< ירמיה 48 >

למואב כה אמר יהוה צבאות אלהי ישראל הוי אל נבו כי שדדה הבישה נלכדה קריתים הבישה המשגב וחתה 1
Moav barədə İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Vay Nevonun halına! Çünki viranəliyə çevriləcək. Qiryatayim dağılacaq, Ələ keçiriləcək. Qalası dağılacaq, Darmadağın olacaq.
אין עוד תהלת מואב--בחשבון חשבו עליה רעה לכו ונכריתנה מגוי גם מדמן תדמי אחריך תלך חרב 2
Artıq Moavın şöhrəti qalmayıb. Xeşbonda onun məhvi üçün niyyət qururlar: “Gəlin onu yox edək ki, Daha bir də belə millət olmasın”. Ey Madmen, sən də susdurulacaqsan, Qılınc səni qovacaq.
קול צעקה מחרונים--שד ושבר גדול 3
Xoronayimdən fəryad səsi gələcək: “Şəhər dağıldı və böyük qırğın oldu!”
נשברה מואב השמיעו זעקה צעוריה (צעיריה) 4
Moav dağıdıldı, Övladlarının fəryadı ucaldı.
כי מעלה הלחות (הלחית) בבכי יעלה בכי כי במורד חורנים צרי צעקת שבר שמעו 5
Ağlaya-ağlaya Luxit yoxuşundan çıxırlar, Çünki Xoronayim enişində Qırğına görə acı fəryadlar eşidilir.
נסו מלטו נפשכם ותהיינה כערוער במדבר 6
Qaçın, canınızı qurtarın! Çöldəki yulğun ağacı kimi az-az görünün.
כי יען בטחך במעשיך ובאוצרותיך גם את תלכדי ויצא כמיש (כמוש) בגולה כהניו ושריו יחד (יחדו) 7
Öz istehkamlarına və mal-dövlətinə güvəndiyin üçün Sən də ələ keçiriləcəksən. Allahın Kemoş da kahinləri və başçıları ilə birlikdə Sürgün ediləcək.
ויבא שדד אל כל עיר ועיר לא תמלט ואבד העמק ונשמד המישר--אשר אמר יהוה 8
Rəbbin söylədiyi kimi Məhv edən hər şəhərin üstünə gələcək, Heç bir şəhər qurtulmayacaq. Vadi yerlə yeksan olacaq, Yayla viran ediləcək.
תנו ציץ למואב כי נצא תצא ועריה לשמה תהיינה מאין יושב בהן 9
Moav torpağına duz tökün ki, Bərəkətsiz olsun. Şəhərləri elə viran olacaq ki, Orada kimsə yaşamayacaq.
ארור עשה מלאכת יהוה--רמיה וארור מנע חרבו מדם 10
Rəbbin işini yarımçıq görənə Lənət olsun! Qılıncını qan tökməkdən saxlayana Lənət olsun!
שאנן מואב מנעוריו ושקט הוא אל שמריו ולא הורק מכלי אל כלי ובגולה לא הלך על כן עמד טעמו בו וריחו לא נמר 11
Moav cavanlığından bəri qayğısız idi. Tortası dibdə qalan şəraba oxşayırdı. Qabdan qaba boşaldılmadı, Sürgünə getmədi. Buna görə də dadını dəyişmədi, Ətrini itirmədi.
לכן הנה ימים באים נאם יהוה ושלחתי לו צעים וצעהו וכליו יריקו ונבליהם ינפצו 12
Ancaq onu qabdan qaba tökəcək adamları göndərəcəyim günlər gəlir» Rəbb belə bəyan edir. «Bəli, onu tökəcəklər, qablarını boşaldacaqlar, küplərini parça-parça edəcəklər.
ובש מואב מכמוש כאשר בשו בית ישראל מבית אל מבטחם 13
İsrail xalqı güvəndiyi Bet-Eldən necə utandısa, Moav da allahı Kemoşdan eləcə utanacaq.
איך תאמרו גבורים אנחנו ואנשי חיל למלחמה 14
Nə üçün “biz igidik, Döyüşə qabil əsgərlərik” deyirsiniz?
שדד מואב ועריה עלה ומבחר בחוריו ירדו לטבח נאם המלך--יהוה צבאות שמו 15
Moav məhv olacaq, Onun şəhərlərinə hücum edəcəklər. Ən seçmə döyüşçüləri öldürülməyə gedəcək» Adı Ordular Rəbbi olan Padşah bunu bəyan edir.
