< יהושע 7 >

וימעלו בני ישראל מעל בחרם ויקח עכן בן כרמי בן זבדי בן זרח למטה יהודה מן החרם ויחר אף יהוה בבני ישראל 1
Amma İsrail övladları məhv edilməyə həsr olunmuş şeylərə münasibətdə xəyanət etdilər. Çünki Yəhuda qəbiləsindən Zerah oğlu Zavdi oğlu Karmi oğlu Akan məhv edilməyə həsr olunmuş şeylərdən götürdü. Ona görə də Rəbbin qəzəbi İsrail övladlarına qarşı alovlandı.
וישלח יהושע אנשים מיריחו העי אשר עם בית און מקדם לבית אל ויאמר אליהם לאמר עלו ורגלו את הארץ ויעלו האנשים וירגלו את העי 2
Yeşua Yerixodan Bet-Elin şərqində, Bet-Avenin yanında olan Ay şəhərinə adamlar göndərib onlara dedi: «Gedin, ölkəni gözdən keçirin». Adamlar çıxıb Ay şəhərini gözdən keçirdilər.
וישבו אל יהושע ויאמרו אליו אל יעל כל העם--כאלפים איש או כשלשת אלפים איש יעלו ויכו את העי אל תיגע שמה את כל העם כי מעט המה 3
Onlar Yeşuanın yanına qayıdıb dedilər: «Bütün xalq getməsin, ancaq iki ya üç min nəfərə qədər adam gedib Ay şəhərini məhv etsin. Bütün xalqı oraya göndərib yorma, çünki onlar azdır».
ויעלו מן העם שמה כשלשת אלפים איש וינסו לפני אנשי העי 4
Beləliklə, oraya xalqın üç min nəfərə qədəri getdi, lakin onlar Ay sakinlərinin qarşısından qaçdılar.
ויכו מהם אנשי העי כשלשים וששה איש וירדפום לפני השער עד השברים ויכום במורד וימס לבב העם ויהי למים 5
Aylılar onlardan otuz altı nəfəri öldürüb, İsrailliləri şəhərin darvazasının qabağından daş çıxarılan yerə qədər qovdular və onları enişlikdə qırdılar. Bundan sonra xalqın ürəyi qorxudan dəhşətə gəldi.
ויקרע יהושע שמלתיו ויפל על פניו ארצה לפני ארון יהוה עד הערב--הוא וזקני ישראל ויעלו עפר על ראשם 6
Yeşua paltarını cırdı, özü və İsrailin ağsaqqalları Rəbbin sandığı önündə axşama kimi yerə yıxılıb başlarına torpaq tökdülər.
ויאמר יהושע אהה אדני יהוה למה העברת העביר את העם הזה את הירדן לתת אתנו ביד האמרי להאבידנו ולו הואלנו ונשב בעבר הירדן 7
Yeşua dedi: «Ah, ey Xudavənd Rəbb, bizi Emorlulara təslim etmək, bizi məhv etmək üçünmü bu xalqı İordan çayından keçirtdin? Kaş ki İordan çayının o tayında qalıb yaşayaydıq.
בי אדני מה אמר--אחרי אשר הפך ישראל ערף לפני איביו 8
Ah, ey Xudavənd, İsraillilər düşmənin qarşısından qaçandan sonra mən nə deyə bilərəm?
וישמעו הכנעני וכל ישבי הארץ ונסבו עלינו והכריתו את שמנו מן הארץ ומה תעשה לשמך הגדול 9
Bundan sonra Kənanlılar və bu ölkədə yaşayan bütün xalqlar eşidəcək, bizi mühasirəyə alıb adımızı yer üzündən siləcəklər. Bəs Sən Öz böyük adın üçün nə edəcəksən?»
ויאמר יהוה אל יהושע קם לך למה זה אתה נפל על פניך 10
Rəbb Yeşuaya dedi: «Qalx, nə üçün belə üzüstə yıxılmısan?»
חטא ישראל וגם עברו את בריתי אשר צויתי אותם וגם לקחו מן החרם וגם גנבו וגם כחשו וגם שמו בכליהם 11
İsraillilər günah etdilər və onlara əmr etdiyim əhdimi pozdular. Məhv edilməyə həsr olunmuş şeylərdən götürdülər, onlardan oğurladılar, gizlədərək öz əşyaları arasına qoydular.
ולא יכלו בני ישראל לקום לפני איביהם--ערף יפנו לפני איביהם כי היו לחרם לא אוסיף להיות עמכם אם לא תשמידו החרם מקרבכם 12
Buna görə də İsrail övladları düşmən qabağında dura bilmir, düşmənin qarşısından qaçdılar. Çünki onlar özləri də məhv edilməyə həsr olunmuşlar. Əgər məhv edilməyə həsr olunmuş şeyləri aranızdan yox etməsəniz, bir daha sizinlə olmayacağam.
קם קדש את העם ואמרת התקדשו למחר כי כה אמר יהוה אלהי ישראל חרם בקרבך ישראל--לא תוכל לקום לפני איביך עד הסירכם החרם מקרבכם 13
Qalx, xalqı təqdis et və de: «Sabahkı gün üçün özünüzü təqdis edin, çünki İsrailin Allahı Rəbb belə deyir: “Ey İsraillilər, aranızda məhv edilməyə həsr olunmuş şey var. Onu aranızdan götürməsəniz, düşmənləriniz qarşısında dura bilməyəcəksiniz.
