארותי את ברכותיכם וגם ארותיה כי אינכם שמים על לב 2
Ordular Rəbbi deyir: «Əgər sözə qulaq asmasanız, adıma izzət verməyi ürəkdən istəməsəniz, üzərinizə lənət yağdırıb xeyir-dualarınızı lənətə çevirəcəyəm. Bəli, Mən onları lənətlədim. Çünki Məni izzətləndirməyi ürəkdən istəmirsiniz.
הנני גער לכם את הזרע וזריתי פרש על פניכם פרש חגיכם ונשא אתכם אליו 3
Mən sizin nəslinizi məzəmmət edəcəyəm. Bayramlarınızda qurban etdiyiniz heyvanların təzəyini üzünüzə çırpacağam, siz onunla birgə atılacaqsınız.
וידעתם--כי שלחתי אליכם את המצוה הזאת להיות בריתי את לוי אמר יהוה צבאות 4
Onda biləcəksiniz ki, Mən bu əmri Levi ilə bağladığım əhdimin yaşaması üçün sizə göndərmişəm» deyir Ordular Rəbbi.
בריתי היתה אתו החיים והשלום ואתנם לו מורא וייראני ומפני שמי נחת הוא 5
«Onunla həyat və sülh verən bir əhd bağladım, Mənə hörmət etdiyi təqdirdə bunları ona verdim. O da Məndən qorxub adıma hörmət göstərdi.
תורת אמת היתה בפיהו ועולה לא נמצא בשפתיו בשלום ובמישור הלך אתי ורבים השיב מעון 6
Onun dilindən həqiqi nəsihət çıxardı, ağzından hiylə çıxmazdı. O, sülh və düzlük içində Mənimlə bir yol gedirdi. Çoxunu da günah yolundan qaytarmışdı.
כי שפתי כהן ישמרו דעת ותורה יבקשו מפיהו כי מלאך יהוה צבאות הוא 7
Kahinin ağzı biliyi qorumalı, insanlar onun dilində nəsihət axtarmalıdır. Çünki o, Ordular Rəbbinin elçisidir.
ואתם סרתם מן הדרך הכשלתם רבים בתורה שחתם ברית הלוי אמר יהוה צבאות 8
Ancaq siz yoldan azdınız və nəsihətinizlə çox adamı günaha çəkdiniz. Levi ilə bağladığım əhdi pozdunuz» deyir Ordular Rəbbi.
וגם אני נתתי אתכם נבזים ושפלים--לכל העם כפי אשר אינכם שמרים את דרכי ונשאים פנים בתורה 9
«Siz Mənim yollarımla getmədiniz, qanunla bağlı məsələlərdə tərəfkeşlik etdiniz. Buna görə də Mən bütün xalqın önündə sizi alçaldıb xəcalətli hala saldım».
הלוא אב אחד לכלנו הלוא אל אחד בראנו מדוע נבגד איש באחיו--לחלל ברית אבתינו 10
Hamımızın atası bir deyilmi? Bizi eyni Allah yaratmadımı? Elə isə nə üçün biz atalarımızın bağladığı əhdi pozaraq öz qonşumuza xəyanət edirik?
בגדה יהודה ותועבה נעשתה בישראל ובירושלם כי חלל יהודה קדש יהוה אשר אהב ובעל בת אל נכר 11
Yəhuda xalqı xəyanət etdi. İsraildə və Yerusəlimdə iyrənc işlər edildi: Yəhudalılar yad allahlara tapınan qızlarla evlənərək Rəbbin sevdiyi müqəddəs yeri murdar etdi.
יכרת יהוה לאיש אשר יעשנה ער וענה מאהלי יעקב ומגיש מנחה ליהוה צבאות 12
Bunu edən adam hətta keşik çəksə, cavabdeh olsa, Ordular Rəbbinə qurban gətirsə də, Rəbb onu Yaqubun icmasından qovsun.
וזאת שנית תעשו--כסות דמעה את מזבח יהוה בכי ואנקה מאין עוד פנות אל המנחה ולקחת רצון מידכם 13
Siz başqa bir şeyi də edirsiniz: ağlayıb sızlamaqla Rəbbin qurbangahını göz yaşları ilə doldurursunuz. Çünki Rəbb artıq gətirdiyiniz qurbanlara diqqət etmir, onları sizdən könül xoşluğu ilə qəbul etmir.
ואמרתם על מה על כי יהוה העיד בינך ובין אשת נעוריך אשר אתה בגדתה בה והיא חברתך ואשת בריתך 14
Siz «Nə üçün?» deyib soruşursunuz. Çünki səninlə cavanlığında evləndiyin arvadın arasında Rəbb şahiddir. O qadın sənin yoldaşın və nikah əhdi ilə arvadın olduğu halda ona xəyanət etdin.
ולא אחד עשה ושאר רוח לו ומה האחד מבקש זרע אלהים ונשמרתם ברוחכם ובאשת נעוריך אל יבגד 15
Allah sizi bir bədən olaraq yaratmadımı? Bədənlə də, ruhla da Ona aidsiniz. Bəs nə üçün bir? Çünki O Özü üçün xüsusi bir nəsil istəyirdi. Buna görə də özünüzü gözləyin. Qoy heç kəs cavanlığında evləndiyi arvadına xəyanət etməsin.
כי שנא שלח אמר יהוה אלהי ישראל וכסה חמס על לבושו אמר יהוה צבאות ונשמרתם ברוחכם ולא תבגדו 16
İsrailin Allahı Rəbb belə deyir: «Mən nikahını pozub qəddarlığa bürünən adama nifrət edirəm. Buna görə də özünüzü gözləyin və xəyanət etməyin» Ordular Rəbbi deyir.
הוגעתם יהוה בדבריכם ואמרתם במה הוגענו באמרכם כל עשה רע טוב בעיני יהוה ובהם הוא חפץ או איה אלהי המשפט 17
Dediklərinizlə Rəbbi yordunuz. «Onu nə ilə yorduq?» deyə soruşursunuz. «Pislik edən hər kəs Rəbbin gözündə yaxşıdır və Rəbb onlardan razıdır» yaxud «Ədalət keşikçisi olan Allah haradadır?» deyərək Onu yordunuz.

< מלאכי 2 >