< ויקרא 4 >
דבר אל בני ישראל לאמר--נפש כי תחטא בשגגה מכל מצות יהוה אשר לא תעשינה ועשה מאחת מהנה | 2 |
«İsrail övladlarına belə de: “Əgər kimsə etməməli olduğu halda Rəbbin bütün əmrlərindən birini bilmədən pozarsa, qoy bunlara əməl etsin.
אם הכהן המשיח יחטא לאשמת העם והקריב על חטאתו אשר חטא פר בן בקר תמים ליהוה--לחטאת | 3 |
Əgər məsh edilmiş baş kahin günah işlədib xalqı da borclu etsə, o günaha görə Rəbbə günah qurbanı olaraq qüsursuz bir buğa təqdim etsin.
והביא את הפר אל פתח אהל מועד--לפני יהוה וסמך את ידו על ראש הפר ושחט את הפר לפני יהוה | 4 |
Buğanı Hüzur çadırının girişinə, Rəbbin hüzuruna gətirsin və əllərini heyvanın başına qoyub onu Rəbbin hüzurunda kəssin.
ולקח הכהן המשיח מדם הפר והביא אתו אל אהל מועד | 5 |
Sonra məsh edilmiş kahin buğanın qanından götürüb Hüzur çadırına gətirsin.
וטבל הכהן את אצבעו בדם והזה מן הדם שבע פעמים לפני יהוה את פני פרכת הקדש | 6 |
Kahin barmağını qana batıraraq Rəbbin hüzurunda Müqəddəs yerin pərdəsi qabağında yeddi dəfə çiləsin.
ונתן הכהן מן הדם על קרנות מזבח קטרת הסמים לפני יהוה אשר באהל מועד ואת כל דם הפר ישפך אל יסוד מזבח העלה אשר פתח אהל מועד | 7 |
Sonra kahin Hüzur çadırında, Rəbbin önündə olan ətirli buxur qurbangahının buynuzlarına o qandan çəksin, buğanın qanının qalan hissəsini isə Hüzur çadırının girişindəki yandırma qurbanları üçün qurulan qurbangahın altlığına töksün.
ואת כל חלב פר החטאת ירים ממנו--את החלב המכסה על הקרב ואת כל החלב אשר על הקרב | 8 |
Qoy sonra kahin günah qurbanı olan buğanın piyini bütövlükdə götürsün. İçalatı örtən piyi və üstündəki bütün piyi,
ואת שתי הכלית ואת החלב אשר עליהן אשר על הכסלים ואת היתרת על הכבד על הכליות יסירנה | 9 |
belindəki hər iki böyrəyi və üstündəki piyi, qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın.
כאשר יורם משור זבח השלמים והקטירם הכהן על מזבח העלה | 10 |
Bunların hamısı ünsiyyət qurbanı olan mal-qaradan götürüldüyü kimi götürülsün və həmin kahin onları yandırma qurbanları üçün qurulan qurbangahda tüstülədib yandırsın.
ואת עור הפר ואת כל בשרו על ראשו ועל כרעיו וקרבו ופרשו | 11 |
Buğanın dərisini, başından budlarına qədər bütün ətini – içalatını, bağırsaqlarını,
והוציא את כל הפר אל מחוץ למחנה אל מקום טהור אל שפך הדשן ושרף אתו על עצים באש על שפך הדשן ישרף | 12 |
hər qalan hissəsini düşərgədən kənara çıxarıb kül tökülən pak bir yerə atsın və orada odunla yandırsın.
ואם כל עדת ישראל ישגו ונעלם דבר מעיני הקהל ועשו אחת מכל מצות יהוה אשר לא תעשינה--ואשמו | 13 |
Əgər bütün İsrail icması bilmədən günah işlətsə, bu onların nəzərindən qaçsa və etməməli olduqları halda Rəbbin bütün əmrlərindən birini pozub təqsirkar olsalar,
ונודעה החטאת אשר חטאו עליה--והקריבו הקהל פר בן בקר לחטאת והביאו אתו לפני אהל מועד | 14 |
işlədikləri günah aşkara çıxanda camaat günah qurbanı olaraq bir buğa götürüb Hüzur çadırının qabağına gətirsin.
וסמכו זקני העדה את ידיהם על ראש הפר--לפני יהוה ושחט את הפר לפני יהוה | 15 |
İcmanın ağsaqqalları Rəbbin hüzurunda əllərini buğanın başına qoyub onu kəssinlər.
והביא הכהן המשיח מדם הפר אל אהל מועד | 16 |
Sonra məsh edilmiş kahin buğanın qanından götürüb Hüzur çadırına gətirsin.
וטבל הכהן אצבעו מן הדם והזה שבע פעמים לפני יהוה את פני הפרכת | 17 |
Kahin barmağını qana batırıb Rəbbin hüzurunda pərdənin qabağına yeddi dəfə çiləsin.
ומן הדם יתן על קרנת המזבח אשר לפני יהוה אשר באהל מועד ואת כל הדם ישפך אל יסוד מזבח העלה אשר פתח אהל מועד | 18 |
Sonra kahin Hüzur çadırında Rəbbin önündəki qurbangahın buynuzlarına o qanı çəksin və buğanın qanının qalan hissəsini isə Hüzur çadırının girişindəki yandırma qurbanları üçün qurulan qurbangahın altlığına töksün.