ונקרבתם בבקר לשבטיכם והיה השבט אשר ילכדנו יהוה יקרב למשפחות והמשפחה אשר ילכדנה יהוה תקרב לבתים והבית אשר ילכדנו יהוה יקרב לגברים 14
Sabah hamınız qəbilələrinizə görə Rəbbin hüzuruna çıxacaqsınız və Onun göstərdiyi qəbilə nəsillərə görə irəli çıxacaq. Rəbbin göstərdiyi nəsil ailələrə görə irəli çıxacaq. Rəbbin göstərdiyi ailə kişilərə görə irəli çıxacaq.
והיה הנלכד בחרם--ישרף באש אתו ואת כל אשר לו כי עבר את ברית יהוה וכי עשה נבלה בישראל 15
Məhv edilməyə həsr olunmuş şeylərə xəyanət edən adam və ona aid olanların hamısı odda yandırılacaq, çünki o, Rəbbin əhdini pozmuşdur və İsraildə rüsvayçılıq etmişdir”».
וישכם יהושע בבקר ויקרב את ישראל לשבטיו וילכד שבט יהודה 16
Yeşua səhər tezdən qalxdı və İsraillilərin qəbilələrinə görə Rəbbin hüzuruna çıxmasını əmr etdi və Yəhuda qəbiləsi göstərildi.
ויקרב את משפחת יהודה וילכד את משפחת הזרחי ויקרב את משפחת הזרחי לגברים וילכד זבדי 17
Yəhuda qəbiləsini irəli çıxardı və Zerah nəsli göstərildi. Zerah nəslini ailələrinə görə irəli çıxardı və Zavdi ailəsi göstərildi.
ויקרב את ביתו לגברים וילכד עכן בן כרמי בן זבדי בן זרח--למטה יהודה 18
Zavdi ailəsini kişilərinə görə irəli çıxardı və Yəhuda qəbiləsindən Zerah oğlu Zavdi oğlu Karmi oğlu Akan göstərildi.
ויאמר יהושע אל עכן בני שים נא כבוד ליהוה אלהי ישראל--ותן לו תודה והגד נא לי מה עשית אל תכחד ממני 19
Yeşua Akana dedi: «Oğlum, buyur, İsrailin Allahı Rəbbi izzətləndir və Onun önündə etiraf et. Nə etmisən? İndi mənə bildir, məndən gizlətmə».
ויען עכן את יהושע ויאמר אמנה אנכי חטאתי ליהוה אלהי ישראל וכזאת וכזאת עשיתי 20
Akan Yeşuaya cavab verdi: «Həqiqətən, mən İsrailin Allahı Rəbbə qarşı günah edərək belə elədim:
ואראה (וארא) בשלל אדרת שנער אחת טובה ומאתים שקלים כסף ולשון זהב אחד חמשים שקלים משקלו ואחמדם ואקחם והנם טמונים בארץ בתוך האהלי והכסף תחתיה 21
talan malından Babil malı olan gözəl bir paltar, iki yüz şekel gümüş və ağırlığı əlli şekel olan bir qızıl külçə görəndə onlara tamah salıb götürdüm. Budur, ən altda gümüş olmaqla hamısını çadırımın ortasında torpağa basdırmışam».
וישלח יהושע מלאכים וירצו האהלה והנה טמונה באהלו והכסף תחתיה 22
Yeşua adamlar göndərdi və onlar çadıra qaçdılar. Şeylər ən altda gümüş olmaqla onun çadırında gizlədilmişdi.
ויקחום מתוך האהל ויבאום אל יהושע ואל כל בני ישראל ויצקם לפני יהוה 23
Onları çadırın içindən götürüb Yeşuanın və bütün İsrail övladlarının yanına gətirdilər və Rəbbin önündə yerə qoydular.
ויקח יהושע את עכן בן זרח ואת הכסף ואת האדרת ואת לשון הזהב ואת בניו ואת בנתיו ואת שורו ואת חמרו ואת צאנו ואת אהלו ואת כל אשר לו וכל ישראל עמו ויעלו אתם עמק עכור 24
Yeşua, onunla birgə bütün İsraillilər, Zerah oğlu Akanı, gümüşü, paltarı, qızıl külçəni, onun övladlarını, qızlarını, mal-qarasını, eşşəklərini, qoyun-quzularını, çadırını və bütün malını götürüb Akor dərəsinə çıxartdılar.
ויאמר יהושע מה עכרתנו יעכרך יהוה ביום הזה וירגמו אתו כל ישראל אבן וישרפו אתם באש ויסקלו אתם באבנים 25
Yeşua dedi: «Nə üçün bizi bəlaya saldın? Rəbb bu gün səni bəlaya salacaq». Bütün İsraillilər onu və onunla olanları da daşqalaq edib sonra odda yandırdılar.
ויקימו עליו גל אבנים גדול עד היום הזה וישב יהוה מחרון אפו על כן קרא שם המקום ההוא עמק עכור עד היום הזה 26
Onların üstünə böyük daş qalağı yığıldı və o bu günə qədər də durur. Bundan sonra Rəbbin qəzəb alovu söndü. Bunun üçün bu günə qədər o yerin adına Akor dərəsi deyilir.

< יהושע 7 >