קרוב איד מואב לבוא ורעתו מהרה מאד 16
«Moavın fəlakəti gəlmək üzrədir, Onun bəlası sürətlə yaxınlaşır.
נדו לו כל סביביו וכל ידעי שמו אמרו איכה נשבר מטה עז--מקל תפארה 17
Ey onun ətrafında olanlar, Onun adını bilənlər, Onun üçün yas tutub deyin: “Qüdrətli əsa, əzəmətli dəyənək Necə də qırıldı!”
רדי מכבוד ישבי (ושבי) בצמא ישבת בת דיבון כי שדד מואב עלה בך שחת מבצריך 18
Ey qıza bənzəyən Divonun sakini, Cah-calalından düş, Susuz yerdə otur. Çünki Moavı məhv edən Sənin də üstünə gələcək, Qalalarını dağıdacaq.
אל דרך עמדי וצפי יושבת ערוער שאלי נס ונמלטה אמרי מה נהיתה 19
Ey Aroer sakini, Yol kənarında durub gözlə! Qaçan kişidən, qurtulan qadından “Nə olub?” deyə soruş.
הביש מואב כי חתה הילילי (הילילו) וזעקי (וזעקו) הגידו בארנון כי שדד מואב 20
Moav alçaldıldı, Çünki dağıldı. Fəryad et, bağır! Moavın məhv olduğunu Arnon vadisində bildir.
ומשפט בא אל ארץ המישר--אל חלון ואל יהצה ועל מופעת (מיפעת) 21
Yayladakı şəhərlər – Xolon, Yahsa, Mefaat,
ועל דיבון ועל נבו ועל בית דבלתים 22
Divon, Nevo, Bet-Divlatayim,
ועל קריתים ועל בית גמול ועל בית מעון 23
Qiryatayim, Bet-Qamul, Bet-Meon,
ועל קריות ועל בצרה ועל כל ערי ארץ מואב--הרחקות והקרבות 24
Qeriyot, Bosra – uzaq və yaxın bütün Moav şəhərləri məhkum oldu.
נגדעה קרן מואב וזרעו נשברה--נאם יהוה 25
Moavın buynuzu kəsildi, qolu qırıldı» Rəbb belə bəyan edir.
השכירהו כי על יהוה הגדיל וספק מואב בקיאו והיה לשחק גם הוא 26
«Moavı sərxoş edin, çünki Rəbbin qarşısında qürurlandı. Moav öz qusduğuna bələnəcək, masqaraya çevriləcək.
ואם לוא השחק היה לך ישראל אם בגנבים נמצאה (נמצא) כי מדי דבריך בו תתנודד 27
Bəs İsrail sənə masqara olmadımı? Məgər o, oğrular arasında tutuldu ki, ondan danışanda həqarətlə başını yelləyirsən?
עזבו ערים ושכנו בסלע ישבי מואב והיו כיונה תקנן בעברי פי פחת 28
Ey Moav sakinləri, Şəhərlərinizi tərk edib Qayalara sığının. Yuvasını uçurumun ağzında quran Göyərçin kimi olun.
שמענו גאון מואב גאה מאד גבהו וגאונו וגאותו ורם לבו 29
Moavın qüruru, onun hədsiz məğrurluğu, Təkəbbürü, təşəxxüsü, lovğalığı, Özünü yüksək tutması barədə biz eşitmişdik.
אני ידעתי נאם יהוה עברתו ולא כן בדיו לא כן עשו 30
Azğınlığını bilirəm» Rəbb belə bəyan edir. «Öyünməsi də boş şeydir, etdikləri də.
על כן על מואב איליל ולמואב כלה אזעק אל אנשי קיר חרש יהגה 31
Buna görə də Moav üçün nalə çəkəcəyəm, Bütün Moav üçün fəryad edəcəyəm, Qir-Xeres xalqı üçün yas tutacağam.
מבכי יעזר אבכה לך הגפן שבמה נטישתיך עברו ים עד ים יעזר נגעו--על קיצך ועל בצירך שדד נפל 32
Ey Sivma tənəyi, Sənin üçün Yazer xalqından çox ağlayacağam. Budaqların dənizi aşdı, Yazer dənizinə uzandı. Məhv edən sənin yay meyvələrinin, Yetişmiş üzümünün üstünə atıldı.