ואת כל חלבו ירים ממנו והקטיר המזבחה | 19 |
Sonra o heyvanın bütün piyini götürərək qurbangahda tüstülədib yandırsın;
ועשה לפר--כאשר עשה לפר החטאת כן יעשה לו וכפר עלהם הכהן ונסלח להם | 20 |
günah qurbanı olan buğaya nə cür etsə, bu buğaya da eyni cür etsin. Bununla kahin xalq üçün kəffarə etsin ki, xalq bağışlansın.
והוציא את הפר אל מחוץ למחנה ושרף אתו כאשר שרף את הפר הראשון חטאת הקהל הוא | 21 |
Sonra kahin buğanı düşərgədən kənara çıxarıb əvvəlki buğanı yandıran kimi yandırsın. Bu, camaat üçün verilən günah qurbanıdır.
אשר נשיא יחטא ועשה אחת מכל מצות יהוה אלהיו אשר לא תעשינה בשגגה--ואשם | 22 |
Başçılardan biri günah işlədərək etməməli olduğu halda Allahı Rəbbin bütün əmrlərindən birini bilmədən pozub təqsirkar olsa,
או הודע אליו חטאתו אשר חטא בה--והביא את קרבנו שעיר עזים זכר תמים | 23 |
işlətdiyi günah özünə aşkar olanda qoy qurban olaraq qüsursuz təkə gətirsin;
וסמך ידו על ראש השעיר ושחט אתו במקום אשר ישחט את העלה לפני יהוה חטאת הוא | 24 |
əlini təkənin başına qoyub onu Rəbbin hüzurunda – yandırma qurbanlar kəsilən yerdə onu kəssin. Bu, günah qurbanıdır.
ולקח הכהן מדם החטאת באצבעו ונתן על קרנת מזבח העלה ואת דמו ישפך אל יסוד מזבח העלה | 25 |
Sonra kahin barmağı ilə günah qurbanının qanından bir az götürüb yandırma qurbanları üçün qurulan qurbangahın buynuzlarına çəksin. Qanın qalan hissəsini isə həmin qurbangahın altlığına töksün.
ואת כל חלבו יקטיר המזבחה כחלב זבח השלמים וכפר עליו הכהן מחטאתו ונסלח לו | 26 |
Sonra o heyvanın bütün piyini ünsiyyət qurbanının piyi kimi qurbangahda tüstülədib yandırsın. Bununla kahin o adam üçün günahını kəffarə etsin ki, o bağışlansın.
ואם נפש אחת תחטא בשגגה מעם הארץ בעשתה אחת ממצות יהוה אשר לא תעשינה--ואשם | 27 |
Əgər ölkə xalqından bir nəfər etməməli olduğu halda Rəbbin əmrlərindən birini pozaraq bilmədən günah işlədib bu günahda təqsirkar olsa,
או הודע אליו חטאתו אשר חטא--והביא קרבנו שעירת עזים תמימה נקבה על חטאתו אשר חטא | 28 |
işlətdiyi günah özünə aşkar olanda qoy o, günahına görə özü üçün qurban – qüsursuz dişi keçi gətirsin
וסמך את ידו על ראש החטאת ושחט את החטאת במקום העלה | 29 |
və əlini günah qurbanının başına qoyub bu qurbanı yandırma qurbanları kəsilən yerdə kəssin.
ולקח הכהן מדמה באצבעו ונתן על קרנת מזבח העלה ואת כל דמה ישפך אל יסוד המזבח | 30 |
Sonra kahin barmağı ilə qurbanın qanından bir az götürüb yandırma qurbanları üçün qurulan qurbangahın buynuzlarına çəksin; qanın qalan hissəsini isə qurbangahın altlığına töksün.
ואת כל חלבה יסיר כאשר הוסר חלב מעל זבח השלמים והקטיר הכהן המזבחה לריח ניחח ליהוה וכפר עליו הכהן ונסלח לו | 31 |
Sonra heyvanın bütün piyini ünsiyyət qurbanının piyini çıxardığı kimi çıxarıb onu Rəbbin xoşuna gələn ətir kimi qurbangahda tüstülədib yandırın. Bununla kahin o adam üçün kəffarə etsin ki, o bağışlansın.
ואם כבש יביא קרבנו לחטאת--נקבה תמימה יביאנה | 32 |
Əgər adam günah qurbanı olaraq qoyun gətirsə, qoy o, qüsursuz dişi heyvan gətirsin
וסמך את ידו על ראש החטאת ושחט אתה לחטאת במקום אשר ישחט את העלה | 33 |
və əlini günah qurbanının başına qoysun və onu yandırma qurbanları kəsilən yerdə kəssin.
ולקח הכהן מדם החטאת באצבעו ונתן על קרנת מזבח העלה ואת כל דמה ישפך אל יסוד המזבח | 34 |
Sonra kahin öz barmağı ilə günah qurbanının qanından bir az götürüb yandırma qurbanları üçün qurulan qurbangahın buynuzlarına çəksin; qanın qalan hissəsini isə qurbangahın altlığına töksün.
ואת כל חלבה יסיר כאשר יוסר חלב הכשב מזבח השלמים והקטיר הכהן אתם המזבחה על אשי יהוה וכפר עליו הכהן על חטאתו אשר חטא ונסלח לו | 35 |
Sonra o adam heyvanın bütün piyini ünsiyyət qurbanı olan qoyunun piyi kimi çıxarsın və kahin onu qurbangahda Rəbb üçün verilən yandırma təqdimi üzərində tüstülədib yandırsın. Bununla kahin o adam üçün işlətdiyi günahı kəffarə etsin ki, o bağışlansın.