< יהושע 16 >
ויצא הגורל לבני יוסף מירדן יריחו למי יריחו מזרחה המדבר עלה מיריחו בהר--בית אל | 1 |
Yusif övladlarına püşk ilə düşən torpaqların sərhədi şərqdən Yerixo sularından – qarşısındakı İordan çayından başlayıb çöllüyə, Yerixodan Bet-Elin dağlıq bölgəsinə qalxırdı.
ויצא מבית אל לוזה ועבר אל גבול הארכי עטרות | 2 |
Bet-Eldən isə Luza çıxıb Arklılar torpağına, Atarota keçirdi.
וירד ימה אל גבול היפלטי עד גבול בית חורן תחתון--ועד גזר והיו תצאתו ימה | 3 |
Sonra qərbə doğru Aşağı Bet-Xoron torpağına qədər, Yafletlilər torpağına, bundan sonra isə Gezerə qədər enirdi. Bu sərhədin sonu dənizdə qurtarırdı.
וינחלו בני יוסף מנשה ואפרים | 4 |
Yusifin övladları Menaşşe və Efrayim torpaqlarını irs olaraq aldılar.
ויהי גבול בני אפרים למשפחתם ויהי גבול נחלתם מזרחה עטרות אדר עד בית חורן עליון | 5 |
Efrayim övladlarının nəsillərinə görə irs torpağının sərhədi belə idi. Şərqə doğru Atrot-Addardan Yuxarı Bet-Xorona qədər gedib dənizdə bitirdi.
ויצא הגבול הימה המכמתת מצפון ונסב הגבול מזרחה תאנת שלה ועבר אותו ממזרח ינוחה | 6 |
Şimal tərəfdən isə Mikmetatdan şərqə tərəf uzanıb, Taanat-Şilo şəhərinin şərqindən dönərək Yanoahın şərqinə çıxırdı.
וירד מינוחה עטרות ונערתה ופגע ביריחו ויצא הירדן | 7 |
Yanoahdan isə Atarota və Naaraya enərək oradan Yerixoya çatır və sonu İordan çayında qurtarırdı.
מתפוח ילך הגבול ימה נחל קנה והיו תצאתיו הימה זאת נחלת מטה בני אפרים--למשפחתם | 8 |
Bu sərhəd Tappuahdan qərbə tərəf Qana vadisinə gedərək sonu dənizdə bitirdi. Nəsillərinə görə Efrayim övladları qəbiləsinin irs torpağı bunlardır.
והערים המבדלות לבני אפרים בתוך נחלת בני מנשה--כל הערים וחצריהן | 9 |
Bundan əlavə, Menaşşe övladlarına düşən torpaqlarda da Efrayim övladları üçün ayrılan şəhər və kəndlər var idi.
ולא הורישו את הכנעני היושב בגזר וישב הכנעני בקרב אפרים עד היום הזה ויהי למס עבד | 10 |
Amma Efrayim övladları Gezerdə yaşayan Kənanlıları qovmadılar. Onlar bu günə qədər Efrayim övladları arasında yaşayır, Efrayim övladları üçün mükəlləfiyyətçi quldurlar.