ונאספה שמחה וגיל מכרמל ומארץ מואב ויין מיקבים השבתי--לא ידרך הידד הידד לא הידד 33
Moavın meyvə bağlarından, tarlalarından Sevinc və fərəh götürüldü. Üzümsıxanlardan axan şərabı kəsdim. Heç kəs sevinc nidası ilə üzüm əzmir. Gələn səda sevinc nidası deyil.
מזעקת חשבון עד אלעלה עד יהץ נתנו קולם--מצער עד חרנים עגלת שלשיה כי גם מי נמרים למשמות יהיו 34
Xeşbonun fəryadı Elaleyə qədər eşidilir. Yahsaya qədər, Soardan Xoronayimə, Eqlat-Şelişiyaya qədər səslərini ucaltdılar. Çünki Nimrim suları da qurudu.
והשבתי למואב נאם יהוה מעלה במה ומקטיר לאלהיו 35
Moavda səcdəgahlarda qurban gətirənləri, öz allahlarına buxur yandıranları məhv edəcəyəm» Rəbb belə bəyan edir.
על כן לבי למואב כחללים יהמה ולבי אל אנשי קיר חרש כחלילים יהמה על כן יתרת עשה אבדו 36
«Buna görə də Moav üçün ürəyim ney kimi inləyir. Qir-Xeres xalqı üçün ürəyim ney kimi inləyir. Çünki əldə etdiyi mal-dövlət yox oldu.
כי כל ראש קרחה וכל זקן גרעה על כל ידים גדדת ועל מתנים שק 37
Hər kəs saçını, saqqalını kəsəcək, əlini yaralayacaq, belinə çul sarıyacaq.
על כל גגות מואב וברחבתיה כלה מספד כי שברתי את מואב ככלי אין חפץ בו--נאם יהוה 38
Moav damlarından, meydanlarından yalnız ağlaşma səsi gəlir. Çünki Moavı heç kəsin bəyənmədiyi bir qab kimi qırdım» Rəbb belə bəyan edir.
איך חתה הילילו איך הפנה ערף מואב בוש והיה מואב לשחק ולמחתה לכל סביביו 39
«Moav necə viran oldu! Necə də fəryad edirlər! Moav xəcalətdən arxaya dönür. Bütün ətrafındakılar üçün rişxənd və dəhşət nümunəsi oldu».
כי כה אמר יהוה הנה כנשר ידאה ופרש כנפיו אל מואב 40
Rəbb belə deyir: «Bax düşmən qartal kimi uçub Moav üzərində qanadlarını gərəcək.
נלכדה הקריות והמצדות נתפשה והיה לב גבורי מואב ביום ההוא כלב אשה מצרה 41
Qeriyot ələ keçiriləcək, Qalalar alınacaq. O gün Moav döyüşçülərinin ürəyi Doğuş ağrısı çəkən qadının ürəyi kimi olacaq.
ונשמד מואב מעם כי על יהוה הגדיל 42
Moav viran olacaq, Xalqlar arasından silinəcək. Çünki Rəbb qarşısında qürurlandı.
פחד ופחת ופח--עליך יושב מואב נאם יהוה 43
Ey Moav sakinləri, Qarşınıza dəhşət, dərin çuxur və tələ çıxacaq» Rəbb belə bəyan edir.
הניס (הנס) מפני הפחד יפל אל הפחת והעלה מן הפחת ילכד בפח כי אביא אליה אל מואב שנת פקדתם נאם יהוה 44
«Dəhşətdən qaçan dərin çuxura düşəcək, Dərin çuxurdan çıxa bilən tələyə düşəcək. Çünki Moavın üzərinə Cəza ilini gətirəcəyəm» Rəbb belə bəyan edir.
בצל חשבון עמדו מכח נסים כי אש יצא מחשבון ולהבה מבין סיחון ותאכל פאת מואב וקדקד בני שאון 45
«Xeşbonun kölgəsində Qaçqınlar taqətsiz durmuşlar. Çünki Xeşbondan od, Sixonun ortasından alov çıxdı. Moavın alnını, Hər yana səs salanların başlarını Yandırıb-yaxdı.
אוי לך מואב אבד עם כמוש כי לקחו בניך בשבי ובנתיך בשביה 46
Vay halına, ey Moav! Kemoşun xalqı yox oldu. Oğulların sürgünə göndərildi, Qızların əsir alındı.
ושבתי שבות מואב באחרית הימים נאם יהוה עד הנה משפט מואב 47
Ancaq gələcəkdə Moavdan sürgün olunanları geri qaytaracağam» Rəbb belə bəyan edir. Moav barədəki hökm burada sona çatır.

< ירמיה 48 >